PLAY PODCASTS
Əkinçi

Əkinçi

802 episodes — Page 9 of 17

S4 Ep 132Dairəvi iqtisadiyyat nədir? | Nigar Əzizova

Dairəvi iqtisadiyyat nədir və xətti iqtisadiyyatdan nə ilə fərqlənir? Dairəvi iqtisadiyyat cəmiyyətə necə təsir edir? İqtisadçı Nigar Əzizova ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Nov 25, 202219 min

S4 Ep 131Məktəblərdə bullinqə qarşı necə mübarizə aparmalı? | Sevinc Əliyeva

Azərbaycan qanunvericiliyində və dünya təcrübəsində bullinqə qarşı necə mübarizə aparılır? Bullinqə məruz qalmış uşaqlar kimə müraciət etməlidirlər? Vəkil Sevinc Əliyeva ilə məktəblərdə bullinqə qarşı mübarizə aparmağın yolları haqqında söhbət etmişik.

Nov 23, 202230 min

S4 Ep 130Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi | Orxan Zakirov

Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.

Nov 21, 202214 min

S4 Ep 129İqlim dəyişikliyi ilə bağlı miqrasiyanın idarə edilməsi | Nicat Eldarov

İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.

Nov 18, 202224 min

S4 Ep 128Şagirdlərin motivasiyasını artırmağın bəzi yolları | Aygün Pəncəliyeva

Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.

Nov 16, 202216 min

S4 Ep 127Qrossmeyster olmaq üçün nə etməli? | Vasif Durarbəyli

Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 14, 202231 min

S4 Ep 126DanceAbility: İnsanların özlərini və digərlərini olduğu kimi qəbul etdiyi mühit | Nigar Sultanova

DanceAbility Azərbaycan əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyır. Nigar Sultanova ilə söhbətimizi izləyərək DanceAbility Azərbaycan haqqında ətraflı məlumat ala bilərsiniz.

Nov 11, 202214 min

S4 Ep 125Siyasi partiyalar, ictimai savadlılıq və vətəndaş iştirakçılığı | Akif Qurbanov

Siyasi partiyaların fəaliyyəti üçün əlverişli mühit olmadıqda hansı problemlərlə üzləşə bilərik? Ölkədə ictimai savadlılığın artmasına vətəndaş cəmiyyəti necə təsir edə bilər? Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 9, 202218 min

S4 Ep 124Uşaq psixoterapiyasında oyun terapiyasının rolu | Aynur Hüseynli

Oyun terapiyası uşaq psixoterapiyasında necə tətbiq olunur və uşaqlara necə təsir göstərir? Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli ilə uşaq psixoterapiyasında oyun terapiyasının rolu haqqında danışmışıq.

Nov 7, 202213 min

S4 Ep 123Azərbaycan şəhərlərinin gələcəyi | Anar Vəliyev

Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər? ADA universitetinin dosenti Anar Vəliyevin Azərbaycan şəhərlərinin gələcəyi haqqında təqdimatını izləyə bilərsiniz.

Nov 4, 202219 min

S4 Ep 122Azərbaycanda yer adları niyə dəyişdirilir? | Araz Bağırov

Azərbaycanda mütəmadi olaraq müxətlif yer adları dəyişdirilir. Buna ehtiyac nədir və yer adlarının dəyişdirilməsinə münasibət necə olmalıdır? Tarixçi Araz Bağırovla müsahibəmizi izləyə bilərsiniz.

Nov 2, 202216 min

S4 Ep 121Bazar, reklam və rəqəmsallaşma | Pərviz Əzimov

Azərbaycan təhsil sistemi marketinq sahəsində kadr yetişdirmək üçün yararlıdırmı? Reklam bazarında hansı dəyişikliklərə ehtiyac var? Nağdsız dövriyyəni artırmaq üçün nə etmək lazımdır? Rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimovla bazar, reklam və rəqəmsallaşma haqqında söhbət etmişik.

Oct 31, 202223 min

S4 Ep 120Siyasi partiyalar haqqında yeni qanun layihəsi | Anar Məmmədli

Sentyabrın 7-si Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar siyasi partiyaların fəaliyyətinə necə təsir edəcək? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Oct 28, 202214 min

S4 Ep 119Gig-iqtisadiyyat işçi istismarının yeni forması kimi | Toğrul Vəliyev

Gig-iqtisadiyyatında işçilər fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu isə onları son yüzillik dövrdə işçi hərəkatının mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərdən məhrum edir. Bununla mübarizə yolları varmı? İqtisadçı Toğrul Vəliyevin çıxışını dinləyə bilərsiniz.

Oct 26, 202224 min

S4 Ep 118Azərbaycanda memarlıq siyasəti | Müslüm İmranlı

“Bizim bu günkü şəhərsalma strategiyamız Sovet sisteminin Azərbaycan reallığına otuzdurulma cəhdidir. Ancaq reallıq tamam başqadır.” Memar Müslüm İmranlının çıxışında Azərbaycanda memarlıq siyasəti haqqındakı videomuzu izləyə bilərsiniz.

Oct 24, 202216 min

S4 Ep 117Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? | Nərgiz Muxtarova

Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? Bununla uğurlu mübarizə aparmaq üçün hansı addımları atmaq lazımdır? Femisid Azərbaycan platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Oct 21, 202210 min

S4 Ep 116Təhlükəsizlik, Ukrayna müharibəsi və qlobal geosiyasi gərginlik | Şahin Cəfərli

Niyə son illər beynəlxalq münasibətlərdə ciddi problemlər yaranır? Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrində bizi hansı reallıqlar gözləyir? İrandakı etirazlar siyasi dəyişikliyə səbəb ola bilərmi? Siyasi təhlilçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.

Oct 19, 202228 min

S4 Ep 115Küçə incəsənəti niyə vacibdir? | Elmin Bədəlov

Küçə performansları bizə nə qazandırır? Nə üçün küçə incəsənəti əhəmiyyətlidir? Aktyor və rejissor Elmin Bədəlovla söhbətimizi izləyə bilərsiniz.

Oct 17, 202213 min

S4 Ep 114Qanunsuz işdən çıxarılma | Araz İsmayılov

İşəgötürənlər hansı əsaslarla işçilərin əmək müqaviləsinə xitam verə bilər? Qanunsuz işdən çıxarılma ilə bağlı işçilər nə edə bilərlər? Hüquqşünas və əmək hüquqları üzrə mütəxəssis Araz İsmayılovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Oct 14, 202222 min

S4 Ep 113Ali təhsil kimə və nəyə lazımdır? | İlkin Hüseynli

Azərbaycanda şagirdlərin təxminən 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə ixtisassız işçiyə çevrilirlər. Belə bir vəziyyətdə dövlətin təhsil siyasəti necə olmalıdır? Tədiqatçı İlkin Hüseynlinin çıxışını izləyərək öyrənə bilərsiniz.

Oct 12, 202223 min

S4 Ep 112Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq | Kəklik Kərimli

Siyasi iştirakçılığın hansı formaları var? Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılığa hansı faktorlar təsir edir? Növbəti videomuzda siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq haqqında danışmışıq.

Oct 10, 202216 min

S4 Ep 111Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? | Vüqar Yaqublu

“Uzun illər ərzində patoloji formalaşmış xəstə-həkim münasibətlərinin əsasında insanlarımız səhiyyə sisteminə, həkimlərə inanmır, individual həkimlərə inanır.” Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? Onkoloq-cərrah Vüqar Yaqublu danışır.

Oct 7, 202212 min

S4 Ep 110Ərzaq qiymətləri artır. Bunun təsirlərini necə azaltmaq olar? | Fərid Mehralızadə

Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycanda qida və ərzaq qiymətləri 21% bahalaşıb. Niyə qiymətlər uzun müddətdir artır və bu artımların əhalinin sosial rifahına təsirini azaltmaq üçün nə etmək lazımdır? İqtisadçı Fərid Mehralızadənin təqdimatını izləyərək öyrənə bilərsiniz.

Oct 5, 202223 min

S4 Ep 109Mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri | Gülər Abbasova

Mediada gördüyümüz fotolar və medianın dili düşüncə tərzimizə necə təsir edir? Növbəti videomuzda multimedia sənətçisi Gülər Abbasova ilə mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri barəsində söhbət etmişik.

Oct 3, 202210 min

S4 Ep 108Kuir sosial iş | Elnur Musayev

Kuir sosial iş nədir? Ənənəvi sosial işlə kuir sosial işi fərqləndirən əsas məqamlar hansılardır? Sosial işçi Elnur Musayevlə kuir sosial iş haqqındakı müsahibəmizi izləyə bilərsiniz.

Sep 30, 202213 min

S4 Ep 107Avropa Məhkəməsinə müraciət zamanı nələri nəzərə almalı | Səyyad Yusifli

Avropa Məhkəməsinə müraciət etmək istəyirsinizsə, nələri bilməli və hansı məqamlara diqqət etməlisiniz? Hüquqşünas Səyyad Yusifli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Sep 28, 202222 min

S4 Ep 106Psixoterapiyada dünya standartları | Loğman Qasımov

Azərbaycanda psixoterapiya sahəsində hansı problemlər var və bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Növbəti videomuzda psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla psixiatriyada dünya standartları haqqında söhbət etmişik.

Sep 26, 202212 min

S4 Ep 105”Outro: Repin Təhlili” kitabı nə haqdadır? | Səid Riad

Rep Azərbaycana necə gəldi və inkişaf etdi? "Outro: Repin Təhlili" kitabının müəllifi Səid Riadla söhbətimizi izləyə bilərsiniz.

Sep 23, 202211 min

S4 Ep 104Nifrət cinayətləri ilə necə mübarizə aparmalı | Səməd Rəhimli

Nifrət cinayəti nədir və onun qarşısını necə almaq mümkündür? Nifrət nitqi ilə nifrət cinayətləri arasında əlaqə varmı? Hansı tədbirlər görulməlidir?

Sep 21, 202223 min

S4 Ep 103Azərbaycanda müstəqil kino | İntiqam Hacılı

Azərbaycanda müstəqil kino necə formalaşdı? Bu gün müstəqil kinematoqrafçılar hansı problemlərlə üzləşirlər? Prodüser, rejissor İntiqam Hacılı ilə söhbətimizi izləyə bilərsiniz.

Sep 19, 202217 min

S4 Ep 102Gentrifikasiya və şəhər | Ucal Qorçu

Gentrifikasiya nədir və o hansı nəticələrə səbəb olur? Azərbaycanda gentrifikasiya nümunələrini harada görmək olar? Urbanist tədqiqatçı Ucal Qorçu ilə gentrifikasiya və şəhərlərdən danışmışıq.

Sep 16, 202214 min

S4 Ep 101Texnologiya işləri əlimizdən alır. Buna hazırıqmı? | Sübhan Həsənli

Texnologiyanın inkişafı məşğulluqla bağlı hansı çağırışları ortaya çıxarır? Hökumətlər buna necə reaskiya verməlidir? Növbəti videomuzda hüquqşünas Sübhan Həsənli ilə texnologiyanın inkişafının əmək bazarına təsiri haqqında söhbət etmişik.

Sep 14, 202218 min

S4 Ep 100Azərbaycanda musiqi təhsili | Şəfaqət Məmmədova

Azərbaycan musiqi təhsilində hansı problemlər var? Bu problemlər nədən qaynaqlanır və onları aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır? Musiqişünas Şəfaqət Məmmədova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Sep 12, 202215 min

S4 Ep 99Büdcədə ictimai iştirakçılığın təmin edilməsi | Samirə Qasımova

Büdcədə ictimai iştirakçılıq nə üçün əhəmiyyətlidir və bunun hansı faydaları var? Yeni videomuzda iqtisadçı Samirə Qasımova ilə büdcədə ictimai iştirakçılığın təmin edilməsi haqqında danışmışıq.

Sep 9, 202221 min

S4 Ep 98Avropa Məhkəməsi Azərbaycan hüquq sisteminə təsir edə bilibmi? | Emin Aslan

Avropa Məhkəməsinin Azərbaycana qarşı olan məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət necədir? Hökumətlər öhdəliklərini yerinə yetirmirsə, Avropa Məhkəməsi buna necə nəzarət edir? Hüquqşünas Emin Aslanla Avropa Məhkəməsinin Azərbaycan hüquq sisteminə təsiri haqqında danışmışıq.

Sep 7, 202222 min

S4 Ep 97Memarlıqda süni intellekt | Aydan Ağabəyli

Süni intellekt memarlığa necə tətbiq oluna bilər və bunun hansı faydaları var? Memar Aydan Ağabəyli ilə memarlıqda süni intellekt barəsində danışmışıq.

Sep 5, 202214 min

S4 Ep 96Müasir dövrdə siyasi partiyalar və ideologiyalar | Cavid İbad

Siyasi partiyalar və ideologiyalar müasir dünyada necə işləyir? Leiden universitetinin məzunu Cavid İbadla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Sep 2, 202212 min

S4 Ep 95Qida təhlükəsizliyi nə üçün əhəmiyyətlidir | Nərmin Axundova

Qida təhlükəsizliyi nə üçün əhəmiyyətlidir və bunu təmin etmək üçün hansı addımları atmaq lazımdır? Molekulyar bioloq Nərmin Axundova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Aug 17, 202214 min

S4 Ep 94Rəqəmsal bacarıqlar niyə önəmlidir? | Rauf Cabarov

Rəqəmsal bacarıqlar cəmiyyətin inkişafına necə təsir göstərir? Nə üçün müasir dövrümüzdə rəqəmsal bacarıqlara yiyələnmək önəmlidir? IKT Lab-ın direktoru Rauf Cabarovla söhbətimizi izləyə bilərsiniz.

Aug 15, 20228 min

S4 Ep 93Qərbdə və Azərbaycanda multikulturalizm | Mirkamran Hüseynli

Nəyə görə fərdi hüquqlar qədər icma hüquqları da vacibdir? Bolonya və Mərkəzi Avropa Universiteti məzunu, araşdırmaçı Mirkamran Hüseynli izah edir.

Aug 12, 202220 min

S4 Ep 92Nəqliyyat, tıxaclar və şəhər sıxlığı | Orxan Zakirov

Bakıda tıxac problemi nə üçün kəskindir? İctimai nəqliyyat sərnişinlər üçün nə qədər əlverişlidir? Tədqiqatçı, Queensland universitetində informasiya sistemlərinin idarəedilməsi üzrə təhsil almış Orxan Zakirovla nəqliyyat, tıxaclar və şəhər sıxlığı haqqında söhbət etmişik.

Aug 10, 202227 min

S4 Ep 91Turistlərin Azərbaycan təcrübəsi | Qanı Nəsirov

Azərbaycana gələn turistlərin ölkə ilə bağlı hansı təəssüratları var? Turizmin inkişlaf etdirilməsinə haradan başlamaq lazımdır? Bələdçi Qanı Nəsirovla turistlərin Azərbaycan təcrübəsi barəsində danışmışıq.

Aug 8, 202213 min

S4 Ep 90Ekoturizm - yerli əhalinin iştirakı və təbiətin mühafizəsi | Tural Ömərov

Ekoturizm nədir və nəyə görə vacibdir? Ekoturizmlə təbiət turizminin fərqi nədir? Növbəti videomuzda ekoturizm eksperti Tural Ömərovla ekoturizm - yerli əhalinin iştirakı və təbiətin mühafizəsi barəsində söhbət etmişik.

Aug 5, 202219 min

S4 Ep 89Əqli mülkiyyət hüququ - doğru bilinən yanlışlar? | Aytac İsmayılova

Əqli mülkiyyət hüququ ilə bağlı doğru bilinən yanlışlar hansılardır? Hüquqşünas Aytac İmsayılova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Aug 3, 202212 min

S4 Ep 88Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri | Rövşən Abbasov

Azərbaycan su ehtiyatları baxımından yaxın gələcəkdə problem yaşayacaq ölkələr sırasındadır. Təcili tədbirlər görülməsə, su çatışmazlığı problemi yaxın illərdə daha da kəskinləşəcək. Növbəti videomuzda Rövşən Abbasov Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri haqqında danışır.

Aug 1, 202229 min

S4 Ep 87İctimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü | Bəşir Süleymanlı

Vətəndaşların dövlət idarəetməsində iştirakı nə üçün vacibdir? Bu hüquqdan istifadə etmək üçün vətəndaşlar nə etməlidir? Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə ictimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü barəsində danışmışıq.

Jul 29, 202210 min

S4 Ep 86Polislə ünsiyyət zamanı bilməli olduqlarımız | Fariz Namazlı

Polislə ünsiyyət zamanı bilməli olduğumuz məqamlar hansılardır? Hüquq-mühafizə orqanları tərəfindən dindirildikdə hansı hüquqlarımızdan istifadə edə bilərik? Vəkil Fariz Namazlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jul 27, 202225 min

S4 Ep 85Taksi fəaliyyətinin hüquqi aspektləri | Sənan Şirinov

Taksi fəaliyyəti ilə bağlı sərnişinlər tez-tez bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlər nələrdir və onları necə həll etmək lazımdır? Vəkil Sənan Şirinovla taksi fəaliyyətinin hüquqi aspektləri haqqında söhbət etmişik.

Jul 25, 202217 min

S4 Ep 84Ukrayna müharibəsi azərbaycanlı reportyorun gözü ilə | Əziz Kərimov

Azərbaycanlı fotoreportyor Əziz Kərimovun Ukrayna müharibəsi dövründə çəkdiyi fotolar ətrafında çıxışını izləmək üçün videomuzu izləyə bilərsiniz.

Jul 22, 202229 min

S4 Ep 83Bina informasiya modelləşdirilməsi (BİM) nədir? | Aydan Ağabəyli

Bina informasiya modelləşdirilməsi (BİM) nədir və ondan memarlıqda necə istifadə etmək mümkündür? Memar Aydan Ağabəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jul 20, 202216 min