Əkinçi
802 episodes — Page 12 of 17

S3 Ep 133Uşağın inkişafında oyunun rolu | Ruhəngiz Əhmədova
Oyun oynamaq və oyuncaqlar uşaqların inkişafında böyük rol oynayır. Bəs uşaqlara oyuncaq seçərkən nələrə diqqət etmək lazımdır? Uşaq və ailə psixoloqu Ruhəngiz Əhmədova ilə uşağın inkişafında oyunun rolu haqqında söhbət etmişik.

S3 Ep 132Maliyyə böhranları niyə baş verir? | Əhliman Abbasov
Maliyyə böhranlarının hansı növləri var? Böhranları proqnozlaşdırmaq mümkündürmü? Böhranlardan yayınmaq olarmı? Qonağımız, iqtisadçı Əhliman Abbasov öz təqdimatında bu suallara cavab verib.

S3 Ep 131Azərbaycan corabları: İtməkdə olan sənət, yoxsa sosial sahibkarlıq fürsəti? | Tereza Hamlin
Azerbaijani Socks-un yaradıcısı Tereza Hamlin amerikalıdır və 17 ildir ki, Azərbaycanda yaşayır. O, bu sosial biznesi qurmaqla həm regionlardakı qadınların corab toxuyaraq əlavə gəlir qazanmalarına, həm də bu sənətin itməməyinə çalışır.

S3 Ep 130Qadınların təşkilatlanması niyə vacibdir? | Gulnara Mehdiyeva
Gülnara Mehdiyeva deyir ki, icmalar təşkilatlandıqda onların çətinliklərin qarşısında dik duran bir obraz yaranır və bu da özünə hörmət hissini artırır. Qadınların təşkilatlanması niyə vacibdir? Feminist fəal ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

S3 Ep 129İnnovasiya haqda suallar | Ceyhun Atayev
Ceyhun Atayevin Azərbaycanda innovasiyalarla bağlı izləyicilərimizə vermək istədiyi bəzi suallar var.

S3 Ep 128Azərbaycanda təhsil islahatları | Rüfət Əzizov
Azərbaycanda təhsil sahəsində hansı islahatlar aparılır və bu islahatların mövcud durumu nədir? Qonağımız Təhsil İnstitutunun direktoru Rüfət Əzizovdur.

S3 Ep 127Robotlaşmanın gələcək peşələrə təsiri | Nəzrin Əliyeva
Robotlaşma insan əməyinə necə təsir edəcək? Hansı peşə və ixtisaslar üçün gələcəkdə robotlaşma gözlənilir? Avtomatlaşdırma mühəndisi Nəzrin Əliyeva izah edir.

S3 Ep 126Memarlıq və mülkiyyət | Urfan Məmmədov
Növbəti videomuzda memar Urfan Məmmədov memarlıq və mülkiyyət mövzusunda təqdimat edir.

S3 Ep 125Regionlarda şagirdlərlə tədris prosesi | Günay Rəsulova
“You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova deyir ki, uşaqlar anlamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər heç də önəmli deyil. Bunu başa düşdükləri zaman tədris prosesi onlar üçün daha əyləncəli olacaq.

S3 Ep 123Dizayn, frilanserlər və yaradıcı mühit | Röyal Paşayev
Dizayner Röyal Paşayevla Azərbaycanda dizayn sahəsinin mövcud vəziyyəti, onun təkmilləşdirilməsi yolları haqda söhbət etdik.

S3 Ep 122Ailə institutu, zorakılıq və sığınacaqlar | Zümrüd Yağmur
Azərbaycanda zorakılığa məruz qalmış qadınlarla bağlı ən böyük problemlərdən biri sığınacaqların az olmasıdır. "Qadın üçün" təşəbbüs qrupunun təsisçisi və yazar Zümrüd Yağmurla ailə institutu, zorakılıq və sığınacaqlar haqqında söhbət etmişik.

S3 Ep 121Quş müşahidəsi və quşların mühafizəsi | Zülfü Fərəcli
Bu dəfəki videomuzda quş müşahidəçisi Zülfü Fərəcli ilə quşların eko-sistem üçün faydaları, onların üzləşdikləri təhlükələr və quşların mühafizəsi üçün atılmalı olan addımlar haqqında danışmışıq.

S3 Ep 120Elm, tədqiqat və universitetlər | Abbas Abbasov
Elmi tədqiqatlar nə üçün əhəmiyyətlidir və onların məhz universitetlərdə aparılması nə kimi imkanlar yaradır? Növbəti videomuzda Kolumbiya Universitetinin doktorantı Abbas Abbasov ilə bu mövzuda söhbətləşmişik.

S3 Ep 119Blokçeyn texnologiyası və onun istifadə sahələri | Xeyransa Musayeva
İnvestisiyalar üzrə analitik Xeyransa Musayeva ilə blokçeyn texnologiyası, onun xüsusiyyətləri və potensial istifadə sahələri haqda söhbət etmişik.

S3 Ep 118Azərbaycan enerji keçidinə hazırdırmı? | İnqilab Əhmədov
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov deyir ki, Azərbaycan enerji keçidində konkret hədəflər müəyyənləşdirib, o hədəflərə çatmaq üçün uğurlu idarəetmə mexanizmi qurmalıdır. Azərbaycan enerji keçidinə hazırdırmı? Müsahibəni izləmək üçün keçid edin.

S3 Ep 117Uşaqların iştirak hüququ | Nərmin Əmirova
Qanunvericilik uşaqlarla bağlı məsələləri necə tənzimləyir və onların hüquqları necə qorunur? Hüquqşünas Nərmin Əmirova uşaqların iştirak hüququ haqqında danışır.

S3 Ep 116Şagirdin diqqətinin dərsdə olması üçün nə etməli? | Vəfa Qəhrəman
Şagirdlərin diqqətinin dərsdə olması üçün nə etmək lazımdır? Qonağımız, təlimçi Vəfa Qəhrəman izah edir.

S3 Ep 115Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayı | Aygün Azadova
“Ümumdünya Səhiyyə Təşkilatının bəyanına əsasən, 2020-ci ildə 2.3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur, 685 min şəxs xəstəlikdən dünyasını dəyişmişdir.” Molekulyar bioloq Aygün Azadova ilə süd vəzi xərçəngi maarifləndirmə ayı haqqında danışmışıq.

S3 Ep 114Menstruasiyanı normallaşdıraq | Səadət Abdullazadə
Menstruasiya haqqında danışılmayan, gizli saxlanılan bir mövzu olduğu üçün onunla bağlı çoxlu miflər, səhv məlumatlar mövcuddur. Tədqiqatçı Səadət Abdullazadə ilə menstruasiyanı normallaşdırmağın yollarından və bu məqsədlə çıxardıqları menstruasiya kitabı haqqında söhbətləşmişik.

S3 Ep 113Regiondakı qadınlara dəstək üçün nə edilməli? | Ülviyyə Babayeva
Ülviyyə Babayeva deyir ki, bölgələrdə qadınların toplaşa biləcəyi bir yer yoxdur. Çayxanalar, internet klublar onlar üçün nəzərdə tutulmayıb. Qonağımız bunu nəzərə alıb, Bərdədə qadınların rahat vaxt keçirə biləcəyi bir klub yaradıb. Növbəti videomuz Bərdə Women Club haqqındadır.

S3 Ep 112Hüquq, ədalət və aktivizm | Lalə Darçınova
Hüquq həmişə ədalətlidirmi və aktivizm hüququn dəyişməsinə necə təsir göstərib? Mərkəzi Avropa Universitetinin magistranti Lalə Darçınova izah edir.

S3 Ep 111Binalarda enerji istehlakını necə səmərəli etməli | Könül Şirin
Könül Şirin deyir ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda yaşayış binalarının enerji intensivliyi çox yüksəkdir, bu isə ölkənin ümumi enerji istehlakında böyük yer tutur. Qonağımızla binalarda enerji istehlakını necə səmərəli etməli mövzusunda söhbət etmişik.

S3 Ep 110Regionlarda gənclərlə sosial iş | Asiman Qocayev
Asiman Qocayev deyir ki, bəzən insanlar düşünür ki, hansısa bir sahəni yaxşı bilmək o mövzuda uşaqlara və gənclərə təlim keçmək üçün kifayətdir. Lakin bu, belə deyil. Qonağımızla regionlarda gənclərlə sosial iş haqqındakı söhbətimizi izləmək üçün keçid edin.

S3 Ep 109Məişət tullantıları və təkrar istehsal zənciri | Emin İlyas
Tullantıların çeşidlənməsi dünya praktikasında uzun müddətdir mövcud olsa da, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Budəfəki videomuzda Bioropean şirkətinin təsisçisi Emin İlyasla məişət tullantıları və təkrar istehsal zənciri haqqında danışmışıq.

S3 Ep 108Ekoturizm nədir? | Tural Ömərov
Ətraf mühitə ən çox ziyan vuran şeylərdən biri də kütləvi turizmdir. Buna alternativ olaraq, regionların yerli təbiətinə və icmasına zərər vurmayan ekoturizm mövcuddur. Tural Ömərov ekoturizmi izah edir.

S3 Ep 107Konslagerlərdə və gettolarda teatr | Aynur Zərrintac
İncəsənət tarixin ən ümidsiz vaxtlarında belə, insanlara ümid verərək, onların həyatlarını az da olsa yaxşılaşdıra bilib. Aynur Zərrintac buna ən böyük nümunələrdən biri: konslager və gettolarda teatrlar haqqında danışır.

S3 Ep 106Vizual mövqe nədir və niyə vacibdir? | Röyal Paşayev
Dizayner Röyal Paşayev deyir ki, "kitabı üzünə görə qiymətləndirmə" ifadəsinə skeptik yanaşmaq lazımdır. Onun fikrincə tərtibat və xarici görünüşün çox önəmli funksiyası var və bunu görməzdən gəlmək doğru deyil.

S3 Ep 105Demokratik geriləmə və vətəndaş cəmiyyəti | Nəcmin Kamilsoy
“Vətəndaş cəmiyyəti qrupları avtoritarlaşma prosesinin passiv iştirakçısından sivil maraqların müdafiəçisinə çevrilmək istəyirsə, öz icmasını daha da böyütmək haqqında düşünməlidir.” Tədqiqatçı Nəcmin Kamilsoyla demokratik geriləmə və vətəndaş cəmiyyəti haqqında söhbət etmişik.

S3 Ep 104Muzeylərin təhsildə rolu | Səyyarə Hüseynli
Sonuncu muzey təcrübəniz yadınızdadırmı və həmin təcrübədən nələr öyrənmisiniz? Muzey təhsili mütəxəssisi Səyyarə Hüseynli ilə muzeylərin təhsildə rolu haqqında söhbət etmişik.

S3 Ep 103Enerji keçidi və neft ölkələri üçün mümkün ssenarilər | Kənan Aslanlı
İqlim böhranı daha da kəskinləşdikcə bərpa olunan və alternativ enerji mənbələrinə keçid məsələsi də daha çox gündəmə gəlir. Bəs bu enerji keçidinin neft-qaz ölkələri üçün mümkün nəticələri nə olacaq? Enerji eksperti Kənan Aslanlı izah edir.

S3 Ep 102Azərbaycanda insan hüquqları və vətəndaş fəallığının qavranılması | Zülfiyyə Əbdürəhimova-Karberri
Harvard Universitetinin təqaüdçüsü, tədqiqatçı Zülfiyyə Əbdürəhimova-Karberri ilə Azərbaycanda qapalı siyasi mühit və müharibə konteksində əhalinin insan haqlarını və vətəndaş iştirakını necə anladığını öyrənmək məqsədilə keçirilən sorğunun nəticələri haqqında söhbət etmişik.

S3 Ep 101Dünyanı dəyişən biotexnoloji startaplar | Vüqar Yaqublu
Biotexnologiya fərqli məhsullar hazırlamaq üçün bioloji sistemlərdən, canlı orqanizmlərdən və ya onların hissələrindən istifadə edən texnologiyadır. Bu dəfəki videomuzda onkoloq-cərrah Vüqar Yaqublu ilə dünyanı dəyişən biotexnoloji startaplar haqqında söhbət etmişik.

S3 Ep 100Təhsil xeyriyyəçiliyi təşəbbüslərinin vacibliyi | Abbas Abbasov
Kolumbiya Universiteti doktorantı Abbas Abbasovla təhsil xeyriyyəçiliyinin tarixi və əhəmiyyəti haqda danışmışıq.

S3 Ep 99Mühitin formalaşmasında memarın rolu | İlqar Manafsoy
Yaşadığımız yerdəki memarlıq nümunələri həyatımıza nə qədər təsir edə bilir? Növbəti qonağımız memar İlqar Manafsoyla müsahibəmizi izləyin.

S3 Ep 98Şəhərin daha inklüziv olması üçün nə edə bilərik? | Məhəmməd Kekalov
Şəhərdə gündəlik istifadə etdiyimiz nəqliyyat, ictimai binalar, xəstəxanalar və digər infrastruktur obyektləri təəssüf ki, heç də hamı üçün əlçatan deyil. Bəs şəhərlərin daha inklüziv olması üçün nə edə bilərik? Sosial sahibkar Məhəmməd Kekalovla bu mövzu haqqında söhbət etmişik.

S3 Ep 97Avropa Məhkəməsinin qərar növləri: Fərdi və ümumi tədbirlər | Emin Aslan
Hüquqşünas Emin Aslan ilə Avropa İnsan Hüquqları Məhkəməsinin yaranmasının qısa tarixi, məhkəmənin fəaliyyət istiqamətləri və Azərbaycanla bağlı vəziyyət haqqında söhbət etmişik.

S3 Ep 96Elmi metod nədir? | Naqi Məhəmmədzadə
“Bir neçə ildir tədqiqatçılar yaxın zamanda belə bir pandemiyayla üzləşəcəyimiz barədə kitablar yazırlar, məqalələr dərc edirlər. Təəssüf ki, bu inamsızlıq məlumatsızlıq səbəbindən hələ də davam edir.” Növbəti videomuzda bioloq Naqi Məhəmmədzadə ilə elmi metod haqqında danışmışıq.

S3 Ep 95Müharibə və sülh tədqiqatlarının inkişaf mərhələləri | Nuriyyə Həsənova
Münaqişələrin transformasiyası mütəxəssisi Nuriyyə Həsənova deyir ki, münaqişə və sülh tədqiqatlarını anlamaq üçün əvvəlcə onların nəsillərini anlamaq lazımdır. Qonağımızla müharibə və sülh tədqiqatlarının inkişaf mərhələləri haqqında söhbət etmişik.

S3 Ep 94Su çatışmazlığı həm də gender məsələsidir | Elnaz Vəliyeva
Tədqiqatçı Elnaz Vəliyeva deyir ki, su çatışmazlığının qadınlar üzərində təsirlərinin böyük olduğu halda, su ilə bağlı məsələlərdə qadınlar qərarvericilikdə iştirak etmirlər.

S3 Ep 92Seksual zorakılıq və ona qarşı mübarizə yolları | Sevinc Səmədzadə
Gender və münaqişə araşdırmaçısı Sevinc Səmədzadə deyir ki, cinsi zorakılığa məruz qalmış insanlar nə qədər çox bu haqda danışsa və bunu ictimailəşdirsə, digər insanlar da başa düşəcək ki, onlar tək deyillər.

S3 Ep 91Nifrət nitqi nədir və ona qarşı nə tədbirlər görülə bilər? | Ayşə Abdel Qadir
Bu yaxınlarda qadınlara və LGBT fərdlərinə qarşı zorakılıq çağırışı edən videoların sosial şəbəkələrdə yayılması böyük səs-küyə səbəb oldu. Belə hallarda hansı addımları ata bilərik? Hüquqşünas Ayşə Abdel Qadir ilə nifrət nitqi və ona qarşı görə biləcəyimiz tədbirlər haqqında danışmışıq.

S3 Ep 90Qidalanmanın epigenetik təsiri | Nərmin Axundova
Qidalanma bizim üçün bəsit, şüurlu şəkildə fikirləşmədən hər gün həyata keçirdiyimiz bir akt olsa da, əslində, həyat keyfiyyətimizə böyük ölçüdə təsir edir. Əkinçinin növbəti qonağı molekulyar bioloq Nərmin Axundova ilə qidalanmanın həyat keyfiyyətinə təsiri haqqında söhbət etmişik.

S3 Ep 89İnternet televiziyaları lisenziyalaşdırılmalıdırmı? | Ələsgər Məmmədli
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, milli tezlik resurslarından istifadə etməyən kütləvi informasiya vasitələrinin tənzimlənməsi dövlətin səlahiyyətləri çərçivəsində deyil.

S3 Ep 88LGBT hüquqları pozulduqda nə etməli | Fariz Namazlı
Fariz Namazlı deyir ki, LGBT-lərə qarşı iş yerində və ya gündəlik həyatda ayrıseçkilik, zorakılıq halları baş verdikdə onlar mütləq müvafiq orqanlara şikayət etməli və bu halın məhz onların LGBT kimliklərinə görə baş verdiyini qeyd etməlidirlər.

S3 Ep 87Öyrədici oyunlar: 7 ailə oyunu | Aygün Pəncəliyeva
Müxtəlif növ oyunlar şagirdlərin öyrənmə prosesinə müsbət təsir edə bilər. Qonağımız, müəllim Aygün Pəncəliyeva ilə belə oyunlardan biri - 7 ailə oyunu haqqında söhbət etmişik.

S3 Ep 86Əlillik və posttravmatik dövr | Orxan Adıgözəl
Publisist Orxan Adıgözəl ilə əlillik və posstravmatik dövr haqqında danışmışıq.

S3 Ep 85Smart city və ya ağıllı şəhər nədir? | Toğrul Bayramov
Memar Toğrul Bayramov deyir ki, ağıllı şəhər deyəndə bir çox insanın ağlına robotlar, göydə uçan avtomobillər gəlsə də, əslində, bu şəhərlər sadəcə olaraq, insanı mərkəzə qoyan və ona xidmət edən şəhərlərdir.

S3 Ep 84Yanlış məlumatlara qarşı xəbər savadlılığı | Rəşad Hüseynov
Yalan xəbər fenomeni pandemiya və müharibə vaxtı olduqca geniş yayıldı. Yanlış məlumatlardan özümüzü necə qoruya bilərik? Növbəti videomuzda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Rəşad Hüseynovla yanlış məlumatlara qarşı xəbər savadlılığı haqqında söhbət etmişik.

S3 Ep 83İqtisadi qərarların qəbulunda həqiqəti əks etdirən göstəricilərin əhəmiyyəti | Fərid Mehralızadə
İqtisadçı Fərid Mehralızadə deyir ki, malik olduğumuz datalar və rəsmi statistik göstəricilər reallığı əks etdirmirsə və real vəziyyəti göstərmirsə, tətbiq etdiyimiz siyasət mexanizmlərinin də uğurlu olmaq şansı yoxdur.

S3 Ep 82Rəqabət nədir? | Azər Mehtiyev
“Yalnız vergi güzəştləri verməklə, güzəştli kreditlər verməklə iqtisadiyyatı inkişaf etdirmək mümkün olmayacaq. İqtisadiyyata gedən yol rəqabət mexanizminin düzgün işləməsindən gedir.” İqtisadçı Azər Mehdiyevlə rəqabət haqda söhbət etmişik.