Əkinçi
786 episodes — Page 15 of 16

S2 Ep 39Memarlıqda yerin ruhu | Müslüm İmranlı
Memar Müslim İmranlı memarlıq layihələrinin reallaşdırılmasından öncə həmin yerin konteksti, tarixi və ruhunu anlamağın əhəmiyyətindən danışır.

S2 Ep 38Kiçik və orta sahibkarlıq - çətinliklər və həllər | Əhliman Abbasov
İqtisadçı Əhliman Abbasov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında duran əngəllər və rəqabət mühitinin gücləndirilməsi yolları haqda danışır.

S2 Ep 37Azərbaycanda qrafik dizayn tarixi | Rəsul Həsən
Qrafik dizayner Rəsul Həsən Azərbaycanda qrafik dizayn tarixi haqda araşıdırma aparıb və bu araşdırmanın nəticələrini kitab halına salıb. İndi isə o, aşkarladıqlarını Əkinçi auditoriyası ilə paylaşır.

S2 Ep 36Ali təhsildə institusional dəyişikliyə baxış | Elvin Yusifli
Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifli ölkəmizdə ali təhsildə mövcud olan çağırışlar və bu çağırışlara cavab vermək üçün lazım olan dəyişikliklərlə bağlı danışır.

S2 Ep 35Siyasətdə nifrət nitqi | Anar Məmmədli
Əkinçinin qonağı, siyasi təhlilçi və vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli siyasətdə nifrət nitqindən, onun yaratdığı problemlərdən və ifadə azadlığı ilə münasibətlərindən söhbət açır.

S2 Ep 34İnklüziv cəmiyyət | Rahim Ağayev
“Tez-tez cəmiyyətdəki problemlər haqda danışan insanları dinləyərək, əksəriyyətin daha mütərəqqi, hər kəs üçün bərabər imkanların mövcud olduğu bir cəmiyyətin arzusunda olduğunu anlayırsan.” Çıxışına bu sözlərlə başlayan ictimai siyasət mütəxəssisi Rahim Ağayev belə bir cəmiyyətin iklüziv cəmiyyət olduğunu deyir.

S2 Ep 33Hərbi münaqişələrin gender aspekti | Sevinc Səmədzadə
Azərbaycanda son illərin iki ən mübahisəli mövzusu feminizm və sülh mövzularıdır. Əkinçinin qonağı Sevinc Səmədzadə bu iki mübahisəli mövzusun kəsişməsində araşdırma aparır.

S2 Ep 32”Cəmiyyəti dəyişmək istəyirsinizsə, uşaqlara münasibətinizi dəyişin” | Qven Börçell [İngilis dilində]
Uşağın erkən yaşları, xüsusən də 0-5 yaş arası onun gələcək inkişafının təməl illəri hesab olunur, çünki bu müddətdə onun beyni formalaşır. Əkinçinin qonağı, UAFA - Uşaqlara Dəstək təşkilatının təsisçisi və direktoru Qven Börçell belə deyir. Buna görə də uşağın mümkün qədər çox təcrübə yaşaması üçün ona çoxlu fürsətlər yaradılmalıdır.

S2 Ep 31Qısa olaraq fandreyzinq haqda | Zakir Soltanov
Əkinçinin qonağı, Azərbaycanda SOS Usaq Kəndlərinin baş korporativ fandreyzing meneceri Zakir Soltanov ölkəmizdə fandreyzinqin tarixi, növləri və bugünkü vəziyyəti haqqında söhbət açır.

S2 Ep 30Data jurnalistikası və onun əhəmiyyəti | Emin Hüseynzadə
İnformasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə son illərdə dünyada data jurnalistikasının niyə bu qədər populyarlaşması haqda söhbət açır.

S2 Ep 29Azərbaycanda submədəniyyətlər | Səid Riad
Əkinçinin qonağı, Azərbaycanda submədəniyyətlər mövzusunun araşdırmaçısı və Azərbaycanda repin tarixi haqda kitabın müəllifi Səid Riad submədəniyyətlər, onların yaranması, tarixi və formaları haqqında ətraflı söhbət açır.

S2 Ep 28Azərbaycanda gənclər siyasəti | Namiq Abdullayev
Əkinçinin qonağı, Y-PEER şəbəkəsinin Azərbaycan təmsilçisi Namiq Abdullayev deyir ki, gənclər ən azından özlərinə aid olan məsələlərdə qərarverici olmalıdırlar.

S2 Ep 26Ənənəvi uşaq müəssisələri və alternativ xidmətlər | Sara Ağayeva
Azərbaycanda SOS Uşaq Kəndlərinin Proqram İnkişaf Direktoru Sara Ağayeva kimsəsiz uşaqlar üçün alternativ qayğı növlərinin təklif olunmasının vacibliyindən danışır.

S2 Ep 26”Xoşbəxt valideyn xoşbəxt övlad deməkdir” | Nərmin Qəniyeva
“Üçüncü bahar” təşəbbüsü haqqında Əkinçiyə danışan Nərmin Qəniyeva deyir ki, burada yaşlı insanların maraq dairəsinə görə maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətində fəaliyyətlər təklif olunur.

S2 Ep 25Kraudfandinq nədir? | Toğrul İsmayılov
Azərbaycanda ilk kraudfanding platforması olan toxum.org-un həmtəsisçisi, sosial sahibkar Toğrul İsmayılov Əkinçi üçün kraudfanding fenomeni, onun tarixi və formaları, önündəki əngəllər və fürsətlər haqqında danışır.

S2 Ep 24Neft və şəhərləşmə | Qanı Nəsirov
Əkinçinin qonağı, Bakı şəhərində mədəni turlar təklif edən bələdçi Qanı Nəsirov şəhərin inkişaf tarixinə qısa ekskurs edir.

S2 Ep 23DanceAbility Azərbaycan təşəbbüsü | Nigar Sultanova
Bəzən insanlar DanceAbility təşəbbüsünün əlilliyi olan şəxslərə hədəfləndiyini və ya terapiya olduğunu düşünür. Amma Nigar deyir ki, DanceAbility terapiya deyil, onların niyyəti hər kəsə açıq olan sağlam mühit yaratmaqdır.

S2 Ep 22Qadınlar və IT sektoru | Nigar Hacıbabayeva
İKT sektorunda qadınların inkişafı və gender bərabərsizliyini aradan qaldırmağa kömək üçün yaradılmış Girls Code Azərbaycan platformasının rəhbəri Nigar Hacıbabayeva deyir ki, cəmiyyətdə İKT təhsili almış qadınlardan maksimum riyaziyyat müəlliməsi olması gözləntisi var.

S2 Ep 21Dağlıq Qarabağ danışıqları hara(sa) aparır? | Zaur Şiriyev
Dağlıq Qarabağ danışıqları hansı istiqamətdə inkişaf edəcək? Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra yaranmış ən vacib gözləntini bu sual formasında xarakterizə edir.

S2 Ep 20Təhsildə gender mövzusunun əhəmiyyəti | Səadət Abdullazadə
Azərbaycan gender əsaslı zorakılıq, bərabərsizlik və ya ayrı-seçkiliyə görə bəzi hallarda dünya, bəzi hallarda isə Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Əgər effektiv fəaliyyət planı yerinə yetirilməsə, erkən nikahlar, selektiv abortlar və yeniyetmə hamiləliyi kimi hallar daha da arta bilər. Gender məsələləri üzrə mütəxəssis Səadət Abdullazadə Əkinçi ilə söhbətində bunları deyir.

S2 Ep 19Gender bərabərliyi güc/nüfuz məsələsidir | Şəmsiyyə Mustafayeva
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva dünyadakı sosial, iqtisadi və siyasi quruluşun kişilər tərəfindən kişilər üçün yaradıldığını və qadınların bu dünyaya sanki sonradan əlavə olunduğunu bildirir.

S2 Ep 18Rəqəmsal Zəka nədir? | Rəşad Əliyev
İntellektual Zəka (IQ) və Emosional Zəka (EQ) ilə yanaşı indi həm də Rəqəmsal Zəka (DQ) insanların cəmiyyətdə və iqtisadi həyatda iştirakında mühüm rol oynamağa doğru gedir. 20 ildən çox İKT mütəxəssisi kimi çalışan Rəşad Əliyev bu anlayış və onun müasir dünyamızda əhəmiyyəti barəsində danışır.

S2 Ep 17”ArtGarden Gəncə” layihəsi | Murad Nəbiyev
Azərbaycanın bölgələrində yaradıcı gənclərin özlərini reallaşdırması üçün ehtiyac duyduğu alternativ məkanları necə yaratmaq olar? Gəncədə fəaliyyət göstərən Art Garden Ganja layihəsinin rəhbəri Murad Nəbiyev bu barədə öz təcrübəsini Əkinçi ilə bölüşür.

S2 Ep 16Gizlədilən insanlar və həssas təbəqə | Sənubər Heydərova
Azərbaycanda sosial iş son 15 ildə öz yerində sayır, yüksək gözləntilərə baxmayaraq sosial iş praktikası başladığı nöqtədən çox da irəli addım atmayıb. Bu mövzuda sosial işçi Sənubər Heydərova ilə söhbət etdik.

S2 Ep 15”Zərdabi və Əkinçi qəzeti bizim hər şeyimizdir” | Rəhman Bədəlov
Filosof və mədəniyyətşünas Rəhman Bədəlov hesab edir ki, Zərdabi və Əkinçi qəzeti Azərbaycan mədəniyyətində qeyri-adi hadisədir.

S2 Ep 14Blogerin sosial məsuliyyəti olmalıdırmı? | Vəfa Əli
Vəfa Əli bizimlə özünün blogerlik təcrübəsini və bu barədə düşüncələrin bölüşür, eyni zamanda yeni başlayan blogerlərə öz tövsiyələrini verir.

S2 Ep 13İqtisadiyyat: Dövlət-bazar tandemi | Azər Mehtiyev
Dövlət və bazar qarşı-qarşıya qoyulmalıdır, yoxsa onlar tandem şəklində hərəkət etməlidir? İqtisadçı Azər Mehtiyev hesab edir ki, iqtisadi inkişaf üçün həm dövlət, həm də bazar vacibdir və onlar bir-birini balanslaşdırmalıdır.

S2 Ep 12Universitetdə dərs demək mənə nə verdi? | Zümrüd Cəlilova
Xaricdə təhsil alıb ölkəyə geri qayıdan gənclərin öz bilik və bacarıqlarını azərbaycanlı tələbələrlə bölüşməsi, universitet auditoriyalarına müəllim kimi daxil olması nə üçün vacibdir? Gender məsələləri üzrə mütəxəssis, müəllim Zümrüd Cəlilova bu suala ətraflı cavab verməklə yanaşı, həm də öz müəllimlik təcrübəsi haqda ətraflı söhbət açır.

S2 Ep 11Psixi və cinsi sağlamlıqla bağlı cəmiyyətdəki stiqmalar | Şəbnəm Sadıqova
Qapalı cəmiyyətlərdə psixi və cinsi sağlamlıq problemləri ilə üzləşən insanlar mütəxəssis axtaran zaman çətinliklərlə üzləşirlər, çünki cəmiyyətdə bu məsələlərlə bağlı ciddi stiqmalar var. Psixoterapevt Şəbnəm Sadıqova bu stiqmaların təhlükəli nəticələri haqda danışır.

S2 Ep 10Bir kəndin misalında sosial sahibkarlıq nümunəsi | Vəfa Nağı
Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, sosial aktivist Vəfa Nağı hesab edir ki, depressiv əhval-ruhiyyəli kənd yerlərində böyük dəyişikliklər üçün kiçik büdcəli və kiçik miqyaslı layihələr də bəzən yetərli olur.

S2 Ep 9İctimai-siyasi mövzulara toxunan filmlərin sayı nə üçün artır? | Hacı Səfərov
Son zamanlar bədii filmlərdə ictimai-siyasi mövzuların artması nə ilə bağlıdır? 2015-ci ildən başlayaraq Oskar mükafatlarının təqdim olunmasında həyata keçirilən dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Tarantino və Skorseze kimi rejissorlar üçüncü dünya ölkələrinin rejissorlarından nələri öyrənir? Kinotənqidçi Hacı Səfərov bu mövzuda fikirlərini bizimlə paylaşdı.

S2 Ep 8Koronavirus haqda bilməli olduqlarımız | Vasif Əliyev
Son günlər ərzində dünyanın diqqəti Çində baş qaldıran yeni koronavirus epidemiyasına yönəlib. Bu mövzu haqda həkim-infeksionist Vasif Əliyevlə söhbət etdik.

S2 Ep 7Maskulinlik və ənənələr | Nisə Hacıyeva
Əkinçi bu dəfə feminist fəal Nisə Hacıyeva ilə Azərbaycanda feminizm və qadın fəallığı, qadın və kişi münasibətləri, ənənə və müasirlik barəsində söhbət apardı.

S2 Ep 6Narkotik maddələrə dair sosial və siyasi müzakirələr | Aysel Sultan
Almaniyada Goethe adına Frankfurt Universitetdə tədqiqatçı və dosent olan Dr. Aysel Sultan narkotik maddələrə sosial-siyasi yanaşmanın əhəmiyyəti haqqında danışır

S2 Ep 5Musiqi reallığın təzahürü kimi | PRoMete
Repçi, H.O.S.T qrupunun yaradıcılarından biri olan PRomete qrupun necə bir araya gəlməsindən və musiqinin cəmiyyətdəki rolundan danışdı.

S2 Ep 4Ədəbiyyat, mükafatlar və məhrumiyyətlər haqda | Mirmehdi Ağaoğlu
Əkinçinin növbəti həmsöhbəti yazıçı və jurnalist Mirmehdi Ağaoğlu oldu. O, yaradıcı insanların qarşılaşdığı çətinlikləri və problemləri dilə gətirdi.

S2 Ep 3Rifahı ölçməyin hansı yolları var? | İlahə Abbaslı
İnkişaf iqtisadiyyatı üzrə tədqiqatçı İlahə Abbaslı iqtisadiyyatda geniş istifadə edilən Ümumi Daxili Məhsul göstəricisinin müasir dövrdə nə üçün aktual olmadığını izah edir.

S2 Ep 2Yoxsulluq və təzahürləri: Bunu necə hiss edirik? | Orxan Əli
Sosial-iqtisadi inkişaf üzrə mütəxəssis Orxan Əli yoxsulluq anlayışı, onun necə müəyyən edilməsi və dövlətin bununla mübarizədə rolu haqda danışdı.

S2 Ep 1Tarix, mədəniyyət və yeni nəsil | Elmir Mirzəyev
Bəstəkar və musiqişünas Elmir Mirzəyevlə söhbət etdik.

S1 Ep 44Kino, festivallar və YouTube haqda | Hacı Səfərov
Budəfəki həmsöhbətimiz film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərov oldu.

S1 Ep 43İdarəolunan, yoxsa özünüidarə edən cəmiyyət? | Samir Əliyev
İqtisadçı Samir Əliyev yerli özünüidarəetmənin mahiyyəti haqda danışır.

S1 Ep 42Vəkilin müstəqilliyi nə üçün lazımdır? | Emin Abbasov
Hüquqşünas Emin Abbasov vəkillik təsisatı haqda danışır.

S1 Ep 41Gələcək ixtisaslar: Biz buna nə qədər hazırıq? | Qubad İbadoğlu
Yeni peşələrin yaranması və onlara olan tələbin artması son dövrün ən çox müzakirə edilən mövzularındandır. Bu mövzu haqda fikirlərini paylaşması üçün iqtisadi təhlilçi Qubad İbadoğluna müraciət etdik.

S1 Ep 40Autizm haqda bilməli olduqlarımız | Aytən Eynalova
Birgə və Sağlam İctimai Birliyinin təsisçisi Aytən Eynalova ilə autizm haqda söhbət etdik.

S1 Ep 39Parlament seçkiləri: Namizədin bilməli olduqları | Səməd Rəhimli
Azərbaycanda 9 fevral 2020-ci il tarixinə ekrən parlament seçkiləri təyin edilib. Hüquqşünas Səməd Rəhimli seçkidə iştirak etmək istəyənlərin bilməli olduqları məqamlardan danışır.

S1 Ep 3821-ci əsrdə uşaqları necə böyütməli? | Ceyhun Cabbarov
Engineering For Kids - Baku şirkətinin rəhbəri, müəllim Ceyhun Cabbarov uşaqların inkişafına təsir edən amillər haqda danışır.

S1 Ep 37Mədəni Niyyət layihəsi | Sitarə İbrahimbəyli
Sitarə İbrahimbəyli təsisçisi olduğu layihə haqda danışır.

S1 Ep 36Müstəqillik, dövlət və cəmiyyət | Rəşad Şirin
Əkinçidə növbəti təqdimatı siyasi təhlilçi Rəşad Şirin etdi. O, auditoriyaya qarşısında potsovet cəmiyyətlərində baş verən transformasiyalar və meyllər haqda danışdı.

S1 Ep 35Demokratik cəmiyyət və azadlıqlar haqda | Altay Göyüşov
Həmsöhbətimiz tarixçi alim Altay Göyüşov idi.

S1 Ep 34İnnovasiyalar və ya startapı necə qurmalı? | Cəsur Həsənov
Social Innovation Lab şirkətinin təsisçisi, innovasiya üzrə ekspert Cəsur Həsənov izləyicilərimizə innovasiyalardan və eyi zamanda startap qurarkən nəzərə alınmalı olan məqamlardan danışdı.