Əkinçi
786 episodes — Page 13 of 16

S3 Ep 65İnsan yönümlü şəhərlər | Anar Əliyev
Yaşadığımız şəhərlər daha çox insanlara, yoxsa avtomobillərə xidmət edir? Bloger-urbanist Anar Əliyevlə insan yönümlü şəhərlər haqqında söhbət etmişik.

S3 Ep 64Rəqəmsal maliyyə trendləri: Elektron valyuta | Günel Musayeva
Elektron valyutalar gələcəkdə ənənəvi pulu əvəzləyə bilərmi? Rəqəmsal maliyyə üzrə mütəxəssis Günel Musayeva ilə rəqəmsal maliyyə trendləri haqqında danışmışıq.

S3 Ep 63Trans-sərhəd çayların təhlükəli tullantılarla çirklənmə problemləri | Rövşən Abbasov
Azərbaycan ərazisindən keçən trans-sərhəd çayları müxtəlif tullantılarla çirklənir və ətraf mühitə böyük ölçüdə zərər vurur. Bəs bu tullantıları tənzimləmək üçün hansı tədbirlər görülür? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov izah edir.

S3 Ep 62Mental sağlamlıq nədir? | Cəmilə Rəhimli
Mental sağlamlıq vəziyyətimiz həyat keyfiyyətimizə böyük ölçüdə təsir göstərir. Bəs özümüzün və ətrafımızdakıların mental sağlamlığı haqqında nə qədər bilirik? Psixoloq Cəmilə Rəhimli ilə müsahibəmizi izləyin.

S3 Ep 61İran Azərbaycanı kinosu və mədəni körpü | Elvin Cəbizadə
“Hər iki tərəfdə eyni dil danışılır, eyni problemlərdən əziyyət çəkir insanlar, eyni mədəni köklərə sahibdir. Bu əlaqələri qurmaq hər iki tərəfə ancaq fayda verər.” Bloger Elvin Cəbizadə ilə İran Azərbaycanı kinosu və iki ölkə arasında mədəni körpü haqqında danışmışıq.

S3 Ep 60Müasir Azərbaycan ədəbiyyatının problemləri | Cavid Ramazanov
Azərbaycanda ədəbiyyat və sənət qonşu ölkələrlə müqayisədə daha az inkişaf edib. Bəs bunun səbəbi nədir? Yazıçı Cavid Ramazanovla müasir Azərbaycan ədəbiyyatının problemləri haqqında söhbət etmişik.

S3 Ep 59Necə memar olmaq olar? | Urfan Məmmədov
“Çalışmaq lazımdır ki, səndən sonrakı insanlar üçün yaratdığın məkanlarda onların xatirələri formalaşmış olsun.” Necə memar olmaq olar? Memar Urfan Məmmədov ilə söhbətimizi izləyin.

S3 Ep 58Şəxsi həyata hörmət hüququ | Zibeydə Zəkəriyyəyeva
Vəkil Zibeydə Zəkəriyyəyeva ilə son həftələr müzakirə mövzusuna çevrilmiş şəxsi həyata hörmət hüququ haqda söhbət etmişik.

S3 Ep 57Azərbaycanda caz musiqisinin vəziyyəti | Afşin Əlizadə
Caz musiqisi Azərbaycanın musiqi tarixində yeni bir ənənə deyil, Sovet dövründən bəri bu musiqi inkişaf edərək öz xüsusi auditoriyasını tapa bilib. Bəs bu gün caz musiqisinin Azərbaycandakı vəziyyəti nə yerdədir? Bəstəkar Afşin Əlizadə ilə bu mövzu haqqında söhbətləşmişik.

S3 Ep 55İnklüziv inkişaf və innovasiya | Təhmasib Əlizadə
“Mühafizəkar cəmiyyətlər başda olmaqla, dünyanın əksər ölkələrində hələ də qadınların və fərqli sosial statusa malik insanların innovasiya fəaliyyətlərində nəticələr arzuolunan deyil.” İqtisadçı Təhmasib Əlizadə ilə inklüziv inkişaf və innovasiya haqqında danışmışıq.

S3 Ep 54Azərbaycanda su probleminin kənd təsərrüfatına təsiri | Ramil Azməmmədov
Azərbaycan beynəlxalq hesabatlarda gələcəkdə çox ciddi su problemi yaşayacaq ölkələrdən biri kimi göstərilir. Buna baxmayaraq, dövlət bu problemi çox gec, 2020-ci ildə Kür çayında baş verən quraqlıq hadisəsindən sonra başa düşməyə başlayıb. Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis Ramil Azməmmədovla su probleminin kənd təsərrüfatına təsiri haqqında danışmışıq.

S3 Ep 53Trollinq nədir? | Cavid Ağa
“Trollinqin əsas təhlükəsi kimisə yamsılamaqla həmin insanın etibarsızlaşmasına xidmət etmək, bir qrupu nifrət nitqinə tabe tutaraq onlara cəmiyyətdə mənfi münasibət yaratmaqdır.” Trollinq nədir? Sosial media tədqiqatçısı Cavid Ağa izah edir.

S3 Ep 52Taktiki urbanizm | Səbinə Abbasova
Şəhərlərdə ictimai zonalardan necə faydalanmaq olar? Memar Səbinə Abbasova ilə taktiki urbanizmdən danışmışıq.

S3 Ep 51İnam və sosial kapital | Anar Vəliyev
Ətrafımızdakı insanlara olan inamımız bizə necə təsir edir? Bu inamdan faydalanmaq mümkündürmü? ADA Universitetinin dekanı Anar Vəliyev sosial kapitalın nə olduğunu izah edir.

S3 Ep 50”Debüt” film studiyası və ”INTERNact” təcrübə proqramı | Orxan Abbasov
"Debüt" film studiyasının direktoru Orxan Abbasovla studiyanın fəaliyyəti və "INTERNact" təcrübə proqramı haqqında söhbət etdik.

S3 Ep 49ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı | Rəşid Ağamalıyev
ANİMAFİLM Beynəlxalq Animasiya Film Festivalı Azərbaycanın ilk animasiya film festivalıdır. Festivalın direktoru Rəşid Ağamalıyevlə bu festival haqqında söhbətləşmişik. ANİMAFİLM haqqında ətraflı məlumat əldə etmək üçün festivalın vebsaytına daxil ola bilərsiniz - www.animafilm.az

S3 Ep 48Gənclər siyasəti niyə dəyişilməlidir? | Nəcmin Kamilsoy
Azərbaycanda müstəqil gənclər təşkilatları dövlətin yaratdığı bir sıra çətinliklə üzləşir. Tədqiqatçı Nəcmin Kamilsoy deyir ki, bu, gənclər siyasətinin məqsədi ilə dövlətin göstərdiyi praktika arasında ciddi təzad yaradır.

S3 Ep 47Dövlət, bürokratiya və islahatlar | Rəşad Şirin
“Dövlət yeni mənada başqa şeyləri ehtiva etməlidir. Müxalifət partiyaları, vətəndaş cəmiyyəti, media. Bunlar hamısı dövləti təşkil edir.” Siyasi təhlilçi Rəşad Şirinlə siyasi idarəetmə, bürokratiya və islahatlar haqda söhbət etdik.

S3 Ep 46”Petrikor” sosial layihəsi | Təhminə Əhmədzadə
“Petrikor” sosial layihəsi evdar qadınların öz əl işlərini hazırlayaraq gəlir əldə etməklərinə kömək edən bir təşəbbüsdür. Layihənin rəhbəri Təhminə Əhmədzadə ilə gördükləri işlər haqda söhbət etdik.

S3 Ep 45Dövlətin sosiallaşmasından irəli gələn çətinliklər | İnqilab Əhmədov
Pandemiya dövründə iş yerləri bağlanan, gəlirləri azalan insanları ən çox maraqlandıran mövzulardan biri sosial yardımlar və müavinətlər məsələsi oldu. Bəs ümumiyyətlə, dövlətin ayırdığı sosial yardımlar nə dərəcədə effektivdir?

S3 Ep 44Azərbaycanda startap məktəbləri nə üçün lazımdır | Camal Ağayev
İnnovasiyalar üzrə mütəxəssis Camal Ağayevlə Azərbaycanda startap inkişafı mühiti haqda danışdıq. Qonağımız düşünür ki, universitetlərdə sahibkarlıqla bağlı da fənlər tədris olunmalıdır ki, tələbələrə öz ideyalarını reallaşdırmaq daha asan olsun.

S3 Ep 43Texnologiya, data və təhsil | Ülvi Aslanov
Code Academy-nin təsisçisi və baş direktoru Ülvi Aslanovla müasir texnologiyalar, texnologiya istiqamətində təhsil və texnologiyanın ictimai siyasətdə tətbiqi haqda söhbət etdik.

S3 Ep 42İnnovativ tədris prosesinin əsas meyarları | Günay Rəsulova
Müasir insanın yeni məlumatları öyrənmə bacarığı 20 il öncəki dövrlə eyni deyil. Bəs necə edək ki, öyrənməkdən bezməyək, əksinə, zövq ala bilək? “You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova innovativ tədris prosesinin əsas meyarları haqqında danışır.

S3 Ep 41İqtisadi bərabərsizlik və rifah | Təhmasib Əlizadə
Zənginlər daha zəngin, yoxsullar daha yoxsul oldu. İllər keçdikcə bu ifadə daha çox aktuallaşır. Xüsusilə də son bir il ərzində yaşadığımız pandemiya mühitində dünya əhalisinin böyük əksəriyyətinin maliyyə çətinlikləri çəkdiyi halda, əhalinin ən zəngin təbəqəsinin gəliri və sərvəti artmağa davam edib. Nədir iqtisadi bərabərsizlik? İqtisadçı Təhmasib Əlizadə izah edir.

S3 Ep 40Qərbin qlobal ideoloji üstünlüyü | Rəşad Şirin
“İkinci Qarabağ müharibəsi dövründə Qərb təsisatları, mediası və siyasətçilərindən bir gözlənti yarandı ki, onlar bizim haqqımızda daha yaxşı, dürüst və obyektiv danışmalıdırlar.” Siyasi təhlilçi Rəşad Şirin ilə Qərbin qlobal ideoloji üstünlüyü haqda danışır.

S3 Ep 39Həqiqət, məsuliyyət və daxili senzura | Qulu Məhərrəmli
Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli ilə cəmiyyət, həqiqət və tənqid mövzularında maraqlı söhbətimiz oldu.

S3 Ep 38Xəbər biznesində media etikası | Aynur Kərimova
“Medianın etik standartlarını hər dəfə reytinqə görə aşağı saldıqca bizim yaradıcı qabiliyyətimiz azalır.” Media tədqiqatçısı Aynur Kərimova xəbər biznesində media etikasından danışır.

S3 Ep 37Bir daha qadın qətllərinin siyasi olduğu haqda | Anar Məmmədli
“Dövlət strukturları mühafizəkar dəyərləri, mürtəce fikirləri, ailənin gənclərə total nəzarətini təlqin edən hallarla bağlı mövqe ortaya qoya bilmir.” Siyasi təhlilçi Anar Məmmədli ilə qadın qətlləri haqqında danışmışıq.

S3 Ep 36Millət araşdırmaları nəyi öyrənir? | Mirkamran Hüseynli
Bolonya Universiteti və Mərkəzi Avropa Universitetinin magistrı, ixtisasca millətşünas Mirkamran Hüseynli millət araşdırmalarının öyrəndiyi predmet və bu akademik disiplinin nəzəri-metodikasından danışır.

S3 Ep 35İntellektual oyunlar, analitik düşüncə və yayım | Fateh
Televiziya və radio aparıcısı Fateh ilə intellektual oyunlar haqda söhbət etmişik.

S3 Ep 33Qadın qətlləri niyə siyasidir? | Səməd Rəhimli
Bu yaxınlarda məişət zorakılığı ilə bağlı baş vermiş hadisələrin fonunda hüquqşünas Səməd Rəhimli ilə söhbət etmişik.

S3 Ep 32Azərbaycan kinosu xalqın həyatında iştirak edirmi? | Əli İsa Cabbarov
Budəfəki qonağımız rejissor, prodüser Əli İsa Cabbarovdur.

S3 Ep 31Azad media, sosial şəbəkələr və peşəkarlıq | Vüsalə Əlibəyli
Jurnalist Vüsalə Əlibəyli ilə jurnalitika təhsili və yerli medianın çətinlikləri haqda söhbət etdik.

S3 Ep 30Homoseksuallıq və təbliğat | Səməd İsmayılov
Qürur yürüşləri propaqanda məqsədi daşıyırmı? Təbliğatla insanların cinsi oriyentasiyasını dəyişmək mümkündürmü? LGBT aktivisti Səməd İsmayılov izah edir.

S3 Ep 29Nostalgiya nədir? | Araz Bağırov
Tarixçi Araz Bağırovla nostalgiyanın haqqında danışmışıq. Qonağımız düşünür ki, nostalgiya təhlükəlidir və çox asanlıqla mühafizəkar və mürtəce dəyərlərlə əlaqələndirilə bilər.

S3 Ep 28Covid-19 əleyhinə vaksin bizə necə kömək edəcək? | Vasif Əliyev
Artıq bir neçə müddətdir ki, bütün dünyada koronavirus əleyhinə vaksinlərin vurulmasına başlanılıb. Bəs Covid-19 əleyhinə vaksin bizə necə kömək edə bilər? Həkim-infeksionist Vasif Əliyevlə müsahibəmizi izləyin.

S3 Ep 27Kino, insan kapitalı və liberallaşma | Rüfət Həsənov
Növbəti müsahibimiz rejissor, Mədəniyyət Nazirliyinin Kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Qonağımızla kino sənayesinin mövcud durumu və bu sektorun inkişafı üçün atılmalı olan addımlardan danışdıq.

S3 Ep 27Pandemiya dövrü teatr | Günel İmanova
Aktrisa Günel İmanova pandemiya dövründə teatr aktyorlarının üzləşdiyi çətinliklərdən danışır.

S3 Ep 25Breykdans necə yarandı, necə populyarlaşdı? | Səid Riad
Bir neçə ay öncə breykdansın olimpiya oyunlarının proqramına daxil olunduğu elan edildi. Bu rəqs növünün ilk olimpiya debütü 2024-cü ildə Parisdə keçiriləcək oyunlar zamanı baş tutacaq. Breykdans necə yarandı və necə populyarlaşması? Bu haqda tədqiqatçı Səid Riad ilə söhbət etmişik.

S3 Ep 24Dilimiz və dilçiliyimiz | Günel Orucova
Əkinçinin növbəti qonağı şərqşünas Günel Orucovadır. Günellə Azərbaycan dilinin qısa inkişaf tarixi, dilin saflığının saxlanması, dilin lüğət tərkibinin dəyişməsi və digər maraqlı mövzular ətrafında söhbətləşmişik.

S3 Ep 23Erkən nikah, zorakılıq və siyasət | Şəmsiyyə Mustafayeva
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva ilə qadınların hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan addımlar haqda söhbət etdik.

S3 Ep 22Toxum kraudfandinq platforması | Toğrul İsmayılov
Əkinçinin növbəti qonağı Toğrul İsmayılovla Azərbaycanda ilk onlayn kraudfandinq platforması olan Toxum və Azərbaycanla müqayisədə digər ölkələrdə kraudfandinq təcrübələri haqqında danışmışıq.

S3 Ep 21KekaLove Adaptive Fashion | Məhəmməd Kekalov
“KekaLove Adaptive Fashion” sosial sahibkar Məhəmməd Kekalovun layihəsidir. Layihənin məqsədi fiziki məhdudiyyətli insanların ehtiyaclarına uyğun olaraq müvafiq geyimlər dizayn və istehsal etməkdir. Videomuzu izləyərək layihə haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

S3 Ep 20İncəsənət sahəsində müstəqil inkişaf üçün imkanlar | Aqil Abdullayev
Bu videomuzda incəsənət sahəsində müstəqil inkişaf üçün imkanlar haqqında danışmışıq. Qonağımız sənətçi Aqil Abdullayevdir.

S3 Ep 19Yaradıcılıq nədir? | İlkin Yusif
Kreativ direktor İlkin Yusiflə yaradıcılıq haqda danışdıq. O, çıxışında son zamanlar aktual mövzulardan biri olan - sənətdə müasir tələblərə toxundu. İlkin düşünür ki, bu cür məhdudiyyətlərin müsbət cəhətləri olsa da, mənfi tərəfləri də az deyil.

S3 Ep 18Şəhla Qarayeva Təqaüd Proqramı | Abbas Abbasov
Kolumbia Universitetinin doktorantı Abbas Abbasov özünün də təsisçilərindən biri olduğu, maddi imkanları zəif olan gənc qız və qadınlara təhsil xərcləri ilə bağlı köməklik göstərməyi və ali təhsilə çatımlılığı hədəfləyən Şəhla Qarayeva Təqaüd Proqramı haqqında danışır.

S3 Ep 17Azərbaycanda Tarif Şurası | Rövşən Ağayev
İqtisadçı Rövşən Ağayevlə Tarif Şurasının fəaliyyəti haqqında danışmışıq.

S3 Ep 16Bayağı musiqidən zərər varmı? | Firudin Allahverdi
Bəstəkar Firudin Allahverdi ilə bayağı musiqi və onun cəmiyyətə təsiri haqda danışmışıq.

S3 Ep 15Trans-Xəzər Nəqliyyat Dəhlizi və onun strateji əhəmiyyəti | Aqşin Muxtarov
Gəmiçilik və logistika üzrə mütəxəssis Aqşin Muxtarovla Transxəzər nəqliyyat dəhlizi və onun Azərbaycan və regional inkişaf üçün strateji əhəmiyyətindən danışmışıq.

S3 Ep 14Uşağın inkişafında etdiyimiz səhvlər və doğru addımlar | Ülviyyə Mirzəyeva
Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva uşaqların inkişafında yol verilən səhvlər və valideynlərin bu səhvlərə yol verməmək üçün diqqət etməli olduğu məsələlər haqqında danışır.