PLAY PODCASTS
Əkinçi

Əkinçi

802 episodes — Page 11 of 17

S4 Ep 32Oyunlaşdırma və öyrənmə analitikası | Ayaz Kərimov

Təhsildə və digər sahələrdə tez-tez istifadə olunan oyunlaşdırma nədir və ondan necə istifadə edə bilərik? Budəfəki videomuzda tədqiqatçı Ayaz Kərimovla oyunlaşdırma və öyrənmə analitikası haqqında danışmışıq.

Mar 23, 202217 min

S4 Ep 31Ağıllı şəhər, insan və müxtəliflik | Anar Vəliyev

Şəhəri şəhər edən elementlər hansılardır? Nə üçün bu gün digər şəhərlərdə və ya regionlarda yeni iş yerləri açılsa da, insanlar hələ də Bakıya gəlmək istəyirlər? ADA Universitetinin dosenti Anar Vəliyev ilə ağıllı şəhər, insan və müxtəliflik haqqında söhbət etmişik.

Mar 21, 202240 min

S4 Ep 30Maskulinlik araşdırmalarının əhəmiyyəti | Ramil Zamanov

Çarls Universitetinin doktorantı Ramil Zamanov deyir ki, feminizm təkcə qadınlar və LGBTQİ+larla bağlı deyil, feminizm ədalət və bərabərlik hissini təbliğ etməyə çalışır. Növbəti videomuzda qonağımızla maskulinlik araşdırmalarının əhəmiyyəti barəsində söhbət etmişik.

Mar 18, 202222 min

S4 Ep 29Təhsil islahatları niyə işləmir | Elçin Rəşidov

Təhsil strategiyası necə olmalıdır? Təhsildə islahatın istiqamətləri və onlar necə qiymətləndirilməlidir? İslahatlara nə mane olur? Dövlət maliyyəsi və təhsil iqtisadçısı Elçin Rəşid təhsil islahatları nə üçün işləmir mövzusu haqqında danışır.

Mar 16, 202227 min

S4 Ep 28Şiddətsiz ünsiyyət metodu | Lamiyə Əliyeva

“Şiddət bizim dilimizdə, zehnimizdə başlayır. Biz elə sözlər seçməliyik, elə kəlmələrlə özümüzü ifadə etməliyik ki, bu, qarşı tərəfi yaralamasın.” Təlimçi Lamiyə Əliyeva ilə şiddətsiz ünsiyyət metodu haqqında söhbət etmişik.

Mar 14, 202221 min

Ep 153Region gəncləri ilə iş və sosial teatr | Asiman Qocayev

Regionlardakı gənclərlə işləyən zaman effektiv nəticələr əldə etmək üçün hansı addımlar atılmalıdır və hansı vasitələrdən istifadə olunmalıdır? Layihə meneceri Asiman Qocayevlə region gəncləri ilə iş və sosial teatr haqqında söhbət etmişik.

Mar 11, 202228 min

S4 Ep 26Gənc Hüquqşünaslar Şəbəkəsi | Kamil Manafov

Gənc Hüquqşünaslar Şəbəkəsinin məqsədi gənc hüquqşünasların vahid platformasını yaratmaq, praktiki hüquqşünasların tələbələrə öyrətməsini təmin etmək, onların hüquqi, sosial və mədəni tədbirlərini təşkil etməkdir. Bu videomuzda şəbəkənin təsisçisi Kamil Manafovla söhbət etmişik.

Mar 9, 202211 min

S4 Ep 25Davranış İqtisadiyyatı: irrasional qərarlarımızın arxasında nə durur? | İnqilab Əhmədov

İrrasional qərarlarımızın arxasında nə durur? Niyə əksər halda irrasional qərarlar qəbul edirik? Gündəlik həyatda verdiyimiz qərarlara öncədən təsir etmək mümkündürmü? Avrasiya Bilik Mərkəzinin direktoru, iqtisadçı İnqilab Əhmədovun davranış iqtisadiyyatı haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Mar 7, 202239 min

S4 Ep 24Azərbaycanda LGBT hüquqları | Jalə Bayramova

Azərbaycanda LGBT-lər hansı hüquq pozuntuları ilə qarşılaşır və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Lund Universitetində beynəlxalq insan haqları hüququ üzrə təhsil alan hüquqşünas Jalə Bayramova ilə Azərbaycanda LGBT hüquqları haqqında söhbət etmişik.

Mar 4, 202220 min

S4 Ep 23Yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri | Əhəd Əhədli

Konspirasiya nəzəriyyələri və saxta xəbərlərlə necə mübarizə aparmaq olar? Növbəti videomuzda "Fakt Yoxla" araşdırmaçısı Əhəd Əhədli ilə yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri haqqında söhbət etmişik.

Mar 2, 202228 min

S4 Ep 22Müasir şəhərsalmada strateji planlamanın əhəmiyyəti | Bayram Axundov

Şəhərlərdə strateji planlama nə üçün önəmlidir və biz bununla nələrə nail ola bilərik? Qonağımız, müstəqil araşdırmaçı Bayram Axundovla müasir şəhərsalmada strateji planlamanın əhəmiyyəti haqqında danışmışıq.

Feb 28, 202221 min

S4 Ep 21Uşaqların inkişafında nağılların rolu | Şəbnəm Həsənəlizadə

Şəbnəm Həsənəlizadə "Audio Nağıllar" YouTube kanalının təsisçisidir. Bu dəfəki videomuzda qonağımızla uşaqların inkişafında nağılların rolu barəsində söhbət etmişik.

Feb 25, 202220 min

S4 Ep 20Azərbaycan startap ekosistemi və qadınlar | Nəzrin Quluzadə

FemTech platformasının əsas məqsədi innovasiya və startap sahəsində qadınlara dəstək olaraq onların bu sahədə uğur qazanmalarına töhfə verməkdir. Platformanın təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə ilə Azərbaycanda startap ekosistemi və qadınlar haqqında danışmışıq.

Feb 23, 202216 min

S4 Ep 19Ali təhsil, əmək bazarı və beyin axını | Təhmasib Əlizadə

Təhmasib Əlizadə deyir ki, Azərbaycanda universitetlərin əsas gəlir mənbəyi tələbələrdən əldə olunan ödənişlərdir. Bu məbləğ hər il artsa da, təhsilin keyfiyyətinə nə qədər təsir etməsi sual altındadır. Qonağımızla ali təhsil, əmək bazarı və beyin axını haqqında söhbət etmişik.

Feb 21, 202231 min

S4 Ep 18Azərbaycan mediasında qadın qətllərinin təqdimatı | Aynur Kazımova

Tədqiqatçı Aynur Kazımova deyir ki, qadın qətllərinin Azərbaycan mediasında təqdimatı qətlin özü qədər problemlidir. Bəs bu xəbərləri hazırlayarkən nələrə diqqət etmək lazımdır? Müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Feb 18, 202210 min

S4 Ep 17Münasibətlər və cinsi tərbiyə fənni [İngiltərə nümunəsi] | Zeynəb Rzayeva

Məktəblərdə cinsi tərbiyə fənninin tədris olunması nə üçün vacibdir? Nottinqem Universitetində təhsil rəhbərliyi və idarəetmə ixstisası üzrə təhsil almış mütəxəssis Zeynəb Rzayeva ilə İngilitərə nümunəsində münasibətlər və cinsi tərbiyə fənni haqqında söhbət etmişik.

Feb 16, 202226 min

S4 Ep 16Qlobal problemlərlə mübarizədə məsuliyyətli investisiyalar | Nigar Əzizova

Qlobal problemlərlə mübarizədə investorların hansı məsuliyyətləri var? İnvestisiyalar hansı yollarla bu problemlərin həllinə kömək edə bilər? İnvestisiya təhlilçisi Nigar Əzizova ilə söhbətimizi izləyə bilərsiniz.

Feb 14, 202216 min

S4 Ep 14İnteraktiv Elm Muzeyi - Elçin Abbasov

Azərbaycanın ilk İnteraktiv Elm Muzeyində siz nələri görə bilərsiniz? Muzeyin qurucusu Elçin Abbasovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Feb 9, 202216 min

S4 Ep 13Vəkillik peşəsi haqda | Anar Məmişov

“Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin yüksək səviyyədə hüquqi yardım almaq hüququ tanınır və vəkil bu hüququn realizəsini həyata keçirən şəxsdir.” Bu dəfəki videomuzda hüquqşünas Anar Məmişovla vəkillik peşəsi haqqında söhbət etmişik.

Feb 7, 202228 min

S4 Ep 12Nə üçün peşə təhsili? | Zəhra Əmrahova

“Peşə təhsili kurikulumları özəl sektorla birlikdə hazırlanır. Özəl sektor bilir ki, hansı bilik və bacarıqlara ehtiyac var ki, tələbələr uğur qazana bilsin.” Nə üçün peşə təhsili? BMT-nin İnkişaf Proqramının layihə mütəxəssisi Zəhra Əmrahova ilə söhbət etmişik.

Feb 4, 202214 min

S4 Ep 11Təhsilin maliyyələşməsi, hədəflər və qiymətləndirmə | Elçin Rəşidov

Bu yaxınlarda məktəblərə valideynlər tərəfindən ianələr edilməsi məsələsi gündəmdə idi. Bəs bu proses necə həyata keçirilməlidir? Təhsilin maliyyələşməsi kimin öhdəliyində olmalıdır? İqtisadçı Elçin Rəşidovla təhsilin maliyyələşməsi, hədəflər və qiymətləndirmə haqqında danışmışıq.

Feb 2, 202243 min

S4 Ep 10Bazar iqtisadiyyatı və ayrıseçkilik | Zəhra Murad

Cəmiyyətin müxtəlif qruplarına qarşı edilən ayrıseçkiliklərin iqtisadi nəticələri nələrdir? Qonağımız, iqtisadçı Zəhra Murad ilə bazar iqtisadiyyatı və ayrıseçkilik haqqında söhbət etmişik.

Jan 31, 202219 min

S4 Ep 9Kuirlər, aktivizm və mətbuat | Leyla Həsənova

QueeRadar platformasının məqsədi Azərbaycan mətbuatındakı LGBTIQ+fobik kontentləri göstərmək, onların arxivini formalaşdırmaq və bu mövzuda mətbuatın inkişafına nail olmaqdır. Platformanın həmtəsisçisi Leyla Həsənova ilə kuirlər, aktivizm və mətbuat haqqında söhbət etmişik.

Jan 28, 202222 min

S4 Ep 8İnsan inkişafı innovasiyalar üçün niyə belə vacibdir? | Şəbnəm Məmmədova

İnnovasiya nədir və onun üçün nə tələb olunur? Azərbaycanda innovasiyalarla bağlı vəziyyət nə yerdədir? Qonağımız, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova ilə bu mövzu haqqında söhbət etmişik.

Jan 26, 202223 min

S4 Ep 7Sosial sahibkarlıq: Biznes və məsuliyyət | Sara Rəcəbli

Sosial sahibkarlıq nədir və onun ənənəvi bizneslərdən fərqi nədir? Azərbaycanda fəaliyyət göstərən sosial bizneslərin üzləşdikləri ən böyük çətinliklər nələrdir? Sosial sahibkar Sara Rəcəbli ilə sosial sahibkarlıq, biznes və məsuliyyət haqqında söhbət etmişik.

Jan 24, 202226 min

S4 Ep 6STEAM bizə nə vəd edir? | İqrar Nəzərov

STEAM təhsil metodu nədir və nəyi hədəfləyir? Bu təhsil metodunun ənənəvi təhsildən üstünlüyü nədədir? "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərovla söhbətimizi izləyərək STEAM-lə yaxından tanış ola bilərsiniz.

Jan 21, 202221 min

S4 Ep 5Mental sağlamlıq: Davranışlarımız və hisslərimiz | Cəmilə Rəhimli

“Günlük yaşamda münasibətlərdəki çətinliklərimiz, problemlərlə mübarizə apara bilməyimiz, özümüzü aktuallaşdırmağımız, bütün bunlar mental sağlamlıq dərəcəmiz artdıqca yaxşılaşır.” Psixoloq Cəmilə Rəhimli ilə mental sağlamlıq, davranışlarımız və hisslərimiz haqqında danışmışıq.

Jan 19, 202237 min

S4 Ep 4Mediaya inam niyə yoxdur və onu necə bərpa edək? | Seymur Kazımov

Kütləvi informasiya vasitələri və məlumatlandırma kanallarına nə üçün etimad edilmir? Etibar və inamı təsis etmək üçün jurnalistlər nə etməlidir? Növbəti videomuzda media eksperti Seymur Kazımov mediaya inamı necə bərpa etməli mövzusunda çıxış edib.

Jan 17, 202230 min

S4 Ep 3Dərs metodu, resurslar, müəllimlərin təlimi | Günay Rəsulova

“Tələbənin dərs prosesində əziyyət çəkdiyi görünürsə, mütləq onu bildirmək lazımdır. Bu, insanla insan arasında gözəl bir siqnaldır ki, mən səni görürəm, mən başa düşürəm sən nələrdən keçirsən.” Günay Rəsulova ilə dərs metodu, resurslar və müəllimlərin təlimi haqqında danışmışıq.

Jan 14, 202230 min

S4 Ep 2İnklüziv kurikulumun məktəb və siniflərdə dizaynı | Elnara Məmmədova

İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova deyir ki, təhsildə bərabər imkanlar yaratmaq üçün uşaqların müxtəlifliyi nəzərə alınmalı və buna uyğun alternativlər təklif olunmalıdır. İnklüziv kurikulumun məktəb və siniflərdə dizaynı haqqında videomuzu buradan izləyə bilərsiniz.

Jan 12, 202219 min

S4 Ep 1Səhiyyə islahatları və icbari tibbi sığorta | Azər Mehtiyev

“Təəssüf ki, Azərbaycanda hələ də səhiyyə qurumları arasında maraqlar, ziddiyət çox güclüdür. Məsələn, Səhiyyə Nazirliyi hələ də səhiyyə siyasətini həyata keçirən əsas qurum olduğunu unudub sanki.” İqtisadçı Azər Mehtiyevlə səhiyyə islahatları və icbari tibbi sığorta haqqında danışmışıq.

Jan 10, 202227 min

S3 Ep 152“Media haqqında” yeni qanun layihəsi haqqında bilməli olduqlarımız | Ələsgər Məmmədli

Son günlər gündəmdə olan əsas mövzulardan biri yeni hazırlanmış “Media haqqında” qanun layihəsidir. Bu qanun layihəsinin əhəmiyyətli məqamları və potensial təsirləri nədən ibarətdir? Hüquqşünas Ələsgər Məmmədlinin bu mövzudakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Jan 7, 202223 min

S3 Ep 151Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur? | Zibeydə Sadıqova

Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur? Mediasiya qanunvericiliyində hansı problemlər var? Vəkil Zibeydə Sadıqova çıxış edir.

Jan 7, 202227 min

S3 Ep 150Posthumanizm nədir və niyə əhəmiyyətlidir? - Nicat Eldarov

“İnsan mərkəzçilik ekoloji böhranların fonunda ekosistemin rifahını ləngidir və istər təbiətdə, istərsə də cəmiyyətdə baş verən güc münasibətlərini dərindən başa düşməkdə maneələr törədir.” Posthumanizm nədir və niyə əhəmiyyətlidir? Tədqiqatçı Nicat Eldarov danışır.

Jan 7, 202230 min

S3 Ep 149Əmək bazarı, məşğulluq və pensiya | Toğrul Vəliyev

“Mərkəzi Bank deyir ki, bahalaşma xaricdən idxal inflyasiyası ilə bağlıdır. Lakin ən yüksək artım yerli məhsul olan tərəvəz məhsullarındadır. Problem bizim daxili iqtisadi münasibətlərdədir.” İqtisadçı Toğrul Vəliyev ilə əmək bazarı, məşğulluq və pensiya haqqında söhbət etmişik.

Jan 7, 202233 min

S3 Ep 148Yaddaş-Şifahi Tarix və Dağlıq Qarabağ münaqişəsi kontekstində sülh quruculuğu | Bəxtiyar Aslanov

Berghof fondunun layihə meneceri Bəxtiyar Aslanov ilə Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkmiş şəxslərin şifahi tarix metodologiyası vasitəsilə hekayələrinin bölüşülməsi və sülh quruculuğu prosesi haqqında danışmışıq.

Jan 7, 202221 min

S3 Ep 147Dördüncü sənaye inqilabı iqtisadiyyatı necə dəyişdirir? | Təhmasib Əlizadə

Dördüncü sənaye inqilabının əsas mahiyyəti və iqtisadi təsirləri nələrdir? Yeni texnologiyalar əmək bazarında bəzi iş yerlərini sıradan çıxara, yeni iş yerləri yarada bilərmi? İqtisadçı Təhmasib Əlizadənin dördüncü sənaye inqilabı haqqındakı çıxışını izləyərək öyrənə bilərsiniz.

Jan 7, 202225 min

S3 Ep 146Universitet-biznes əməkdaşlığı: tələbələrin təşəbbüskar ruhda yetişdirilməsi | Məhin Cəbrayılova

Universitetlərlə bizneslərin əməkdaşlığı bizə nə kimi fayda verə bilər? Tələbələri təşəbbüskar ruhda yetişdirmək nə üçün lazımdır? Tədqiqatçı və UNEC müəllimi Mehin Cəbrayılova bu mövzu haqqında danışır.

Jan 7, 202217 min

S3 Ep 145Jurnalistika elmi, gənc kadrlar və peşəkar kontent | Seymur Kazımov

“Media menecerlərinin peşəkar jurnalist çatışmazlığından şikayət etməyə heç bir haqqı yoxdur. Çünki özləri o mühiti yaratmayıblar.” Budəfəki videomuzda media eksperti Seymur Kazımovla jurnalistika elmi, gənc kadrlar və peşəkar kontent haqqında söhbət etmişik.

Jan 7, 202227 min

S3 Ep 144Məişət zorakılığı: Qanunvericilik və reallıq | Rövşanə Rəhimli

Məişət zorakılığı ilə bağlı atılmalı olan ən vacib addımlar hansıdır? Qonağımız, vəkil Rövşanə Rəhimli ilə qanunvericilik və reallıq haqqında söhbət etmişik.

Jan 7, 202235 min

S3 Ep 143Həbs olunan şəxslərin görüntülərini yaymaq doğrudurmu? | Fariz Namazlı

Həbs olunan şəxslərin mediada görüntülərinin yayılması qanunidirmi? Bu görüntülər cəmiyyət üçün maraqlıdırmı? Belə görüntülər yayıldıqda nə etməli? Hüquqşünas Fariz Namazlının bu mövzudakı təqdimatını izləyə bilərsiniz.

Jan 7, 202219 min

S3 Ep 142İnklüziv yanaşmanın tarixi | Elnara Məmmədova

Elnarə Məmmədova deyir ki, əlilliyi olan şəxslərin qarşılaşdığı çətinliklər onların əlilliklərindən yox, cəmiyyətin yaratdığı bariyerlərlərdən irəli gəlir. Bu dəfəki videomuzda inklüziv yanaşmanın tarixi haqqında danışmışıq.

Jan 7, 202221 min

S3 Ep 141Qrafik dizayn, Molla Nəsrəddin və rəssamlıq məktəbi | Rəsul Həsən

Qonağımız, dizayner Rəsul Həsən deyir ki, Azərbaycanın əsas qrafik dizayn bünövrəsi məhz Molla Nəsrəddindir. Molla Nəsrəddinlə bərabər daha oturuşmuş, rəngli qrafika və illüstratorlar araya girdi və bundan sonra Azərbaycanın rəssamlıq məktəbi formalaşmağa başladı.

Jan 7, 202233 min

S3 Ep 140Inclusion Festival: Kekalove Adaptive Fashion Show | Məhəmməd Kekalov

Sosial sahibkar, “Kekalove Adaptive”-in təsisçisi Məhəmməd Kekalov əlilliyi olan şəxslər üçün moda şousu keçirməyə hazırlaşır. Tədbir 3 dekabr tarixində baş tutacaq.

Jan 7, 20229 min

S3 Ep 139Azərbaycanda korporativ hüquq | Nail Axundzadə

“Hökumət bələdçi qaydalar və korporativ standartlar müəyyən edə bilər. Bu həm qanunvericilik üzərindəki yükü azaldacaq, həm də biznesin inkişafı üçün daha ideal mühit yaradacaq.” Hüquqşünas Nail Axundzadə ilə Azərbaycanda korporativ hüquq haqqında danışmışıq.

Jan 7, 202226 min

S3 Ep 138Əxlaq fəlsəfəsi nədir? | Tinay Muşdiyeva

“Əxlaqçılığı inkar etməyin özü bir əxlaqi mövqedir. Necə yaşamaq lazımdır sualını inkar etmiriksə, avtomatik hər hansı bir əxlaqi mövqedə durmuş oluruq.” Tədqiqatçı Tinay Muşdiyeva ilə əxlaq fəlsəfəsi haqqında söhbət etmişik.

Jan 7, 202226 min

S3 Ep 137Nəsillər üzrə istehlakçı davranışlarında fərqlər | Vüqar Mehdiyev

Baby boomers, Generation X, Millennials, Generation Z, Generation Alpha. Bu nəsillərin hansı xarakterik xüsusiyyətləri var? Bu dəfəki videomuzda Marketoloq Vüqar Mehdiyev müxtəlif nəsillər üzrə istehlakçı davranışlarındakı fərqlər haqqında danışıb.

Jan 7, 202220 min

S3 Ep 135Uşaqlarla səyahət | Həvva Səfərova

Uşaqlarla stressiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır? Turizmçi-bloger Həvva Səfərova izah edir.

Jan 7, 202222 min

S3 Ep 136Qadınlara qarşı ayrıseçkiliyin iqtisadi nəticələri | Fərid Mehralızadə

“Ölkədə milyonlarla insan əlavə dəyər yaratmaq potensialındadır, amma ayrıseçkilik səbəbindən iqtisadi fəaliyyətə qoşula bilmir. Bu ayrıseçkiliyə ən çox məruz qalan sosial qruplardan biri də qadınlardır.” İqtisadçı Fərid Mehralızadənin təqdimatını buradan izləyə bilərsiniz.

Jan 7, 202223 min

S3 Ep 134Azərbaycan səhiyyə sisteminin 5 vacib istiqaməti | Tural Qulu

“Həyəcan təbili çalınmalı olan məsələ gənc həkimlərin ölkəni tərk etməsidir. Savadlı həkim yetişdirmək çox çətindir və yetişmiş kadrların itirilməsi beyin axınıdır.” İctimai sağlamlıq və səhiyyənin təşkili üzrə mütəxəssis Tural Qulu səhiyyə sisteminin problemləri haqqında danışır.

Jan 7, 202217 min