PLAY PODCASTS
Əkinçi

Əkinçi

786 episodes — Page 8 of 16

S5 Ep 23Torpağın yaratdığı dəyərləri necə qorumalı? | Rövşən Abbasov

Torpaq insanlar və digər canlılar üçün hansı fərqli dəyərləri yaradır? Bu dəyərləri qorumaq nə üçün vacibdir? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Mar 1, 202321 min

S5 Ep 15Həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar | Ruslan Əliyev

Həssas qruplar dedikdə kimlər nəzərdə tutulur? Həssas qruplara aid olan şəxslər Azərbaycanda hansı çətinliklərlə qarşılaşırlar? Bu dəfəki videomuzda hüquqşünas Ruslan Əliyevlə həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar barəsində söhbət etmişik.

Feb 27, 202321 min

S5 Ep 21Oyun pedaqogikası [Finlandiya təcrübəsi] | Sura Ağaverdiyeva

Oyun pedaqogikası nədir? Uşaqlarla hansı növ oyunları oynamaq daha effektivdir? Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Feb 24, 202323 min

S5 Ep 20Erasmus+ imkanları | Pərviz Bağırov

Erasmus+ proqramı nədir? Proqramın təklif etdiyi imkanlardan necə yararlanmaq olar? Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəmizi izləyərək ətraflı məlumat ala bilərsiniz.

Feb 22, 202315 min

S5 Ep 19Vərəsəlik haqda tez-tez verilən suallar | Aysel Əhmədova

Vərəsəlik institutu nədir və hansı məqsədlərə xidmət edir? Qanunla kimlər vərəsə hesab edilir? Mirasla bağlı yanlış bilinən məlumatlar hansılardır? Növbəti videomuzda vəkil Aysel Əhmədova ilə vərəsəlik haqda tez-tez verilən suallar barəsində söhbət etmişik.

Feb 20, 202315 min

S5 Ep 17Cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər | Sevda Məhərrəmova

Cinsi zorakılığa məruz qalmış şəxslər ilkin olaraq hansı quruma müraciət etməlidir? Hüquq-mühafizə orqanlarının zərərçəkmişlərlə davranış qaydaları necə olmalıdır? Vəkil Sevda Məhərrəmova ilə cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər haqqında söhbət etmişik.

Feb 15, 202326 min

S5 Ep 16İmkanlara əsaslanan icma inkişafı | Ağalar Ağalarlı

İcma quruculuğu nədir və nəyə görə əhəmiyyətlidir? İcma inkişafı ilə bağlı həyata keçirilən layihələrdə hansı vacib prinsiplər nəzərə alınmalıdır? İcma səfərbərçisi Ağalar Ağalarlı ilə imkanlara əsaslanan icma inkişafı haqqındakı videomuzu izləyərək öyrənə bilərsiniz.

Feb 13, 202317 min

S5 Ep 15“İcazəli media istəmirik” kampaniyası niyə keçirilir? | Aynur Elgünəş

Sosial mediada “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq müstəqil jurnalistlər tərəfindən “İcazəli media istəmirik” kampaniyası başladılıb. Jurnalistlər nə üçün etiraz edirlər və tələbləri nələrdir? Jurnalist Aynur Elgünəşlə söhbətimizi izləyərək məlumat ala bilərsiniz.

Feb 10, 202311 min

S5 Ep 14Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu | Rauf Ağamirzəyev

Bakıda tıxac problemini həll etmək üçün hansı həll variantları var? Az mobilli insanların küçə-yol şəbəkəsində rahat hərəkətini necə təmin etməli? Budəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu haqqında danışmışıq.

Feb 8, 202316 min

S5 Ep 13Gig-iqtisadiyyat, əmək münasibətləri və istismar | Fərid Rustamzadə

Platforma işçilərinin son zamanlar baş verən etirazları nə ilə nəticələndi? Bu işçilərin hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır? Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə gig-iqtisadiyyat, əmək münasibətləri və istismar haqqında danışmışıq.

Feb 6, 202323 min

S5 Ep 12Əlilliyi olan şəxslər və işsizlik | Məhəmməd Kekalov

Azərbaycanda əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə bağlı hansı problemlər mövcuddur? Digər ölkələrin təcrübəsində bu problemlər necə həll olunur? Növbəti videomuzda sosial sahibkar Məhəmməd Kekalovla əlilliyi olan şəxslər və işsizlik mövzusunda danışmışıq.

Feb 3, 202313 min

S5 Ep 11Müasir dövrdə məktəb, müəllimlər və islahatlar | Aynurə Abdullayeva

Məktəb şagirdlərə hansı bilik və bacarıqları qazandırmalıdır? Keyfiyyətli və dayanıqlı təhsil modeli qurmaq üçün ən vacib addım nə olmalıdır? Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva ilə müasir dövrdə məktəb, müəllimlər və islahatlar barəsində danışmışıq.

Feb 1, 202321 min

S5 Ep 10Müharibə sonrası psixoloji dəstək xidmətlərinə əlçatanlıq | Nisə Hacıyeva

İkinci Qarabağ müharibəsinin təsirlərindən əziyyət çəkən insanlar üçün psixoloji dəstək xidmətləri nə qədər əlçatandır? Bu xidmətin keyfiyyəti ilə bağlı vəziyyət qənaətbəxşdirmi? Tədqiqatçı Nisə Hacıyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Jan 30, 202316 min

S5 Ep 9Təhsil təqaüdü, motivasiya və yüksək nəticə stressi | Xətai Alıyev

Azərbaycanda təqaüd sistemi tələbələrin ehtiyaclarına cavab verirmi? Hazırkı sistemdə tələbələr hansı problemlərlə üzləşir? İqtisadçı Xətai Alıyelə təhsil təqaüdü, motivasiya və yüksək nəticə stressi haqqında söhbət etmişik.

Jan 27, 202326 min

S5 Ep 6Alıcı kimi qərarlarımızı özümüz veririkmi? | Vüqar Mehdiyev

Gündəlik verdiyimiz qərarlarımıza hansı xarici faktorlar təsir edir? Bir istehlakçı kimi reklam kampaniyalarının, təbliğatın qurbanı olmamaq üçün nə etməliyik? Marketoloq Vüqar Mehdiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Jan 25, 202312 min

S5 Ep 7Müharibə dövründə sosial sahibkarlıq | Sara Rəcəbli

Müharibə dövründə sosial sahibkarlıq özünü necə göstərir? Müharibədən əziyyət çəkən regionlarda uğurlu sosial sahibkarlıq nümunələri hansılardır? Sosial sahibkar Sara Rəcəbli müharibə dövründə sosial sahibkarlığın önəmi və sosial bizneslərin cəmiyyətə faydası haqqında çıxış edir.

Jan 23, 202319 min

S5 Ep 6İnternet, dövlət və insan hüquqları | Səyyad Yusifli

Azərbaycanda internetə çıxışla bağlı hansı problemlər var? Bu sahədə dövlətin öhdəlikləri nələrdir? Hüquqşünas Səyyad Yusifli ilə internet, dövlət və insan hüquqları barəsində danışmışıq.

Jan 20, 202311 min

S5 Ep 5Azərbaycanda məhkəməyə çatımlılıq | Babək Həmidov

Azərbaycanda məhkəməyə çatımlıqla bağlı vəziyyət qənaətbəxşdirmi? Elektron məhkəmə sistemi ilə bağlı vətəndaşlar hansı problemlərlə qarşılaşırlar? Vəkil Babək Həmidovla söhbətimizi izləyərək ətraflı məlumat ala bilərsiniz.

Jan 18, 202322 min

S5 Ep 4Azərbaycan teatr tarixində qadının mövqeyi | Fidan Rzayeva

Azərbaycan teatr tarixində qadın obrazların səhnəyə gəlməsi necə müqavimətlə üzləşib? Müasir teatr tamaşalarında qadın məsələləri haqqında nə qədər danışılır? Ritual Mobil Teatr Laboratoriyasının teatr təlimçisi, aktrisa Fidan Rzayeva ilə söhbətimizi izləyə bilərsiniz.

Jan 16, 202314 min

S5 Ep 3İctimai maraq, təmsilçilik və lobbiçilik | Turqut Qəmbər

Vətəndaşların həyatına önəmli dərəcədə təsir edən qanun layihələri, qərarlar necə formalaşır? Cəmiyyətin müxtəlif həssas qrupları öz problemlərini hakimiyyətin gündəminə necə gətirə bilərlər? Tədqiqatçı Turqut Qəmbərlə ictimai maraq, təmsilçilik və lobbiçilik haqqında söhbət etmişik.

Jan 13, 202331 min

S5 Ep 2Uşaqlarla kitaba nə vaxt başlamalı və necə həvəs oyatmalı? | Şəbnəm Həsənəlizadə

Uşaqlara kitab oxumağa nə vaxtdan başlamalı? Azyaşlı uşaqlara hansı kitabları oxumaq tövsiyyə edilir? Hansı metodlarla uşaqlara kitab oxuma həvəsini aşılamaq olar? “Audio Nağıllar” YouTube kanalının təsisçisi Şəbnəm Həsənəlizadə ilə söhbətimizi izləyə bilərsiniz.

Jan 11, 202315 min

S5 Ep 1Memarlıq irsi nədir və onu qorumaq niyə lazımdır? | Müslüm İmranlı

Memarlıq irsi nədir? Onu qorumaq və inkişaf etdirmək niyə lazımdır? Memarlıq irsinin qorunmasını dayanıqlı və geridönüşlü etmək üçün nə etməli? Memar Müslüm İmranlının çıxışını izləyərək öyrənə bilərsiniz.

Jan 9, 202327 min

S4 Ep 144Şəffaflıq və araşdırma jurnalistikası | Sevinc Vaqifqızı

Absaz Medianın baş redaktoru Sevinc Vaqifqızı: “Araşdırma jurnalistikasının bir məqsədi də odur ki, kimsə qanunsuz pul əldə etdikdə düşünməsin ki, bu ancaq onun və yaxın çevrəsinin bildiyi bir sirrdir.” Şəffaflıq və araşdırma jurnalistikası haqqındakı videomuzu izləyə bilərsiniz.

Dec 23, 202210 min

S4 Ep 143Startaplar, hüquqi baza və Abşeron vadisi | Anar Əlizamanlı

Startaplar ənənəvi bizneslərdən nə ilə fərqlənir? Startaplar üçün dünyada və Azərbaycanda hansı güzəştlər mövcuddur? Abşeron vadisi nələri vəd edir? Hüquqşünas Anar Əlizamanlı ilə startaplar, hüquqi baza və Abşeron vadisi haqqında söhbət etmişik.

Dec 21, 202227 min

S4 Ep 142Uşaqlarda şəxsi sərhəd anlayışı | Nailə Həsənzadə

Uşaqlarla çalışan müxtəlif mütəxəssislər hansı normalara riayət etməlidirlər? Uşaqlara qarşı həssas yanaşma nə üçün əhəmiyyətlidir? Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə ilə uşaqlarda şəxsi sərhəd anlayışı barəsində söhbət etmişik.

Dec 19, 20229 min

S4 Ep 141Şəhər, mobillik və ictimai nəqliyyat | Rauf Ağamirzəyev

Dayanıqlı şəhər mobilliyi nə deməkdir? Azərbaycanda ictimai nəqliyyatın maliyyələşməsi ilə bağlı vəziyyət nə yerdədir? Bu dəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə şəhər, mobillik və ictimai nəqliyyat haqqında söhbət etmişik.

Dec 16, 202226 min

S4 Ep 140Dram dərsləri uşaqlara nə öyrədir? | Günel Yaşar

Dram dərsləri uşaqların öyrənmə prosesinə necə təsir edir, hansı bacarıqlarının artmasına kömək edir? “Nağılçı” uşaq yaradıcılıq atelyesinin təsisçisi Günel Yaşarla müsahibəmizi izləyə bilərsiniz.

Dec 14, 202212 min

S4 Ep 139Qanunvericilikdə avtoxuliqanlıq haqda nə deyilir? | İsrafil Əlili

Avtoxuliqanlıq dedikdə nə nəzərdə tutulur? Avtoxuliqanlıq əməli törədənləri hansı məsuliyyət gözləyir? Qanunvericilikdə avtoxuliqanlıq haqda nə deyilir? Vəkil İsrafil Əlili ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Dec 12, 202222 min

S4 Ep 138Azərbaycanda siyasi elm | Pünhani Əsgərli

Azərbaycanda siyasi təhsilin zəif olmasının səbəbləri nələrdir? Siyasi elm sahəsində işləmək istəyən şəxslər hansı problemlərlə qarşılaşırlar? Budəfəki videomuzda siyasi elm mütəxəssisi, müəllim Pünhani Əsgərli ilə Azərbaycanda siyasi elm barəsində söhbət etmişik.

Dec 9, 202215 min

S4 Ep 137Qadınların siyasətdə təmsil olunması nə üçün vacibdir? | Kəklik Kərimli

Qadınların siyasətdə təmsilçiliyi deyəndə nə nəzərdə tutulur? Qadınların siyasi təmsilçiliyi üzrə mövcud vəziyyət necə xarakterizə olunur? Siyasi və sosial elmlər üzrə tədqiqatçı Kəklik Kərimli qadınların siyasətdə təmsil olunmasının vacibliyi haqqında çıxış edib.

Dec 7, 202220 min

S4 Ep 136Kənd təsərrüfatında suvarma suyunun səmərəli istifadəsi | Nicat Quluzadə

Kənd təsərrüfatında suvarma sistemləri ilə bağlı hansı problemlər var? Suvarma suyundan səmərəli şəkildə istifadə necə mümkündür? Suvarma üzrə mütəxəssis Nicat Quluzadə ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Dec 5, 202218 min

S4 Ep 135Azərbaycanda doktorantura təhsili | Araz Əliyev

Azərbaycanda doktorantura təhsili ilə bağlı vəziyyət nə yerdədir? Doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı hansı problemlər mövcuddur? Növbəti qonağımız, fəlsəfə tarixi üzrə doktorant Araz Əliyevlə Azərbaycanda doktorantura təhsili haqqında söhbət etmişik.

Dec 2, 202224 min

S4 Ep 134Siyasi elitaların dövlət idarəçiliyində rolu | Fuad Şahbazov

Siyasi elita nə deməkdir? Siyasi elitaların rolu demokratik və avtoritar rejimlərdə necə fərqlənir? Bu dəfəki videomuzda siyasi tədqiqatçı Fuad Şahbazovla siyasi elitaların dövlət idarəçiliyində rolu haqqında danışmışıq.

Nov 30, 202217 min

S4 Ep 133Qadın haqları üçün məlumatların toplanması və tədqiqatlar | Vəfa Rüstəm

Qadın haqları uğrunda səmərəli mübarizə və pozuntuları aradan qaldırmaq üçün toplanacaq məlumatlar, inzibati və sorğu məlumatlarının kateqoriyaları, bu sahədə tədqiqatlar və uğurlu təcrübələr haqqında hüquqşünas Vəfa Rüstəmin çıxışını izləyə bilərsiniz.

Nov 28, 202236 min

S4 Ep 132Dairəvi iqtisadiyyat nədir? | Nigar Əzizova

Dairəvi iqtisadiyyat nədir və xətti iqtisadiyyatdan nə ilə fərqlənir? Dairəvi iqtisadiyyat cəmiyyətə necə təsir edir? İqtisadçı Nigar Əzizova ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Nov 25, 202219 min

S4 Ep 131Məktəblərdə bullinqə qarşı necə mübarizə aparmalı? | Sevinc Əliyeva

Azərbaycan qanunvericiliyində və dünya təcrübəsində bullinqə qarşı necə mübarizə aparılır? Bullinqə məruz qalmış uşaqlar kimə müraciət etməlidirlər? Vəkil Sevinc Əliyeva ilə məktəblərdə bullinqə qarşı mübarizə aparmağın yolları haqqında söhbət etmişik.

Nov 23, 202230 min

S4 Ep 130Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi | Orxan Zakirov

Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.

Nov 21, 202214 min

S4 Ep 129İqlim dəyişikliyi ilə bağlı miqrasiyanın idarə edilməsi | Nicat Eldarov

İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.

Nov 18, 202224 min

S4 Ep 128Şagirdlərin motivasiyasını artırmağın bəzi yolları | Aygün Pəncəliyeva

Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.

Nov 16, 202216 min

S4 Ep 127Qrossmeyster olmaq üçün nə etməli? | Vasif Durarbəyli

Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 14, 202231 min

S4 Ep 126DanceAbility: İnsanların özlərini və digərlərini olduğu kimi qəbul etdiyi mühit | Nigar Sultanova

DanceAbility Azərbaycan əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyır. Nigar Sultanova ilə söhbətimizi izləyərək DanceAbility Azərbaycan haqqında ətraflı məlumat ala bilərsiniz.

Nov 11, 202214 min

S4 Ep 125Siyasi partiyalar, ictimai savadlılıq və vətəndaş iştirakçılığı | Akif Qurbanov

Siyasi partiyaların fəaliyyəti üçün əlverişli mühit olmadıqda hansı problemlərlə üzləşə bilərik? Ölkədə ictimai savadlılığın artmasına vətəndaş cəmiyyəti necə təsir edə bilər? Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 9, 202218 min

S4 Ep 124Uşaq psixoterapiyasında oyun terapiyasının rolu | Aynur Hüseynli

Oyun terapiyası uşaq psixoterapiyasında necə tətbiq olunur və uşaqlara necə təsir göstərir? Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli ilə uşaq psixoterapiyasında oyun terapiyasının rolu haqqında danışmışıq.

Nov 7, 202213 min

S4 Ep 123Azərbaycan şəhərlərinin gələcəyi | Anar Vəliyev

Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər? ADA universitetinin dosenti Anar Vəliyevin Azərbaycan şəhərlərinin gələcəyi haqqında təqdimatını izləyə bilərsiniz.

Nov 4, 202219 min

S4 Ep 122Azərbaycanda yer adları niyə dəyişdirilir? | Araz Bağırov

Azərbaycanda mütəmadi olaraq müxətlif yer adları dəyişdirilir. Buna ehtiyac nədir və yer adlarının dəyişdirilməsinə münasibət necə olmalıdır? Tarixçi Araz Bağırovla müsahibəmizi izləyə bilərsiniz.

Nov 2, 202216 min

S4 Ep 121Bazar, reklam və rəqəmsallaşma | Pərviz Əzimov

Azərbaycan təhsil sistemi marketinq sahəsində kadr yetişdirmək üçün yararlıdırmı? Reklam bazarında hansı dəyişikliklərə ehtiyac var? Nağdsız dövriyyəni artırmaq üçün nə etmək lazımdır? Rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimovla bazar, reklam və rəqəmsallaşma haqqında söhbət etmişik.

Oct 31, 202223 min

S4 Ep 120Siyasi partiyalar haqqında yeni qanun layihəsi | Anar Məmmədli

Sentyabrın 7-si Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar siyasi partiyaların fəaliyyətinə necə təsir edəcək? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Oct 28, 202214 min

S4 Ep 119Gig-iqtisadiyyat işçi istismarının yeni forması kimi | Toğrul Vəliyev

Gig-iqtisadiyyatında işçilər fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu isə onları son yüzillik dövrdə işçi hərəkatının mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərdən məhrum edir. Bununla mübarizə yolları varmı? İqtisadçı Toğrul Vəliyevin çıxışını dinləyə bilərsiniz.

Oct 26, 202224 min

S4 Ep 118Azərbaycanda memarlıq siyasəti | Müslüm İmranlı

“Bizim bu günkü şəhərsalma strategiyamız Sovet sisteminin Azərbaycan reallığına otuzdurulma cəhdidir. Ancaq reallıq tamam başqadır.” Memar Müslüm İmranlının çıxışında Azərbaycanda memarlıq siyasəti haqqındakı videomuzu izləyə bilərsiniz.

Oct 24, 202216 min

S4 Ep 117Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? | Nərgiz Muxtarova

Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? Bununla uğurlu mübarizə aparmaq üçün hansı addımları atmaq lazımdır? Femisid Azərbaycan platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Oct 21, 202210 min