PLAY PODCASTS
Əkinçi

Əkinçi

802 episodes — Page 10 of 17

S4 Ep 82Azərbaycanda pensiya sisteminin vəziyyəti | Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanda vətəndaşların layiqli pensiya ala bilməməsindən əlavə, digər ölkələrlə müqayisədə pensiya alma müddəti də aşağıdır.

Jul 18, 202228 min

S4 Ep 81Ekosistem dəyərləri və itkilər | Rövşən Abbasov

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov: “Son 200 ildə Abşeron yarımadasında neft istehsalı zamanı heç bir ətraf mühit standartına əməl edilməyib.” Növbəti videomuzda ekosistem dəyərləri və itkilər haqqında söhbət etmişik.

Jul 15, 202220 min

S4 Ep 80Telefoni Bianchi: Komediya siyasi alət kimi | Elvin Cəbizadə

Ötən əsrin 30-cu illərinin italyan komediyası - Telefoni Bianchi misalında bu günkü kino və serial sənayesinə baxmaq mümkündürmü? Bloger, rejissor Elvin Cəbizadə bir siyasi alət kimi komediya barəsində danışır.

Jul 13, 202235 min

S4 Ep 79Məcburi köçkün qadınların qayıdışı ilə bağlı ehtiyacların qiymətləndirilməsi | Leyla Cahangirova

“Sülh uğrunda” təşəbbüs qrupunun təsisçisi Leyla Cahangirova məcburi köçkün qadınlar arasında sorğu keçirərək onların geri qayıdış və məskunlaşması ilə bağlı gözlənti, qorxu və ehtiyaclarını qiymətləndirməyə çalışıb.

Jul 11, 202220 min

S4 Ep 78Məktəb, şagirdlər və mental sağlamlıq | Zeynəb Rzayeva

Məktəblərin mental sağlamlıqla bağlı iş görməsi nə üçün önəmlidir? Mental sağlamlığı uşaqlara, şagirdlərə çatımlı etmək üçün necə bir sistem qurmaq lazımdır? Təhsil mütəxəssisi Zeynəb Rzayeva ilə məktəb, şagirdlər və mental sağlamlıq barəsində söhbət etmişik.

Jul 8, 202227 min

S4 Ep 77Fərdi məlumatlarımızı qorumaq niyə vacibdir? | Anar Əlizamanlı

Fərdi məlumatlarımızı qorumaq nəyə görə vacibdir? Böyük korporasiyalar bu məlumatlardan necə istifadə edirlər? Hüquqşünas Anar Əlizamanlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jul 6, 202215 min

S7 Ep 76Maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar | Sənubər Heydərova

Narkotik maddə asılılığının ehtimal olunan səbəbləri hansılardır? Azərbaycanda maddə asılılığı olan şəxslər üçün hansı imkanlar mövcuddur? Növbəti qonağımız, sosial işçi Sənubər Heydərova ilə maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar barəsində danışmışıq.

Jul 4, 202236 min

S4 Ep 75Sadə Hüquq Platforması | Sübhan Həsənli

Sadə Hüquq Platformasının əsas məqsədi ölkədə hüquqi maarifləndirmə aparmaq və ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir. Növbəti videomuzda bu platformanın həmtəsisçisi Sübhan Həsənli ilə söhbət etmişik.

Jul 1, 202217 min

S4 Ep 74Şəxsi həyatın toxunulmazlığı haqda | Zibeydə Sadıqova

Kiberzorakılıq nədir? Azərbaycan qanunvericiliyində kiberzorakılıq anlayışı varmı və buna görə sanksiyalar nəzərdə tutulurmu? Vəkil Zibeydə Sadıqova ilə şəxsi həyatın toxunulmazlığı haqda söhbətimizi izləyə bilərsiniz.

Jun 29, 202221 min

S4 Ep 73Seksual qısnamaya görə hüquqi məsuliyyət | Ayşə Abdel Qadir

Seksual qısnama nədir? Azərbaycan qanunvericiliyində seksual qısnama anlayışı necə təsvir olunub? Hüquqşünas Ayşə Abdel Qadirlə seksual qısnamaya görə hüquqi məsuliyyət barəsində söhbət etmişik.

Jun 27, 202212 min

S4 Ep 72Memarlıqda artan tələblər | Urfan Məmmədov

Memarlıq qarşısında duran ibtidai tələblərdən tutmuş, bu günümüzə qədər olan və gələcəkdə ola biləcək tələblərlə bağlı texniki və sosial tərəflər nədir? Memar Urfan Məmmədov memarlıqda artan tələblər haqqında danışır.

Jun 24, 202226 min

S4 Ep 71Autizm Spektr Pozuntusu və erkən müdaxilənin vacibliyi | Aynur Hüseynli

Autizm Spektr Pozuntusu fərdlərin həyatlarına necə təsir göstərir? Cəmiyyətdə Autizm Spektr Pozuntusu ilə bağlı yanlış bilinən fikirlər hansılardır? Uşaq inkişaf mütəxəssisi Aynur Hüseynli ilə Autizm Spektr Pozuntusu və erkən müdaxilənin vacibliyi haqqında söhbət etmişik.

Jun 22, 202215 min

S4 Ep 70Vətəndaş cəmiyyəti, sovet irsi və məcburi ”könüllülük” | Nəcmin Kamilsoy

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Nə üçün insanlarda institutlara, qurumlara və qeyri-hökumət təşkilatlarına qarşı inamsızlıq hökm sürür? Tədqiqatçı Nəcmin Kamilsoyla vətəndaş cəmiyyəti, sovet irsi və məcburi “könüllülük” haqqında danışmışıq.

Jun 20, 202230 min

S4 Ep 69Sosial iş nədir? | Afaq Aqil

Sosial iş və sosial işçilər nə üçün əhəmiyyətlidir? Sosial işçilərin qarşılaşdıqları problemlər hansılardır? “Qadın Üçün” təşəbbüs qrupunda sosial işçi Afaq Aqillə söhbətimizi izləyə bilərsiniz.

Jun 17, 202211 min

S4 Ep 68Qadınların dayanıqlı sülhün bərpasında rolu | Şəmsiyyə Mustafayeva

Qadınlar sülh quruculuğu prosesinə necə töhfə verirlər? Sülhün qurulmasında və bərpa olunmasında qadınların rolu nə üçün əhəmiyyətlidir? Gender və inkişaf eksperti Şəms Mustafayeva ilə qadınların dayanıqlı sülhün bərpasında rolu haqqında söhbət etmişik.

Jun 15, 202222 min

S4 Ep 67Seçkilərdə müşahidəçilik nəyə görə vacibdir? | Məmməd Məmmədzadə

Seçkilərdə müşahidəçilik nəyə görə vacibdir? Səslərimizi necə qoruya bilərik? Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jun 13, 202214 min

S4 Ep 66Gəlir və fürsət bərabərsizliyi: səbəbləri və fəsadları | Əhliman Abbasov

İqtisadi bərabərsizliklərə hansı amillər səbəb olur? Mövcud iqtisadi sistem bərabərsizliklərin artmasına və ya aradan qaldırılmasına necə təsir göstərir? İqtisadçı Əhliman Abbasov ilə gəlir və fürsət bərabərsizliyi: səbəbləri və fəsadları barəsində söhbət etmişik.

Jun 10, 202224 min

S4 Ep 65Həyat keyfiyyəti, bərabər fürsətlər və mərhəmət haqda | Cəmilə Məmmədli

Növbəti videomuzda yazar-tərcüməçi Cəmilə Məmmədli ilə əlilliyi olan şəxslərin qarşılaşdıqları problemlər, media qurumlarının əlilliyi olan şəxsləri yazıqlaşdırma cəhdləri və bərabər imkanlar haqqında söhbət etmişik.

Jun 8, 202215 min

S4 Ep 64Sosial təşəbbüslər üçün fandreyzinq alətləri | Toğrul İsmayılov

Fandreyzinq nədir və onu necə uğurlu şəkildə həyata keçirmək olar? Növbəti videomuzda Toxum kraudfandinq platformasının həmtəsisçisi Toğrul İsmayılovla sosial təşəbbüslər üçün fandreyzinq alətləri haqqında danışmışıq.

Jun 6, 202226 min

S4 Ep 63İşğala görə təzminat alınmasının beynəlxalq hüquqi əsasları hansılardır? | Nurlan Mustafayev

Beynəlxalq hüquqşünas Nurlan Mustafayev deyir ki, konflikt və işğal nəticəsində Azərbaycana dəymiş ziyanı BMT 53.5 milyard dollar məbləğində qiymətləndirib. Bəs işğala görə təzminat alınmasının beynəlxalq hüquqi əsasları hansılardır? Videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 3, 202224 min

S4 Ep 62Əmək hüquqları nədir? | İnara Camal

İşçilərin ən çox qarşılaşdıqları əmək hüququ pozuntuları hansılardır? Bu hüquqların bərpası üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal ilə əmək hüquqları barəsində ətraflı söhbətimizi izləyə bilərsiniz.

Jun 1, 202226 min

S4 Ep 61Psixoloji zorakılığa qarşı onlayn aktivizm | Qumru Əliyeva

Psixoloji zorakılıqla mübarizədə sosial media platformaları bizə necə kömək ola bilər? Psixoloji zorakılığa məruz qaldıqda kimə müraciət edə bilərik? “Açıq platforma”-nın həmtəsisçisi Qumru Əliyeva ilə psixoloji zorakılığa qarşı onlayn aktivizm haqqında danışmışıq.

May 30, 202215 min

S4 Ep 60Metaverse və NFT nədir? Virtual dünyamız necə dəyişəcək? | Cavid Ağa

Sosial medialar Metaverse inqilabına qarşı necə mübarizə aparacaq? Bu sahədə biznes mühitinin formalaşdırılması necə olacaq? NFT nədir və virtual dünyamızı necə dəyişə bilər? Sosial media tədqiqatçısı Cavid Ağa ilə söhbətimizi izləyə bilərsiniz.

May 27, 202234 min

S4 Ep 59Kitab bloqçuluğu | Lamiyə Göycəyeva

Kitab bloqçuluğu getdikcə daha çox populyarlıq qazanmağa başlayan sahələrdən biridir. Növbəti videomuzda bu kimi bloqlardan biri olan “Kitabı karandaşla oxuyanlar”-ın təsisçisi Lamiyə Göyçəyeva ilə söhbət etmişik.

May 25, 202214 min

S4 Ep 58Qadınlar tech sahəsində niyə qalmır? | Maral Qurbanzadə

Texnologiya sahəsində qadınlar üçün hansı çətinliklər mövcuddur? Nə üçün qadınlar bu sahədə uzunmüddətli qalmırlar? İnsan-robot ünsiyyəti mütəxəssisi Maral Qurbanzadə ilə söhbətimizi izləyin.

May 23, 202217 min

S4 Ep 57Təhsilin qiymətləndirilməsi və dəyərləndirilməsi | Ayaz Kərimov

Təhsildə hansı növ dəyərləndirmə şagirdlərin öyrənmə prosesinə daha çox kömək edir? Ümumiyyətlə, təhsilin qiymətləndirilməsi lazımdırmı? Tədqiqatçı Ayaz Kərimovla təhsilin qiymətləndirilməsi və dəyərləndirilməsi haqqında danışmışıq.

May 20, 202221 min

S4 Ep 56Ərzaq itkisi: Ətraf mühit və iqtisadi problemlər | Ramil Əzməmmədov

Hər il dünyada tonlarla ərzaq itkisi olur. Araşdırmalara görə, dünyada 690 milyon insan aclıq içində yaşayır. Bu qədər insan aclıq içində olan halda, bu qədər ərzaq necə israf edilir? Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis Ramil Əzməmmədovla videomuzu izləyə bilərsiniz.

May 18, 202212 min

S4 Ep 55Multikulturalizm nədir? | Nicat Məmmədli

Multikulturalizm nədir? Nə üçün müxtəlif mədəni dəyərlərə qarşı tolerant yanaşmalıyıq? Dövlət siyasəti üzrə mütəxəssis Nicat Məmmədli ilə söhbətimizi izləyərək bu suallara cavab tapa bilərsiniz.

May 16, 202223 min

S4 Ep 54Geyim, təkrar istehsal və ətraf mühit | Renara Şəmsiyeva

Geyim sənayesi, sürətli istehsal ətraf mühitə necə zərər vurur? Bu zərərləri mümkün qədər azaltmaq üçün istehlakçı kimi nə edə bilərik? Dizayner Renara Şəmsiyeva ilə geyim, təkrar istehsal və ətraf mühit haqqında söhbət etmişik.

May 13, 202228 min

S4 Ep 53Məktəblərdə qorxu mədəniyyəti | Suqra Cəfərova

Qorxu mədəniyyəti nədir və o hansı fəsadları törədir? Bu fəsadların qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Məktəb müəllimi Suqra Cəfərova ilə məktəblərdə qorxu mədəniyyəti haqqında danışmışıq.

May 11, 202222 min

S4 Ep 52Şəhərlərimizi iqlim dəyişikliyinə necə adaptasiya etməliyik? | Bayram Axundov

İqlim dəyişikliyi bizi hansı problemlərlə üz-üzə qoyur? Bu yeni çağırışa Azərbaycan şəhərsalma məktəbi necə reaksiya verməlidir? Müstəqil araşdırmaçı Bayram Axundovun şəhərləri iqlim dəyişikliyinə adaptasiya etməyin yolları haqqında mühazirəsini izləyə bilərsiniz.

May 9, 202230 min

S4 Ep 51Fintech və rəqəmsal ödənişlər | Türkan Fərzəliyeva

Rəqəmsal ödənişlər və fintech sahəsinin inkişafı iqtisadiyyat və bizneslər üçün nələri vəd edir? Azərbaycanda bu sahədə hansı irəliləyişlər var? Rəqəmsal ödəniş şirkətinin direktoru Türkan Fərzəliyeva danışır.

May 6, 20229 min

S4 Ep 50İstehlakçı kimi hüquqlarımız nədir? | Rəşad Cahangirov

İstehlakçı kimi hüquqlarımız nələrdir? İstehlakçı hüquqlarımız pozulduqda onu bərpa etmək üçün hansı addımları atmalıyıq? Hüquqşünas Rəşad Cahangirovla söhbətimizi izləyə bilərsiniz.

May 4, 202224 min

S4 Ep 49Sosial müdafiə niyə vacibdir? | Lamiyə Rzayeva-Əhmədli

Sosial müdafiə mexanizmləri necə işləyir və nə üçün vacibdir? Bu mexanizmlərin maliyyələşməsi kimin öhdəliyində olmalıdır? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə söhbətimizi izləyə bilərsiniz.

May 2, 202218 min

S4 Ep 48Azərbaycanda qadın hüquqları və COVID-19 pandemiyası | Şəhla İsmayıl

Pandemiya ilə əlaqəli qapanma dövründə qadınlar hansı çətinliklərlə üzləşdilər? Bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılmalı idi? Gender mütəxəssisi Şəhla İsmayılla Azərbaycanda qadın hüquqları və COVID-19 pandemiyası haqqındakı mühazirəmizi izləyə bilərsiniz.

Apr 29, 202229 min

S4 Ep 47Elektron jurnallar aktualdırmı? | Pəri Abbaslı

Uzun yazıların istehlak olunmadığı, qısa videolara daha çox üstünlük verildiyi bir dövrdə elektron jurnallar aktualdırmı? Azərbaycanda və digər ölkələrdə hansı elektron jurnallar var? “MUZA” elektron incəsənət jurnalının təsisçisi Pəri Abbaslı ilə elektron jurnallardan danışmışıq.

Apr 27, 202217 min

S4 Ep 46Qadınların ədalət mühakiməsinə çatımlılığına əngəllər | Vəfa Rüstəm

Qadınların ədalət mühakiməsinə çatımlılığı qarşısında dayanan sosial-mədəni və hüquqi əngəllər hansılardır? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəm ilə qadınların ədalət mühakiməsi zəncirində addımbaşı rastlaşdıqları əngəllərdən və onların aradan qaldırılması yollarından danışmışıq.

Apr 25, 202227 min

S4 Ep 45Jest dili haqda bilməli olduqlarımız | Könül Quliyeva

Jest dili eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyət dilidir. Bəs bu dil haqda bilməli olduqlarımız nələrdir? Jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva ilə söhbətimizi izləyə bilərsiniz.

Apr 22, 202219 min

S4 Ep 44Feminist epistemologiya və elm fəlsəfəsi | Nisə Hacıyeva

Dominant elmi bilik təcrübələri nədir və niyə problemlidir? Qadınlar elmi araşdırmaların həm obyekti, həm də subyekti olaraq necə kənarda qalırlar? Çarlz Universiteti doktorantı Nisə Hacıyevanın feminist epistemologiya və elm fəlsəfəsi haqqındakı çıxışını izləyə bilərsiniz.

Apr 20, 202228 min

S4 Ep 43Məktəbəqədər təhsildə teatrın rolu | Elnur Paşa Rzayev

Teatrdan uşaqların tərbiyəsində və inkişafında necə istifadə edə bilərik? Növbəti videomuzda rejissor və sosial teatr təlimçisi Elnur Paşa Rzayevlə məktəbəqədər təhsildə teatrın rolu haqqında danışmışıq.

Apr 18, 202221 min

S4 Ep 42Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı? | Anar Cəfərov

Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı? Bu şübhənin yaranması üçün hansı əsaslar ola bilər? Fəlsəfə doktoru Anar Cəfərovun mühazirəsini izləyərək bu suallara cavab tapa bilərsiniz.

Apr 15, 202220 min

S4 Ep 41Xaricdə təhsil üzrə yeni dövlət proqramı haqda bilməli olduqlarınız | Müjdat Həsənov

2007-2015-ci illərdə Azərbaycan xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilmişdi. Həmin vaxt 3,500-ə yaxın azərbaycanlı tələbə nüfuzlu xarici ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi. O vaxtdan bəri Azərbaycanda gənclər və tələbələr arasında maraqla gözlənilən və müzakirə edilən əsas məsələlərdən biri yeni dövlət proqramının icrası idi. Nəhayət bu yaxınlarda 2022-2026-cı illəri əhatə edən yeni xaricdə təhsil dövlət proqramı təsdiqləndi və bu proqram nəticəsində hər il 400 azərbaycanlı tələbə xarici ölkələrdə dövlət hesabına təhsil almaq imkanı əldə edəcək. Məhz bu səbəbdən, yeni dövlət proqramı ilə bağlı suallarımızı Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənova ünvanladıq.

Apr 13, 202232 min

S4 Ep 40Əmək hüquqlarımızı necə təmin edə bilərik? | Fərid Rüstəmzadə

Əmək hüquqları ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir? İşçilərin əsas problemləri nələrdir? Biz öz əmək hüquqlarımızı necə təmin edə bilərik? Qonağımız, Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə söhbətimizi izləyin.

Apr 11, 202224 min

S4 Ep 39Təqsirsizlik prezumpsiyası nədir? | Babək Həmidov

Təqsirsizlik prezumpsiyası nədir və nə üçün əhəmiyyətlidir? Şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozularsa, onu bərpa etmək üçün nə etmək lazımdır? Vəkil Babək Həmidovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Apr 8, 202232 min

S4 Ep 38Siyasi partiyalar gənclərə nə təklif edə bilər? | Anar Məmmədli

Azərbaycanda siyasi partiyalar gənclərlə bağlı siyasətlərində nəyə əsas verməlidirlər? Onlar gənclərə nə vəd etməlidirlər ki, gənclər özlərinin siyasi partiyalarda təmsil olunduqlarını hiss etsinlər? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyə bilərsiniz.

Apr 6, 202229 min

S4 Ep 37Bloqçuluq, auditoriya və alqoritm | Əli Novruzov

Sosial şəbəkələr klassik medianı necə dəyişdirdi? Bu dəyişikliklər jurnalistlər üçün hansı çətinlikləri yaradır? Növbəti videomuzda yeni media üzrə mütəxəssis Əli Novruzovla bloqçuluq, auditoriya və alqoritm haqqında söhbət etmişik.

Apr 4, 202229 min

S4 Ep 36Biznes resurslarının planlaşdırılması sistemləri | Ziya Qafarlı

Biznes resurslarının planlaşdırılması sistemləri nədir və onun nə kimi faydaları var? Proqram təminatı üzrə mütəxəssis Ziya Qafarlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Apr 1, 202215 min

S3 Ep 35Dövlətin cəzalandırma hüququ varmı? | Səməd Rəhimli

Dövlətin cəzalandırma hüququ varmı? Bu barədə hansı yanaşmalar və nəzəriyyələr var? Azərbaycandakı cəza sisteminin əsas məqsədi nədir? Reallıqda həmin məqsədə nail olunurmu? Hüquqşünas Səməd Rəhimli ilə dövlətin cəzalandırma hüququ haqqında söhbət etmişik.

Mar 30, 202237 min

S4 Ep 34İşləyən anaların məzuniyyət hüququ | İnara Camal

Analıq məzuniyyəti haqqında biliklərimiz nə qədər doğrudur? Analıq məzuniyyəti hüququndan istifadə etmək üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal işləyən anaların məzuniyyət hüququ haqqında danışır.

Mar 28, 202215 min

S4 Ep 33Cinsi sağlamlıq nə deməkdir? | Şəbnəm Sadıqova

Cinsi sağlamlıqla bağlı müxtəlif mənbələrdən öyrəndiyimiz məlumatlar nə qədər düzgündür? Bu barədə nələrə diqqət yetirməliyik? Cinsi terapevt Şəbnəm Sadıqovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.

Mar 25, 202220 min