PLAY PODCASTS
Əkinçi

Əkinçi

802 episodes — Page 7 of 17

S5 Ep 89Müxtəliflikdən başlayan inklüziv ortamı yaratmağın ilk 3 addımı | Elnarə Məmmədova

İnklüzivlik hər kəsə bərabər imkanlar yaratmağı təbliğ edir. Bunun üçün ilk mərhələdə insan müxtəlifliyindən xəbərdar olmalıyıq. İnklüziv cəmiyyətin yaradılmasının təməl 3 addımı hansılardır? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.

Aug 2, 202329 min

S5 Ep 88Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? | Aydan Fuad

Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? Tədqiqatçı Aydan Fuadla müsahibəmizi izləyə bilərsiniz.

Jul 31, 20239 min

S5 Ep 87Heç kəsi arxada qoymayan məktəb. Mümkündürmü? | Lihi Rosenthal

Jul 28, 202313 min

S5 Ep 86Kidebzorakılıqla üzləşdikdə nə etməli? | Əli Qəmbərov

Kiberzorakılıq nədir və onunla necə mübarizə aparmaq olar? Şantaja məruz qalan şəxslər hansı orqanlara müraciət etməlidir? Kiberzorakılıqla bağlı məhkəmə praktikalarında hansı çətinliklər var? Vəkil Əli Qəmbərovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Jul 26, 202314 min

S5 Ep 85Qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr | Vəfa Nağı

Qadınların siyasi iştirakçılığı nə üçün əhəmiyyətlidir? Azərbaycanda qadınları siyasi fəaliyyətə təşviq etmək üçün nə etmək lazımdır? Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı ilə qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr haqqında danışmışıq.

Jul 24, 202315 min

S5 Ep 84Khan Academy Azərbaycanca | Ayaz Kərimov

Khan Academy onlayn öyrənmə platforması tələbələrə, valideynlərə və müəllimlərə hansı imkanlarıvəd edir? Bu platforma vasitəsilə təhsil boşluqlarının aradan qaldırılmasına nail olmaq mümkündürmü? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovla hazırladığımız videonu izləyin.

Jul 21, 202317 min

S5 Ep 83Sinifdə qəzəbin idarə edilməsi | Aygün Pəncəliyeva

Qəzəb bədənimizdə hansı fizioloji və bioloji dəyişiklikləri yaradır? Müəllimlər sinifdə qəzəbi idarə etmək üçün hansı texnikalardan istifadə edə bilər? Qəzəbin idarə olunması ilə bağlı bacarıqları uşaqlara necə aşılamaq olar? Pedaqoq Aygün Pəncəliyevanın təqdimatı bu suallara cavab verir.

Jul 19, 202342 min

S5 Ep 82Memarlıq perspektivindən sosial evlər | Aydan Ağabəyli

Sosial evlərlə bağlı hansı problemlər var? Bu problemləri aradan qaldırmaq üçün digər ölkələrin praktikasında hansı uğurlu nümunələr mövcuddur? Lissabon Universitetinin Memarlıq fakültəsinin doktorantı Aydan Ağabəyli ilə memarlıq perspektivindən sosial evlər barəsində danışmışıq.

Jul 17, 20239 min

S5 Ep 81Təmsilçilik və seçki ilə bağlı beynəlxalq standartlar | Rəşad Şirin

Demokratik seçkilər üçün meyarları müəyyən edən amillər hansılardır? Bu amillər siyasi sistemlərdə ədalətliliyi və hesabatlılığı necə təmin edir? Demokratik sistemlər üçün seçkilərdən başqa hansı faktorlar əhəmiyyətlidir? Siyasi təhlilçi Rəşad Şirinlə bu suallara cavab verir.

Jul 14, 202324 min

S5 Ep 80Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq | Cavid Ramazanov

Azərbaycanda kitab çapı ilə bağlı vəziyyət necədir? Ölkədə ədəbi mühitin inkişaf etməməsinin səbəbləri nələrdir? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Yeni videomuzda yazıçı Cavid Ramazanovla Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq haqqında söhbət etmişik.

Jul 12, 202326 min

S5 Ep 79Azərbaycanda daxili miqrasiya - nəticələri və həll yolları | Fərid Mehralızadə

İqtisadçı Fərid Mehralızadə deyir ki, regionlarda iş yerlərinin az olması insanları Bakı və Bakı ətrafı ərazilərə köçməyə vadar edir. Daxili miqrasiyanın bu cür plansız şəkildə baş verməsi isə təkcə həmin insanlar üçün deyil, hər kəs üçün problem yaradır.

Jul 10, 202314 min

S5 Ep 78Təhlükəsizlik dilemması nədir? | Fuad Şahbaz

Təhlükəsizlik dilemması nədir? Müasir tədqiqatçılar bu nəzəriyyə ilə bağlı nə düşünür? Təhlükəsizlik dilemması nə zaman mövcud olur? Müxtəlif idarəetmə sistemlərində bu dilemma özünü necə göstərir? Siyasi tədqiqatçı Fuad Şahbazla təhlükəsizlik dilemması barəsində danışmışıq.

Jul 7, 202312 min

S5 Ep 77“Razılıq” (consent) anlayışı | Nərgiz Muxtarova

Razılıq (consent) anlayışı nə deməkdir? Razılığı etibarsız edən məqamlar hansılardır? Bu mövzu ilə bağlı Azərbaycanda və dünyada hansı hüquqi modellər və qanunvericilik nümunələri var? Tədqiqatçı Nərgiz Muxtarovanın mövzu ilə bağlı təqdimatını izləyə bilərsiniz.

Jul 5, 202318 min

S5 Ep 76Vətəndaş cəmiyyəti nədir? | Turqut Qəmbər

Vətəndaş cəmiyyəti nədir və əhəmiyyəti nədən ibarətdir? Vətəndaş cəmiyyətinin hansı funksiyaları var? Fərdlər öz icmalarının problemlərini necə həll edə bilərlər? Növbəti qonağımız, tədqiqatçı Turqut Qəmbərlə vətəndaş cəmiyyəti barəsində danışmışıq.

Jul 3, 202318 min

S5 Ep 75Rəqs bizə nə verir? | Nigar İbrahimbəyli

Rəqs necə yaranıb? İnsanlar niyə rəqs etməyə başlayıblar? Azad rəqs nə deməkdir? Rəqs bir terapiya metodu ola bilərmi? Xoreoqraf-rəqqas Nigar İbrahimbəyli ilə videomuzu izləyə bilərsiniz.

Jun 30, 202315 min

S5 Ep 74Təbii fəlakət və bədbəxt hadisələr zamanı təhlükəsizlik tədbirləri | Orxan Musayev

Azərbaycanda təbii fəlakətlərə hazırlıq səviyyəsi nə yerdədir? Əmək təhlükəsizliyinin istənilən səviyyəyə gəlməsi üçün hansı normativlər olmalıdır? Yanğın təhlükəsizliyinə hazırlıqlı olmaq üçün nə edilməlidir? Təhlükəsizlik üzrə mütəxəssis Orxan Musayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 28, 202316 min

S5 Ep 73Dövlət siyasətinin qurulması prosesi və siyasi sistemlər | Nəcmin Kamilsoy

Dövlət siyasətinin qurulması dedikdə nə nəzərdə tutulur? Müxtəlif idarəetmə sistemlərində dövlət siyasətinin qurulması prosesi necə aparılır? Avtoritar və liberal-demokratik rejimlərdə bu proses necə fərqlənir? Tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 26, 202314 min

S5 Ep 72Üzr videolarının hüquqi və penoloji təhlili | Kənan Qayıbov

Üzr videoları nəyə görə çəkilir? Bununla bağlı dövlət orqanlarının arqumentləri nədən ibarətdir? Üzr videolarının çəkilməsi hansı insan hüquq və azadlıqlarına ziddir? Budəfəki videomuzda hüquqşünas Kənan Qayıbovla üzr videolarının hüquqi və penoloji təhlili haqqında danışmışıq.

Jun 23, 202314 min

S5 Ep 71Memarlıq təhsilinin təşkili | Urfan Məmmədov

İncəsənət yönümlü ixtisaslarda qəbul şərtləri necə olmalıdır? Həvəsləndirici və inkşaf etdirici tədbirlər necə təşkil edilməlidir? Tələbə hansı şərtlərlə məktəbi başa vurmalıdır? Memar Urfan Məmmədovun memarlıq təhsilinin təşkili ilə bağlı çıxışını izləyə bilərsiniz.

Jun 21, 202329 min

S5 Ep 70Natiqliyin dörd əzələsi | Coşqun Kərimov

Natiqliyin dörd əzələsi nədən ibarətdir? İctimai çıxışın uğurlu alınıb-alınmadığını nədən bilə bilərik? Tarixdə yadda qalan nitqlərin hansı ortaq xüsusiyyətləri var? Natiqlik üzrə kouç Coşqun Kərimovun çıxışını izləyə bilərsiniz.

Jun 19, 202316 min

S5 Ep 59LGBTQ+ icmasının sosial təminat hüquqsuzluğu | Səməd Rəhimli

LGBTQ+ icması niyə sosial təminat çatışmazlığı ilə üzləşir? Dövlət bu problemin aradan qaldırılmasında öz öhdəliklərini yerinə yetirirmi? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Hüquqşünas Səməd Rəhimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 16, 202318 min

S5 Ep 68Türkiyə seçkiləri nəticələri və gözləntilər | Pünhani Əsgərli

Türkiyə seçkilərində iştirakçılığın yüksək olması nə ilə əlaqəlidir? Seçkilərdən sonra xarici və daxili siyasətdə hansı dəyişikliklər gözlənilir? Türkiyə müxalifətinin gələcəyi necə olacaq? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jun 14, 202328 min

S5 Ep 67Süni intellekt və onun həyatımıza təsiri | Fəqani Hacızadə

Süni zəka modelləri necə işləyir? Süni zəka modelləri ilə bağlı hansı problemli məsələlər var? Növbəti videomuzda proqramçı və proqram təminatının inkişafı mühəndisi Fəqani Hacızadə ilə süni intellekt və onun həyatımıza təsiri haqqında danışmışıq.

Jun 12, 202310 min

S5 Ep 66Peşəkar təlimçi necə olmalıdır? | Sara Rəcəbli

Qeyri-formal təhsil dedikdə nə nəzərdə tutulur? Peşəkar təlimçi auditoriya ilə işləyərkən hansı amilləri nəzərə almalıdır? Vahid öyrənmə prinsipi nə deməkdir? Sosial sahibkarlıq üzrə təlimçi Sara Rəcəbli ilə “Peşəkar təlimçi necə olmalıdır?” videomuzu izləyə bilərsiniz.

Jun 9, 202320 min

S5 Ep 65Məhkəmə işlərində sübutlar haqda bilməli olduqlarımız | Lalə Nağıyeva

Məhkəməyə təqdim olunan sübutların mötəbər hesab olunması üçün hansı kriteriyalar olmalıdır? Telefon yazışmaları sübut kimi qəbul edə bilərmi? Praktikada sübutların qiymətləndirilməsi ilə bağlı vəziyyət necədir? Vəkil Lalə Nağıyeva videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 7, 202317 min

S5 Ep 64Karyera dilemması – startaplar, yoxsa korporativlər? | Leyla Surxayzadə

Korporativlər və startaplar arasında hansı fərqlər var? Startaplar insanlara hansı imkanları təklif edir? Gələcək karyera planları üçün hansı istiqamətdə getmək daha faydalıdır? Karyera kouçu Leyla Surxayzadə ilə videomuzu öyrənərək izləyə bilərsiniz.

Jun 5, 202314 min

S5 Ep 63Şərəf və ləyaqətin alçaldılmasının hüquqi perspektivləri | Rəşad Cahangirov

Mənəvi zərər, təhqir və böhtan dedildikdə nə nəzərdə tutulur? Şərəf və ləyaqətin açaldılması ilə bağlı tətbiq edilən hüquqi tədbirlər qanunvericilikdə öz əksini necə tapır? Hüquqşünas Rəşad Cahangirovla şərəf və ləyaqətin alçaldılmasının hüquqi perspektivləri haqqında danışmışıq.

Jun 2, 202311 min

S5 Ep 62“Heç kim vəhşi heyvanların olduğu ərazidə uşağını qonşu kəndə məktəbə göndərməz” | Coşqun Eldaroğlu

Şabran rayonunun Qazbabalı kəndində uşaqlar məktəbə getmək üçün 3-4 kilometr uzaqlıqda, meşə massivinə yaxın, vəhşi heyvanların gəzdiyi qonşu Əmirxanlı kəndinə getməyə məcburdur. Növbəti videomuzda həmin kənddə könüllü müəllimlik edən jurnalist Coşqun Eldaroğlu ilə söhbət etmişik.

May 31, 202313 min

S5 Ep 61Qafqaz albanlarının dili, əlifbası və yeni tapıntılar | Cavid Ağa

Orijinal əlifbaya malik ilk qafqazdilli xalqlardan biri olan albanların dili, bu dil haqqında aparılmış ən son araşdırmalar haqqında məlumat almaq və hərflər, fonetika, leksik nümunələr haqqında öyrənmək üçün araşdırmaçı-yazar Cavid Ağanın açıq dərs formatındakı çıxışını izləyə bilərsiniz.

May 29, 202353 min

S5 Ep 60Bölgələrdə qadınların ictimai-siyasi həyatda iştirakçılığı | Aygül Cəfərova

Bölgələrdə qadınların ictimai-siyasi fəaliyyəti ilə bağlı vəziyyət nə yerdədir? Qadınlar qərarverici orqanlarda nə qədər təmsil oluna bilirlər? Bu istiqamətdə müsbət dəyişikliyə nail olmaq üçün nə edilməlidir? Gender məsələləri üzrə ekspert Aygül Cəfərova ilə videomuzu izləyə bilərsiniz.

May 26, 202313 min

S5 Ep 59Plagiat və müəlliflik hüququ pozuntuları | Aytac İsmayılova

Plagiat və müəlliflik hüququ pozuntusu bir-birindən nə ilə fərqlənir? Ghostwriting nə deməkdir? Plagiat və müəlliflik hüququ pozuntuları hansı mənfi nəticələrə səbəb olur? Hüquqşünas Aytac İsmayılova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

May 24, 202311 min

S5 Ep 58Bakının metamorfozu | Aytac Əkbərli

Bakının inkişaf tarixi haradan başlayır? Müxtəlif dövrlərdə Bakının siması necə dəyişib? Bakını digər şəhərlərdən fərqləndirən hansı xüsusiyyətlər var? Növbəti videomuzda Memar Aytac Əkbərli ilə Bakının metamorfozu haqqında danışmışıq.

May 22, 202313 min

S5 Ep 57Azərbaycanda qanunvericiliyin biznesə təsiri | Zalbəy Ağadadaşov

Azərbaycan qanunvericiliyi sahibkarlıq üçün müasir tələblərə cavab verirmi? Bizneslər hüquqi cəhətdən hansı problemlərlə üzləşirlər? Bu sahədə atılmalı olan ilkin addımlar nələrdir? Turan Legal and Tax Services şirkətinin direktoru Zalbəy Ağadadaşovla söhbətimizi izləyə bilərsiniz

May 19, 202325 min

S5 Ep 56Karbon emissiyasının azaldılması üçün siyasət həlləri | Səriyyə Heydərova

Qlobal istiləşməyə və iqlim böhranına nə səbəb olur? Karbon vergisi nədir və nə üçün əhəmiyyətlidir?Karbon emissiyasının azaldılması üçün mövcud siyasət həlləri hansılardır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbright təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.

May 17, 202313 min

S5 Ep 55Rusiyaya qarşı olan sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri | İbrahim Niftiyev

Ukraynaya qarşı müharibəyə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar üçüncü ölkələrin iqtisadiyyatına necə təsir edir? Azərbaycan bu sanksiyalardan necə təsirlənib? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

May 15, 202310 min

S5 Ep 54Vətəndaşın dövlət orqanına müraciəti və inzibati mübahisələr | Riçard İsmayılov

Dövlət orqanlarına müraciətlə bağlı nələri bilməliyik? Daha operativ və effektiv fəaliyyət üçün inzibati icraatla bağlı qanunvericilikdə nələr dəyişməlidir? Vəkil Riçard İsmayılovla vətəndaşın dövlət orqanına müraciəti və inzibati mübahisələr haqqındakı videomuzu izləyə bilərsiniz.

May 12, 202319 min

S5 Ep 53Teatr və müasir texnologiyalar - o əjdahadan bizdə niyə yoxdur? | Elçin Cəfərov

Rəqəmsal texnologiyaların teatra tətbiqi mümkündürmü? Bununla bağlı dünyada hansı nümunələr var? Növbəti videomuzda sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla teatr və müasir texnologiyalar haqqında danışmışıq.

May 10, 202318 min

S5 Ep 52Metro - ən bahalı nəqliyyat infrastrukturu | Azər Axundov

Bakı metrosunda ən çox rast gəlinən problemlər hansılardır? Metroda sıxlıq problemini aradan qaldırmaq üçün hansı mümkün həll yolları var? Növbəti videomuzda inşaat mühəndisi, müstəqil tədqiqatçı Azər Axundovla metro - ən bahalı nəqliyyat infrastrukturu haqqında danışmışıq.

May 8, 202314 min

S5 Ep 51İnsan inkişafı nədir və ya innovasiyaların bünövrəsində nə dayanır? | Şəbnəm Məmmədova

İnsan inkişafının mahiyyəti nədir və niyə vacibdir? Azərbaycanda insan inkişafı ilə bağlı vəziyyət nə yerdədir? İnsan inkişafının sürətli və dayanıqlı aparılması üçün hansı mexanizmlər lazımdır? SmartNation platformasının rəhbəri Şəbnəm Məmmədova ilə söhbətimizi izləyə bilərsiniz.

May 5, 202319 min

S5 Ep 50Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya | Şəhla İsmayıl

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyanın (CEDAW) əsas prinsipləri nələrdir? Bu konvensiya ilə bağlı Azərbaycan hökumətinin üzərinə hansı öhdəliklər düşür? Şəhla İsmayılla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

May 3, 202318 min

S5 Ep 49Erkən yaş dövründə Autizm Spektr Pozuntusu | Aynur Hüseynli

Autizm Spektr Pozuntusu nədir? Autizmlə bağlı səhv bilinən hansı miflər var? Autizmə erkən müdaxilə nə üçün vacibdir? Növbəti videomuzda Autizm Erkən Müdaxilə mərkəzinin təsisçisi Aynur Hüseynli erkən yaş dövründə Autizm Spektr Pozuntusu haqqında çıxış edib.

May 1, 202329 min

S5 Ep 48Statistika və onun tətbiqləri | Məhəmməd Şirinov

Statistikanın hansı tətbiq növləri var? Müasir dövrdə statistik biliklərə sahib olmaq nə üçün vacibdir? Stanford universitetinin menecment elmləri və mühəndisliyi fakültəsinin magistr tələbəsi Məhəmməd Şirinovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Apr 28, 202311 min

S5 Ep 47Türkiyədə seçkilər, Azərbaycanla münasibət və Ərdoğan faktoru | Şahin Cəfərli

Türkiyədəki seçkilərdə iqtidar dəyişikliyi baş verərsə, Türkiyənin Azərbaycanla bağlı xarici siyasətinə necə təsir edəcək? Müxtəlif ideologiyalara sahib partiyaların bir ittifaqda birləşməsi gələcəkdə riskli ola bilərmi? Siyasi şərhçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.

Apr 26, 202325 min

S5 Ep 46Finlandiya universitetlərində tələbəyə olan yanaşma | Ayaz Kərimov

Finlandiya universitetlərinin tələbələrə yanaşması necə fərqlənir? Dərs prosesində tələbələr necə dəyərləndirilir? Dərs zamanı hansı dəyərləndirmə metodlarından istifadə edilir? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovu dinləyərək öyrənə bilərsiniz.

Apr 24, 202315 min

S5 Ep 45İnflyasiya: görünən və görünməyən tərəflər | Azər Mehtiyev

İnflyasiya prosesinin mahiyyəti və yaranma səbəbləri nələrdir? İnflyasiya hansı sosial-iqtisadi nəticələrə gətirib çıxarır? İnflyasiyanın elan olunan göstəriciləri reallığı əks etdirirmi? İqtisadçı Azər Mehtiyevin çıxışını izləyərək öyrənə bilərsiniz.

Apr 21, 202331 min

S5 Ep 44”Ərizəni yaz, çıx” deyiləndə işçi nə etməlidir? | Araz İsmayılov

Hansı hallarda işçilərin əmək müqaviləsinə xitam verilə bilər? Ərizə yazaraq işdən çıxarılmağa məcbur edilən işçilər hansı hüquqi yollara baş vura bilər? Hüquqşünas Araz İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Apr 19, 202318 min

S5 Ep 43Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir? | Hacı Səfərov

Azərbaycanda film çəkmək üçün hansı mexanizmlər var? Film sektorunda dövlətin rolu nədən ibarətdir? Kinoteatrlar film sənayesinin inkişafına töhfə verə bilirmi? Kinotənqidçi Hacı Səfərovla Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir mövzusunda söhbət etmişik.

Apr 17, 202328 min

S5 Ep 42”Zərdabinin iddiası çox böyük idi. O, hər şeyi dəyişmək istəyirdi” | Rəhman Bədəlov

“Zərdabinin iddiası çox böyük idi. O, hər şeyi dəyişmək istəyirdi. Əkinçi yeganə qəzetimizdir ki, hamımızı qucaqladı. Bizdə sonra elə bir qəzet olmayıb.” Növbəti videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla söhbət etmişik.

Apr 14, 202330 min

S5 Ep 41Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması və yenidənqurulması | Bayram Axundov

Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması nəyə görə vacibdir? Bu gün sənaye və mədəniyyət irsi obyektlərini necə istifadə edə bilərik? Dünya təcrübəsində buna dair hansı maraqlı nümunələr var? Urbanist-tədqiqatçı Bayram Axundovun çıxışını izləyərək öyrənə bilərsiniz.

Apr 12, 202327 min

S5 Ep 40Təhsildə emosional tərbiyə | Sura Ağaverdiyeva

Emosional tərbiyə nə deməkdir və nə üçün əhəmiyyətlidir? Emosional tərbiyəni uşaqlara necə aşılamaq mümkündür? Müəllimlərin burada rolu nədən ibarətdir? Erkən təhsil mütəxəssisi Sura Ağaverdiyeva ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Apr 10, 202316 min