Əkinçi
786 episodes — Page 4 of 16

S6 Ep 76Xaricdə təhsil və diqqətdən kənar qalan məsələlər | Emil Mirzəyev
Azərbaycandakı təhsillə xaricdəki təhsil arasında əsas fərqlər nələrdir? Şəxsiləşdirilimiş təhsil prosesi nə deməkdir? Xaricdə təhsillə bağlı diqqətdən kənarda qalan məsələlər hansılardır? Tədqiqatçı Emil Mirzəyevlə bu haqda danışır.

S6 Ep 75Müəllimlərin şərəf və ləyaqət hüququ | Aygün Pəncəliyeva
“Cinsindən, oriyentasiyasından, etnik mənsubiyyətindən, yaşından, xarici görünüşündən, sosial statusundan və təcrübəsindən asılı olmayaraq, bütün müəllimlərə hörmətlə yanaşılmalıdır.” Təhsil mütəxəssisi Aygün Pəncəliyeva ilə müəllimlərin şərəf və ləyaqət hüququ barəsində danışmışıq.

S6 Ep 74Məktəbəqədər yaşda oyun və oyuncaqların əhəmiyyəti | Pəri Osmanova
Məktəbəqədər yaşda olan uşaqların tərbiyəsində oyuncaqların rolu nədən ibarətdir? Oyuncaqları seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır? Uşaqlar üçün faydalı ola biləcək oyunları evdə necə hazırlaya bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova bu haqda danışır.

S6 Ep 73Uşaqlıqdan aktivlərin yaradılması üçün uşaq inkişaf fondları | Aytəkin Hüseynli
Uşaq inkişaf fondlarının işləmə mexanizmi necədir? Belə proqramlar uşaq rifahına necə dəstək olur? Azərbaycanda uşaq inkişafı fondlarının yaradılması hansı problemlərin həllində rol oynaya bilər? Elmlər doktoru Aytəkin Hüseynli izah edir.

S6 Ep 72Orta Dəhlizin perspektivləri | Vüsal Quliyev
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) digər ticarət marşrutlarından nə fərqləndirir? Ələt Azad İqtisadi Zonasının əsas funksiyası nədir? Orta Dəhliz marşrutunu təkmilləşdirmək üçün hansı addımların atılması vacibdir? Şərqşünas tədqiqatçı Vüsal Quliyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

S7 Ep 71Məişət zorakılığı riskinin qiymətləndirilməsi | Vəfa Rüstəm
Məişət zorakılığı ilə mübarizədə risk qiymətləndirilməsi effektiv vasitə ola bilərmi? Karseral metodun hansı çatışmayan cəhətləri var? Risk qiymətləndirilməsi prosesində dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə videomuzu izləyə bilərsiniz.

S6 Ep 70Süni zəka və etika | Cavid Ağa
Süni zəkada etika ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Süni zəkanın qərarvermə mexanizmi necədir? Süni zəka qərəzli ola bilərmi? Sosial media tədqiqatçısı Cavid Ağa ilə süni zəka və etika barəsində videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 69Arxeoloji irs və onun idarə olunması | Fariz Xəlilli
Azərbaycanda hazırda hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır? Dövlət mülkiyyətində olan ərazilərdə qanunsuz qazıntı aparmağın cəzası nədir? Arxeoloji irsin qorunması üçün hansı tədbirlər görülür? Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli bu suallara cavab verir.

S6 Ep 68Karbon idarəetməsinin iqlim dəyişikliyi ilə mübarizədə rolu | Ayan Şamçıyeva
Karbon xərcləri nədir və ətraf mühitə necə təsir edir? İqlim dəyişikliyi ilə mübarizədə individualların rolu nədən ibarətdir? Karbon kreditləri effektiv mübarizə üsuludurmu? İqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçıyeva ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 67Yeni Media dövründə jurnalistika | Səbinə İzzətli
Yeni Media dedikdə nə nəzərdə tutulur? Ənənəvi jurnalistika ilə Yeni Media arasında hansı əsas fərqlər var? Yeni Media texnologiyalarının üstünlükləri nələrdir? Hansı daha vacibdir: məzmun, yoxsa vasitə? Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 66Memarlıq və süni intellekt | Urfan Məmmədov
Texnologiyanın memarlığa inteqrasiyası necə baş verir? Süni intellektin yaradıcı prosesə təsiri necədir? Memarlığın hansı tərəflərini süni intellekt əvəz edə bilər? Memar Urfan Məmmədovla videomuzu izləyə bilərsiniz.

S6 Ep 65Azərbaycanda startapların inkişafı üçün hüquqi çərçivə | Zalbəy Ağadadaşov
Azərbaycanda startaplar üçün hansı güzəştlər nəzərdə tutulur? Bu güzəştlər startap ekosisteminin inkişafı üçün yetərlidirmi? Startapların inkişafı üçün qanunvericilikdə nələr dəyişməlidir? Turan Legal and Tax Services şirkətinin təsisçisi və direktoru Zalbəy Ağadadaşovla bu haqda danışmışıq.

S6 Ep 64Kino və ədəbiyyat | Leylaxanım Qəmbərli
Kino digər incəsənət sahələrindən necə fərqlənir? Sürrealist kinonun yaranması hansı amillərlə bağlıdır? Müasir kino izləyicisinin gözləntiləri nələrdir? Hekayə olmadan kino mövcud ola bilərmi? Kinorejissor və rəssam Leylaxanım Qəmbərli ilə bu haqda danışdıq.

S6 Ep 63Sənətşünas kimdir? | Ayna Moazzen
Sənətşünasın rolu nədən ibarətdir? Universitet təhsili müasir incəsənət tələbləri ilə üst-üstə düşürmü? Sənətşünaslıq tələbələrinin tez-tez qarşılaşdığı problemlər hansılardır? Sənətşünas Ayna Moazzen bizə bu haqda danışıb.

S6 Ep 62Müəllimlərin peşəkarlığını artıra bilirikmi? | Ülviyyə Mikayılova
Müəllimlərin peşəkar inkişafı nə üçün əhəmiyyətlidir? Azərbaycanda təhsil sektorunda bu istiqamətdə hansı islahatlar aparılıb? Digər ölkələrdə müəllimlərin peşəkar inkişafı ilə bağlı hansı uğurlu nümunələr var? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova ilə bu haqda danışmışıq.

S6 Ep 61Dünyada və ölkəmizdə video oyun sənayesi | Şahin Əliyev
Müasir oyun sənayesi necə inkişaf edib? Qlobal video oyun bazarını idarə edən əsas tendensiyalar hansılardır? Azərbaycanın bu sahədə uğur əldə etmək potensialı nə qədərdir? “Dynamic Box Studio”-nun həmtəsisçisi Şahin Əliyevlə bu haqda danışmışıq.

S6 Ep 60Mədəniyyətə dəstəyin hansı modelləri var? | Qismət Rüstəmov
Mədəniyyət siyasəti dedikdə nə nəzərdə tutulur? Mədəniyyətə dəstək modelləri hansılardır? Bu modellərin hansı çatışmayan tərəfləri var? Azərbaycanda mədəniyyət siyasəti ilə bağlı aktual məsələlər nələrdir? Yazıçı Qismət Rüstəmovla mədəniyyətə dəstək modelləri haqda videomuzu təqdim edirik.

S6 Ep 59Məişət zorakılığı və dövlətin öhdəliyi | Fariz Namazlı
Məişət zorakılığı cinayətləri dövlətin üzərinə hansı öhdəlikləri qoyur? Azərbayan qanunvericiliyində bununla bağlı hansı çatışmazlıqlar var? Avropa Məhkəməsinin məişət zorakılığı cinayətləri ilə bağlı yanaşması necədir? Vəkil Fariz Namazlı ilə videoumuzda bu suallara cavab tapa bilərsiniz.

S6 Ep 58Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? | Azər Mehtiyev
Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir.

S6 Ep 57Sosial-iqtisadi layihələrin hazırlanması | Nicat Qarayev
Sosial layihələr dedikdə nə nəzərdə tutulur? Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin dizaynında hansı çatışmazlıqlar var? Yaxşı layihə dizayn edə bilmək üçün nələri öyrənməyə ehtiyac var? İqtisadi inkişaf üzrə mütəxəssis Nicat Qarayevlə bu haqda danışmışıq.

S6 Ep 56Tələbələrin öyrənməyə cəlb olunması | Razia İsayeva
Tələbələrin öyrənməyə cəlb olunmasında vacib amillər nələrdir? Bu prosesdə qlobal və yerli səviyyədə hansı çətinliklər var? Tələbələrin öyrənməsində universitetlərin üzərinə hansı öhdəliklər düşür? Tədqiqatçı Razia İsayeva ilə bu haqda danışmışıq.

S6 Ep 55Yaradıcı təbəqə və gələcək | Anar Vəliyev
Yaradıcı təbəqə ölkələrin inkişafına necə dəstək olur? Bakıda yaradıcı təbəqənin sayını necə artırmaq olar? Dövlət yaradıcı fəaliyyəti tənzimləməlidirmi? ADA universitetinin dosenti Anar Vəliyevlə söhbətimizdə bu haqda danışmışıq.

S6 Ep 54İnsan resursları haqda bilməli olduqlarımız | Səbinə Qulamzadə
İnsan resursları bizneslər üçün nə qədər əhəmiyyətlidir? Azərbaycanda insan resursları sahəsi nə vaxt inkişaf etməyə başlayıb? Bu sahədə mütəxəssis olmaq üçün hansı bacarıqlara ehtiyac var? İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə ilə söhbətimizi dinləyin.

S6 Ep 53Travma haqda bilməli olduqlarımız | Loğman Qasımov
Posttravmatik stress pozuntusunun öhdəsindən necə gəlmək mümkündür? Yaşadığımız bütün ağır hadisələr travmalara səbəb olurmu? Düzgün diaqnostika nə üçün əhəmiyyətlidir? Psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 52Kuir feminist sosial iş | Aida Mirzəyeva
Sosial işdə hansı yanaşmalar mövcuddur? Ənənəvi sosial işin çatışmazlıqları nələrdir? Kuir feminist sosial iş necə meydana çıxıb? Sosial işçi Aida Mirzəyeva ilə müsahibəmizdə bu haqda danışmışıq.

S6 Ep 51Özəl sektorun ictimai məkanlara təsiri | Ucal Qorçu
“İctimai məkanın uğuru onun estetik gözəlliyi deyil, cəmiyyətin fərqli təbəqələrinin səslərini duyurması üçün bir platforma olmağıdır.” Budəfəki videomuzda urbanist tədqiqatçı Ucal Qorçu ilə özəl sektorun ictimai məkanlara təsiri haqqında danışmışıq.

S6 Ep 50Kouçluq nədir? | Günel Mehdiyeva
Kouçluq insanlara nə vəd edir? Kouçluğun hansı texnikaları var? Bu texnikalar insanlarda nə kimi dəyişikliklər yarada bilir? Kouçluqla bağlı hansı yanlış fikirlər mövcuddur? Kouç və Beynəlxalq Kouçinq Federasiyasının üzvü Günel Mehdiyeva ilə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 49Generativ süni intellekt və produktivlik | Emil Mirzəyev
Süni intellekt modellərindən istifadə produktivliyə necə təsir edir? Süni intellekt modellərinə effetkiv tapşırıq vermə üsulları hansılardır? Bu modellərdən istifadənin hansı mənfi və müsbət cəhətləri var?Süni intellekt üzrə tədqiqatçı Emil Mirzəyevlə söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 48Kibertəhlükəsizlik və innovasiya | Günay Məmmədli
Tədqiqat və inkişaf sahəsinə investisiya etmək nə üçün vacibdir? Rəqəmsal platformalarda məxfiliyimizi necə təmin edə bilərik? Texnologiya sahəsində qlobal bazarla necə rəqabət aparmalıyıq? Kibertəhlükəsizlik üzrə mütəxəssis Günay Məmmədli ilə söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 47Post-müharibə dövründə sosial xidmətlərin rolu | Zamin Zəki
Müharibədən əziyyət çəkmiş insanlar üçün sosial xidmətlər necə təşkil edilməlidir? Azyaşlı uşaqlara müharibəni necə başa salmaq lazımdır? Azərbaycanda post-müharibə dövrü üçün nəzərdə tutulmuş sosial xidmətlərdə nələr çatışmır? Sosial işçi Zamin Zəki ilə söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 46Rəqəmsal diplomatiya | Zümrüd Paşkin
Ənənəvi və rəqəmsal diplomatiya bir-birindən nə ilə fərqlənir? Rəqəmsal diplomatiyanın müsbət və mənfi cəhətləri nələrdir? Azərbaycanda rəqəmsal diplomatiyadan necə istifadə edilir? Xarici siyasət müxbiri və tədqiqatçı Zümrüd Paşkinlə müsahibəmizdə bu haqda danışmışıq.

S6 Ep 45Xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər | Nuranə İsmayılova
“Fiziki çətinliklər bir tərəfə, insan özünü pis hiss edir ki, uşaqla bir yerdə valideyn də cəmiyyətdən uzaqlaşdırılır.” Bu dəfəki müsahibəmizdə serebral iflici olan uşağın valideyni Nuranə İsmayılova ilə xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər barəsində danışmışıq.

S6 Ep 44Bizə tədqiqat universitetləri niyə lazımdır? | Abbas Abbasov
Tədqiqat universitetləri necə yaranıb və bizə nə üçün lazımdır? Tədqiqat universitetlərin hansı missiyaları var? Əhəmiyyətli ixtiraların yaranmağında tədqiqat universitetləri necə rol oynayıb? Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovla bu haqda danışmışıq.

S6 Ep 43Reproduktiv sağlamlıq və hüquqlar | Nərgiz Muxtarova
Reproduktiv sağlamlıq və hüquqlar dedikdə nə nəzərdə tutulur? Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı vəziyyət nə yerdədir? Əhali arasında kontraseptiv vasitələrdən istifadə nə üçün aşağıdır? Tədqiqatçı Nərgiz Muxtarova ilə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 42Korporativ iqlim addımları | Səriyyə Heydərova
Böyük korporasiyalar ekoloji problemlərin yaranmasında nə qədər rol oynayır? Greenwashing nə deməkdir? Korporasiyalar qarşısında hansı tələblər qoyulmalıdır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbrayt təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 41COP29 Azərbaycana və dünyaya nə verəcək? | Rövşən Abbasov
Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hansı məsələlər yer alır? Yaşıl maliyyə mexanizmi dedikdə nə nəzərdə tutulur? COP29 Azərbaycana və dünyaya nə verəcək? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla videomuzu izləyə bilərsiniz.

S6 Ep 40Azərbaycanda açıq ictimai məkanların təhlili | Əfsun Mehmani
İctimai məkanlar nə üçün əhəmiyyətlidir? Azərbaycandakı ictimai məkanların hansı çatışmazlıqları var? Açıq məkanlar qadınlar üçün nə qədər təhlükəsizdir? Bu məkanlar necə təşkil olunmalıdır? Memar və şəhərsalma üzrə mütəxəssis Əfsun Mehmani ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 39PİSA nəticələri Azərbaycan təhsili ilə bağlı nə deyir? | Fərid Mehralızadə
Beynəlxalq şagird qiymətləndirmə proqramı PİSA nəticələrində Azərbaycanla bağlı hansı məqamlar var? Pandemiya şagirdlərin akademik göstəricilərinə necə təsir edib? Şagirdlər sinif otağında özlərini nə qədər təhlükəsiz hiss edir? İqtisadçı Fərid Mehralızadə ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 38Riyaziyyat bizim nəyimizə lazımdır? | Afərin Əkbərli
Riyaziyyat icad yoxsa kəşfdir? Riyazi modelləşdirmə nə üçün əhəmiyyətlidir? Riyaziyyatı hər kəs öyrənə bilərmi? Riyaziyyatçı Afərin Əkbərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 37Beynəlxalq inkişaf və Dünya Bankının rolu | Zaur Rzayev
Beynəlxalq inkişaf özündə nələri ehtiva edir? Dünya Bankının missiyası nədir və hansı istiqamətlərdə fəaliyyət göstərir? Bu dəfə Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayevlə beynəlxalq inkişaf və Dünya Bankının rolu haqqında danışmışıq.

S6 Ep 36Bakının baş planı və idarəetmə | Dilqəm İsmayılov
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir? Növbəti videomuzda memar Dilqəm İsmayılovla Bakının baş planı və idarəetmə barəsində danışmışıq.

S6 Ep 35XXI əsrin Bakısında nə dəyişdi və nə dəyişməlidir? | Sean Barry
“Azərbaycan haqqında mətbuatda eşidirsinizsə, bu, keçmiş Sovet Respublikası, neft və qazla zəngin Azərbaycandır. Amma bu, ölkənin, onun xalqının, mədəniyyətinin üçölçülü mənzərəsi deyil.” 23 ildir Azərbaycanda yaşayan müəllim Sean Barry ilə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 34Əmək bazarı və təhsil dünyası arasında əməkdaşlıq | Nərmin Şahbazova
Ömür boyu öyrənmə konsepsiyası dedikdə nə nəzərdə tutulur? Milli kvalifikasiya çərçivəsinin əsas məqsədi nədir? Peşə standartları və kvalifikasiyaları necə hazırlanır? Kvalifikasiyaların hazırlanması üzrə ekspert Nərmin Şahbazova ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 33İnnovativ sahibkarlıq | Asif İbrahimov
İnnovativ sahibkarlığın ənənəvi sahibkarlıqdan əsas fərqi nədədir? Data toplanması nə üçün sahibkarlar üçün önəmlidir? İnnovasiyalar sahibkarlığa necə kömək olur? Sahibkar Asif İbrahimovla videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 32Mənzil ehtiyacı və gəlir səviyyəsi | Rəşad Həsənov
Nə üçün daşınmaz əmlak qiymətləri əhali üçün əlçatan deyil? Daşınmaz əmlakın ənənəvi investisiya aləti olmasının əsas səbəbi nədir? Bakı ətrafı ərazilərdə mənzil sayının artırılması daşınmaz əmlak problemini həll edə bilərmi? İqtisadçı Rəşad Həsənovla bu haqda söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 30Uşaq zorakılğının gizli növü - Zorakı tərbiyə | Aytəkin Hüseynli
Zorakı tərbiyə nədir və hansı növləri var? Zorakı tərbiyə uşaqların inkişafında hansı fəsadlara səbəb ola bilər? Valideynlər uşaq inkişafı ilə bağlı nələri bilməlidirlər? Elmlər doktoru və Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 30Sosial media asılılığından necə qurtulmaq olar? | Lalə Kişiyeva
Rəqəmsal asılılıq dedikdə nə nəzərdə tutulur? Bu asılılıqdan qurtulmaq üçün hansı addımları atmaq lazımdır? Media mütəxəssisi Lalə Kişiyeva ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

S6 Ep 29Məktəbəqədər təhsildə effektiv öyrənmə | İlahə Rəsulova
Məktəbəqədər yaş dövründəki uşaqların öyrənmə prosesinə hansı amillər təsir edir? Mükafatlandırmanın uşaqlar üzərində hansı müsbət və mənfi nəticələri ola bilər? Necə etmək olar ki, uşaqlar öyrənmə prosesindən zövq alsınlar? Tədqiqatçı İlahə Rəsulova ilə videomuz bu haqdadır.

S6 Ep 28Tələbənin bacarıq və istedadını reallaşdırması üçün nə çatmır? | Rüqayə Abbaslı
Tələbələrin özünü inkişafına nə mane olur? Valideynlər övladlarının ixtisas seçimlərinə necə təsir edir? Bakalavr təhsilində dəyişilməsi ən vacib məqamlar hansılardır? Magistr tələbəsi Rüqayə Abbaslı ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 27Doktorantura təhsili: Müraciətçi üçün bələdçi | Xətai Alıyev
Doktorantura təhsilinin üstünlükləri nələrdir? Kimlər doktorantura dərəcəsi ala bilər? Azərbaycanda doktorantura təhsilinin çatışmayan tərəfləri hansılardır? Doktorantura təhsilinə başlamaq istəyənlər nələri bilməlidir? İqtisadçı Xətai Alıyev bu suallara cavab verir.