Əkinçi
786 episodes — Page 3 of 16

S7 Ep 23Azərbaycanda dayanıqlı turizm: Bölgələrin potensialı və strateji yanaşma | Vəfa Kərəmova
Turizm dayanıqlı modellər əsasında qurulmadıqda, onun törətdiyi zərər kifayət qədər ciddi olur. Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, dayanıqlı modellər turizm fəaliyyəti zamanı gəlirlərin yalnız böyük şirkətlərə deyil, yerli əhaliyə də çatmasını nəzərdə tutur. Qonağımız əlavə edir ki, hazırda Azərbaycanın unikal imkanı var – ölkə iqtisadi baxımdan səmərəli, eyni zamanda mədəni və ekoloji cəhətdən dayanıqlı bir turizm modeli qura bilər.

S7 Ep 22Köç yolu hekayəsi: Çoban həyatının reallığı
Fotoqraf Əli Rza ənənəvi köç həyatını sənədləşdirmək üçün çoban icmalarına qoşularaq piyada şəkildə 200 kilometrdən çox məsafə qət edib. Bu işdə o, insan faktoruna - nəsildən-nəslə ötürülən biliklərə, fiziki çətinliklərə və sosial reallıqlara fokuslanır. Əli Rza öz obyektivindən yalnız köç həyatının mədəni və tarixi qatlarını deyil, onun davam edən sosial təsirini də göstərir. Burada uşaqların təhsilinin pozulması və ailələrin parçalanmasından doğan emosional təsirlər əsas mövzulardan biridir.

S7 Ep 21İdeyadan reallığa: Video oyunlar necə hazırlanır? | Şahin Əliyev
Kitab və filmlərdən fərqli olaraq, video oyunlar oyunçulara sadəcə müşahidəçi olmaq deyil, həmin dünyaların içində yaşamaq və qərarlar qəbul etmək imkanı verir. “Dynamic Box Studio”nun həmtəsisçisi Şahin Əliyevin sözlərinə görə, məhz bu interaktivlik video oyunları digər media növlərindən tamamilə fərqləndirir. Qonağımız bildirir ki, video oyunlar texnologiya, sənət və hekayəçilik arasında körpü rolunu oynayır. Onunla söhbətimizdə video oyunların necə yaradıldığını və istifadəyə verilməzdən əvvəl hansı mərhələlərdən keçdiyini müzakirə etdik.

S7 Ep 20Şirkətlərin sosial təşəbbüslər çərçivəsində yol verdiyi piar qüsurları | Aydan Nəbiyeva
Yeni müsahibəmizdə şirkətlərin həyata keçirdiyi xeyriyyə təşəbbüsləri və korporativ sosial məsuliyyət layihələri haqqında danışmışıq. Marketinq mütəxəssisi Aydan Nəbiyeva bizimlə söhbətində müxtəlif özəl qurumların bu cür təşəbbüsləri həyata keçirərkən fəaliyyətin mahiyyətindən daha çox şirkət imicinə fokuslandığını qeyd edir və bu cür fəaliyyətlərin işıqlandırılmasında qüsurlara yol verildiyini vurğulayır.

S7 Ep 19Elektrikli nəqliyyat bazarında hazırkı rəqabət | Orxan Zakirov
Yeni çəkilişimizdə tədqiqatçı Orxan Zakirov son 15 il ərzində həm dünyada, həm də Azərbaycanda elektrikli avtomobillərə artan marağı təhlil edib. Qonağımız Azərbaycanda bu tendensiyaya təsir göstərən dövlət siyasətləri, müxtəlif ölkələrdə həyata keçirilən yaşıl təşəbbüslər, o cümlədən ABŞ-ın Tesla şirkətinin və Çin markalarının nailiyyətləri barədə danışıb. Çıxışda, həmçinin, elektrikli avtomobillərlə yanaşı, bazarda hibrid və plagin-hibrid modellərə artan tələbat da vurğulanıb.

S7 Ep 18Süni Zəka zəngləri: Fırıldağa düşməmək üçün nə etməli? | Maral Qurbanzadə
Hər keçən gün Süni Zəka vasitəsilə həyata keçirilən telefon fırıldaqçılığı haqqında eşidirik. Heç kim yeni texnologiyalardan məharətlə istifadə edən bədniyyətlilərdən sığortalanmayıb. Əhalinin həssas qruplarından tutmuş nüfuzlu şəxslərə qədər hər kəs bu cür fırıldaqçıların qurbanı ola bilər. İnsan-robot ünsiyyəti üzrə mütəxəssis Maral Qurbanzadə bu cür zənglərin tələsinə düşməmək üçün görülməli olan tədbirləri izah edir.

S7 Ep 17Şəhərin siması və tarixi mirasın qorunması | Dilqəm İsmayılov
Memar Dilqam İsmayılov şəhər kimliyinin onun tarixi və memarlıq irsi ilə formalaşdığını deyir və əlavə edir ki, binalar sadəcə tikililər deyil, eyni zamanda tarixi, xatirələri və mədəni davamlılığı özündə daşıyan abidələrdir. Qonağımızın sözlərinə görə, Bakı, həm Şərq, həm də Qərb memarlıq üslublarının birləşdiyi bir şəhər olaraq, digər şəhərləri təqlid etməklə öz kimliyini itirmək təhlükəsi ilə üz-üzədir. İsmayılov düşünür ki, şəhərin tarixi mahiyyətinin bərpasında ictimaiyyətin və yaradıcı sənayelərin iştirakı, eləcə də özəl investisiyalar mühüm rol oynamalıdır.

S7 Ep 16Dayanıqlılıq istehlakçıları düşündürməlidirmi? | İlkin Hacıyev
Dayanıqlı inkişaf bugünkü nəslin ehtiyaclarını ödəməklə gələcək nəsillərin imkanlarını təhlükəyə atmamaq deməkdir. Sustainera Solutions şirkətinin təsisçisi İlkin Hacıyevin sözlərinə görə, ətraf mühitin çirklənməsində əsas iştirakçılar şirkətlər olsa da, fərdlər də gündəlik istehlak seçimləri ilə bu prosesdə mühüm rol oynayırlar. Qonağımız məsuliyyətli istehlakçılığı, tullantıların azaldılmasını və ekoloji təsirləri nəzərə alaraq şüurlu qərarlar qəbul etməyi tövsiyə edir.

S7 Ep 15Azərbaycanda məhkumların təhsilə çıxışı | Tamella Abdıyeva
Yeni müsahibəmizdə tədqiqatçı Tamella Abdıyeva ilə həbsxana təhsili haqqında danışdıq. O bildirir ki, Azərbaycanda həbsxanalarda ümumi və peşə təhsilini nəzərdə tutsa da, praktikada ümumi təhsil yalnız yeniyetmə məhkumlar üçün əlçatandır, böyüklər üçün isə bu imkanlar təmin edilmir. Abdıyeva həbsxanada olan yetkin məhkumların təhsilə çıxışının vacibliyini vurğulayır. O qeyd edir ki, bir çox məhkum həbsə düşərkən savadsız olur və oradan heç bir əsas bilik əldə etmədən azadlığa çıxır, bu da onların yeni həyata uyğunlaşmasını çətinləşdirir.

S7 Ep 14Tükənən su ehtiyatlarının səmərəli idarə edilməsi | Rövşən Abbasov
Qiymətləndirmələrə görə, iqlim dəyişikliyinin təsirləri nəticəsində regionumuzda su ehtiyatlarının 15-30% azalacağı proqnoz edilir. Bu vəziyyətin gələcəyimiz üçün ciddi bir təhlükə yaratdığını bildirən ətraf mühit üzrə ekspert Rövşən Abbasov əlavə edir ki, əhali artımı, həyat tərzindəki dəyişikliklər və ərzağa olan tələbatın artması su ehtiyatlarına daha çox təzyiq göstərəcək. Qonağımız vurğulayır ki, bu problemlərin həlli üçün daha dayanıqlı bir strategiya tələb olunur.

S7 Ep 13Kitablar və uşaqlarda öyrənmə instinkti | Əfsanə Yusif
Bu dəfə uşaqlar və kitablar mövzusuna toxunmuşuq. “Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif ilə söhbətimizdə kitabların uşaqlarda özünü dərk etmə və maraq hissini formalaşdırmadakı əhəmiyyəti haqda danışdıq. Qonağımız bildirir ki, kitablar sadəcə təhsil vasitəsi deyil, həm də dünyanı və insanın özünü kəşf etməsi üçün vacib bir alətdir. O, qeyd edir ki, uşaqlarda kitaba maraq yaratmaq əvəzinə, onların təbii marağını qorumağa diqqət yetirməliyik.

S7 Ep 12Müəllimlik peşəsinə maraq yaratmaq üçün nə edilməlidir? | Aynurə Abdullayeva
Keyfiyyətli öyrənmənin təmin edilməsində müəllimlərin bilik və təcrübəsi ilə yanaşı, onların bu işə olan səmimi həvəsi və göstərdikləri fədakarlıq da vacib rol oynayır. Təhsil mütəxəssisi Aynurə Abdullayeva bildirir ki, müəllimlik peşəsinə marağı olan, özünü uşaqların inkişafına həsr etmək istəyən daha çox gənc istedadı bu işə cəlb etmək lazımdır. Lakin müəllimlik peşəsinin hazırkı nüfuzu və təhsildə mövcud problemlər bu məqsədin reallaşmasına mane olur. Daha ətraflı yeni müsahibəmizdə.

Ep 155Milli kimlik necə formalaşır? | Zaur Şiriyev
Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimi Zaur Şiriyev müasir millət anlayışının çox vaxt XVI-XVIII əsrlərdə millət-dövlətlərinin yaranması ilə, xüsusilə İngiltərə, Fransa və ABŞ-dakı tarixi proseslərlə əlaqələndirildiyini bildirir. Qonağımız qeyd edir ki, milli kimlik kollektiv aidiyyət formasıdır və onu ortaq dil, mədəniyyət və siyasi proseslərdə iştirak müəyyən edir. Lakin onun formalaşmasında əsas amil tarixən ərazi bağlılığı – müəyyən bir torpaqla əlaqə olmuşdur. Bu haqda daha ətraflı yeni müsahibəmizdə.

Ep 154ChatGPT-nin jurnalistikada düzgün istifadəsi | Pəri Abbaslı
ChatGPT 2022-ci ildən bəri gündəlik həyata sürətlə inteqrasiya olunub və məzmunun strukturlaşdırılması, eləcə də tədqiqat proseslərinin sürətləndirilməsi üçün geniş istifadə edilən bir alətə çevrilib. Jurnalist Pəri Abbaslı ilə bu alətin media sahəsinə təsiri və onun jurnalistləri əvəzləyə biləcəyi ilə bağlı narahatlıqları müzakirə etdik. Qonağımız süni intellektin bir təhlükə kimi deyil, bir vasitə kimi görülməli olduğunu vurğulayır, eyni zamanda bu alətlərin istifadəsi zamanı diqqətli olmağı tövsiyə edir.

S7 Ep 9Məktəblərdə dram dərslərinin əhəmiyyəti | Aynur Zərrintac
Dram dərsləri dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai təhsil proqramının vacib bir hissəsidir. Birləşmiş Krallıq, Kanada, ABŞ, Fransa, Avstraliya, Finlandiya və digər ölkələrdə məktəblərdə tədris edilən dram dərsləri şagirdlərin istedadlarını tətbiq etməsi ilə yanaşı, onların tənqidi düşüncə, özünəinam və sosial bacarıqlarının inkişafına töhfə verir. Yeni videomuzda teatr rejissoru və Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintacla dram dərslərinin məktəblərdə tədrisinin əhəmiyyəti haqqında danışmışıq.

S7 Ep 8Azərbaycanda dizayn: yerli mühit və qlobal imkanlar | Rəsul Həsən
Qonağımız, qrafik dizayner və tədqiqatçı Rəsul Həsən bildirir ki, çoxları dizaynı sadəcə estetika ilə əlaqələndirir, lakin dizaynın funksionallıq tərəfi tez-tez unudulur. Onun fikrincə, Azərbaycanda ictimai məkanlar vizual xaos və qeyri-funksionallıq səbəbindən insanların rifahına mənfi təsir göstərir. Yeni videomuzda dizayn təhsilindəki çatışmazlıqlar, ölkədə yaradıcı rəqabətin və yeni ideyaların inkişafına maneə yaradan mühit, eləcə də azərbaycanlı dizaynerlərin özünəinam çatışmazlığı haqqında danışmışıq.

S7 Ep 7Suyun ədalətli, səmərəli və dayanıqlı idarə ediləməsi | Şəhanə Bilalova
Su böhranı dünyanın müxtəlif yerlərində icmalara və iqtisadiyyatlara ciddi təhlükələr yaradır. Lakin bu böhranın səbəblərinə baxdıqda, əksər hallarda problemin suyun yoxluğu deyil, su idarəetməsinin düzgün aparılmaması olduğu görünür. Növbəti qonağımız Şahanə Bilalova su idarəçiliyi üzrə tədqiqatçıdır. Onunla həm iqlim dəyişikliyi, həm də kənd təsərrüfatında istifadə olunan suya tələbatın artması nəticəsində yaranan su böhranının necə düzgün idarə olunması haqqında danışmışıq.

S7 Ep 6Şəhər mobilliyi: piyadalar, nəqliyyat və təhlükəsizlik | Rauf Ağamirzəyev
Yeni videomuzda qonağımız, nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakının şəhər mobilliyindəki irəliləyişlərdən, o cümlədən rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat və infrastruktur təkmilləşdirmələrinin əhəmiyyətindən danışıb. Qonağımız avtomobil mərkəzli siyasətdən səmərəli yol hərəkətinin idarə olunmasına keçidin vacibliyini vurğulayaraq, bu çərçivədə ayrılmış avtobus zolaqları, velosiped infrastrukturunun inkişafı və elektrobusların istismara verilməsini qeyd edib.

S7 Ep 5Sağlam iş mühitini necə qurmalı? | Səbinə Qulamzadə
Yəqin ki, bir çoxunuz toksik iş mühitində çalışmağın nə demək olduğunu bilirsiniz. Müxtəlif araşdırmalara görə, işçilərin işdən çıxmasının və ya başqa iş axtarmasının əsas səbəblərindən biri qeyri-sağlam korporativ mədəniyyətdir. İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə müsbət və sağlam iş mədəniyyətinin yaradılmasının bu səbəbdən nə qədər vacib olduğunu deyir. Onunla toksik iş mühitinin səbəbləri və sağlam iş mühitinin qurulması üçün görülməli olan tədbirlər barədə danışmışıq.

S7 Ep 4Bakını necə insanyönümlü şəhərə çevirə bilərik? | Anar Əliyev
“İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanı mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq. Avtomobil sahiblərinin çoxuna xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir. Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu qeyd etsə də, növbəti illərdə bu işləri daha iddialı şəkildə davam etdirməyi təklif edir.

S7 Ep 3Azərbaycan turizm sənayesinin tutduğu mövqe | Qanı Nəsirov
Azərbaycan turizm sənayesinin hazırkı durumu necədir? Bələdçi Qanı Nəsirov verdiyi müsahibədə pandemiyadan sonra turizm sənayesinin üzləşdiyi çətinliklərdən, Azərbaycan üçün ənənəvi və qeyri-ənənəvi turizm bazarlarından, ölkədə keçirilən tədbirlərin turizmə təsirindən danışıb. O, mövcud nailiyyətlərə baxmayaraq, keyfiyyət üzərində işlərin görülməsinin vacibliyini də vurğulayıb.

S7 Ep 2“Post-truth” və ya faktlara barmaqarası baxışın səbəbi nədir? | Qismət Rüstəmov
Yeni videomuzda yazıçı Qismət Rüstəmovla müasir dünyada rasional düşüncəyə, intellektual müzakirələrə və elmi təfəkkürə olan inamın azalması mövzusunda söhbət etdik. Bu tendensiyanın mistik inanclara, konspirasiya nəzəriyyələrinə və psevdointellektual baxışlara olan marağın artması ilə müşayiət olunduğunu vurğulayan yazıçı, çıxışında internet və sosial şəbəkələrin yüksəlişinin media mühitinə necə təsir etdiyindən bəhs etdi. Qonağımız, eyni zamanda, məlumat istehlakçısı kimi məsuliyyətimizin nədən ibarət olduğunu da qeyd etdi.

S7 Ep 1İfrat sağın yüksəlişi və demokratiyaların üzləşdiyi çətinliklər | Rəşad Şirin
Yeni müsahibəmiz qlobal müstəvidə ifrat sağ hərəkatların yüksəlişi mövzusundadır. Beynəlxalq seçki eksperti Rəşad Şirin bildirir ki, ifrat sağın populist ritorikası tez-tez liberal demokratiyanın legitimliyini sual altına qoyur. Bu hərəkatlar iddia edir ki, ənənəvi siyasi sistemlər immiqrasiya, iqtisadi çətinliklər və mədəni mübahisələr kimi problemləri həll etməkdə acizdir. Qonağımız əlavə edir ki, texnokratik hökumətlərlə əhali arasındakı əlaqənin zəifləməsi demokratik institutlara olan etimadsızlığı daha da artırır.

S6 Ep 103İş mühitində uşaqlı qadınların üzləşdiyi çətinliklər | İnara Camal
İş müsahibələrində qadınlara və kişilərə verilən suallar arasında fərqlər haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də qadın namizədin evlilik statusu, uşaqlarının olub-olmaması və ya ana olmağı planlaşdırıb-planşdırmaması kimi mövzularla bağlı. İşəgötürən bu suallara ümid etdiyi cavabları eşitməyəndə qadın namizədin seçilmə şansları azalır, işə götürüldüyü halda isə karyera irəliləyişi imkanları məhdudlaşdrlır. Bu cür suallar və yanaşmalar qanuna zidd olsa da, təəssüf ki, tez-tez rast gəlinir. İş müsahibələrində və iş mühitində cinsi ayrı-seçkilik haqda daha ətraflı hüquqşünas İnara Camal ilə müsahibəmizdə.

S6 Ep 102Mövcud təhsil sistemi şagirdlərin inkişafına necə mane olur? | Yalçın İslamzadə
Yeni müsahibəmizdə Azərbaycan təhsil sisteminin qarşısında duran vəzifələr, tələbələrin inkişafına və həyata hazır olmalarına necə kömək edə biləcəyindən danışdıq. Təhsil eksperti Yalçın İslamzadə bizimlə söhbətində son beynəlxalq testdə göstərilən zəif nəticələr, kurikulumların təkmilləşdirilməsi, təhsildə valideynlərin rolu, şagirdlərin üzləşdiyi emosional çətinliklər və digər məqamlara toxundu.

S6 Ep 101İlk nəsil tələbələr kimlərdir? | Abbas Abbasov
Ailələrində ilk dəfə universitet təcrübəsi yaşayan gənclər digər tələbələrdən fərqlənirlər. Ali təhsil tədqiqatçısı Abbas Abbasov deyir ki, əksər hallarda ilk nəsil tələbələr “sosial kapitala” malik deyillər və bu, onlara həm universitetdə, həm də gələcək həyatlarında maneələr yaradır. Qonağımız ilk nəsil tələbələrin nə üçün dəstəyə ehtiyac duyduğu və bu dəstəyin cəmiyyət üçün faydaları haqda danışır.

S6 Ep 100Qohumlar arasında nikah | Vəfa Rüstəm
Dünyanın müxtəlif yerlərində qohum evliliyinə münasibət fərqlidir. Bir çox coğrafiyalarda ortaq nənə və babaları olan şəxslər arasında nikah kifayət qədər yayılmış haldır. Azərbaycanda ümumi nikahların təxminən 4-5 faizi qohumlar arasında olduğu təxmin edilir. Qadın hüquqları üzrə hüquqşünas Vəfa Rüstəmlə uşaqlarda irsi xəstəlik hallarını artıran bu cür nikahların səbəbləri və məhdudlaşdırılması üçün görülən tədbirləri müzakirə etdik. Qonağımız deyir ki, müvafiq qanunun qəbul edilməsi məntiqli səslənsə də, belə tədbirlərin mənfi təsirləri də ola bilər. “Qohumlar arasında nikah” mövzusunda videomuzu kanalımızda izləyə bilərsiniz.

S6 Ep 99Şəhəri tələbələr və gənclər üçün necə rahat edə bilərik? | Anar Vəliyev

S6 Ep 98Dezinformasiyanın yaranması və yayılması mexanizmi | Lalə Kişiyeva
Dezinformasiya yeni şey deyil. Lakin sosial media və müasir texnologiyalar bu cür xəbərlərin daha geniş yayılmasına təsir edib. Bizimlə söhbət edən media mütəxəssisi Lalə Kişiyeva deyir ki, dezinformasiya bir-birimizə qarşı inanmsızlıq, institutlara etibarsızlıq və geniş apatiyaya səbəb ola bilər. Qonağımız dezinformasiyanın siyasi manipulyasiya və maliyyə qazancı kimi məqsədlərini qeyd edir və əlavə edir ki, dezinformasiyanın yayılmasında təqsiri tamamilə sosial media platformalarının üzərinə atmaq doğru deyil.

S6 Ep 97Wikipedia nədir və nə deyil? | Cavid Ağa
Wikipedia-nı ənənəvi ensiklopediyalardan fərqləndirən əsas xüsusiyyət onun hər kəs tərəfindən rədaktə edilə bilən, dinamik və açıq resurs olmasıdır. Bununla bərabər, Wikipedia şəxsi fikirlər və ya tərəf tutmaq üçün yer deyil. Bu resursun məqsədi çoxsaylı perspektivləri təqdim edərək, mövzu haqda hansı qənaətə gəlməyi oxucunun öhdəsinə buraxmaqdır. Bizim platformamızda tez-tez çıxış edən sosial media müşahidəçisi Cavid Ağa uzun illərdən Wikipedia-da məqalələrin redaktəsi ilə məşğuldur. Qonağımız adi istifadəçinin Wikipedia haqda bilmədiyi və ya yanlış təsəvvürə malik olduğu məqamlar haqda danışdıq.

S6 Ep 96Elmi tədqiqat nədir və nə üçün əhəmiyyətlidir? | Aytəkin Hüseynli
Elmi tədqiqat konkret suallara cavab vermək və ya problemləri həll etmək üçün məlumat toplamaq və təhlil etmək üçün strukturlaşdırılmış, sistemli bir prosesdir. Yeni müsahibəmizdə Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli ilə elmi tədqiqatın əhəmiyyət və onun düzgün aparılması şərtləri haqda danışmışıq. Qanağımız deyir ki, akademik şəraitdə tədqiqat müstəqil araşdırmanı təşviq etməklə yanaşı, tələbələrə və müəllimlərə ictimai tərəqqiyə və real dünya həllərinə töhfə verən layihələrdə əməkdaşlıq etməyə imkan verir.

S6 Ep 95Çinin yumşaq güc siyasəti | Vüsal Quliyev
Siyasi müzakirələrdə tez-tez işlədilən Yumşaq Güc (Soft Power) terminini məcbur edilmə əvəzinə cəlbedicilik vasitəsilə əməkdaşlığın təmin olunması kimi ifadə edə bilərik. Xarici siyasətdə bu aləti istifadə edən ölkələr daha çox öz mədəniyyətlərinin qlobal səhnədə tanınmasından bəhrələnirlər. Yumşaq Gücün üstünlüyünə malik olan ölkələr dedikdə, ağla ilk Birləşmiş Ştatlar və Birləşmiş Krallıq gəlir. Amma son illər Çinin də adı bu sırada səslənir. Şərqşünas tədqiqatçı Vüsal Quliyev deyir ki, Çin hökuməti Yumşaq Güc siyasətinə ildə təxminən 10 milyard dollar xərcləyir. Qonağımızla bu haqda daha ətraflı danışmışıq.

S6 Ep 94Şagirdlər real həyat təcrübəsini necə öyrənə bilərlər? | Rebekka Qrinvol

S6 Ep 93Rəqəmsallaşma və rəqəmsal savadlılıq | Mədinə Paşayeva
Rəqəmsal savadlılıq nə deməkdir və nə üçün əhəmiyyətlidir? Rəqəmsallaşma sahibkarlığın inkişafında necə rol oynayır? Proqramlaşdırma bacarıqlarına hər kəs yiyələnə bilərmi? “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva ilə danışdıq.

S6 Ep 92Qadın futbolu | Ağasəf Osmanlı
Dünyada və Azərbaycanda qadın futbolunun tarixi haradan başlayır? Futbolla məşğul olmağın hansı faydaları var? Məktəbli qızları futbola cəlb etmək üçün nə etmək mümkündür? “Baku Juniours Women” futbol klubunun meneceri Ağasəf Osmanlı ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 91Müasir şəhərlərin inkişaf yolunun elmi interpretasiyaları | Bayram Axundov
Klassik şəhərsalma nəzəriyyələri hansılardır? Bu nəzəriyyələr müasir şəhərlərin formalaşmasında necə rol oynayıb? Azərbaycanda şəhərsalma sahəsində hansı fundamental problemlər mövcuddur? Urbanist tədqiqatçı Bayram Axundovla videomuzu izləyə bilərsiniz.

S6 Ep 90Tələbələrin ixtisas seçimi | Vəfa Kazdal
Tələbələrin ixtisas seçimi ilə bağlı düzgün yanaşma hansıdır? Gənclərə öz seçimlərini etmələri üçün imkan yaratmaq nə üçün əhəmiyyətlidir? Düzgün ixtisas seçimi etmək üçün hansı trendləri izləmək lazımdır? ADA Universitetinin prorektoru Vəfa Kazdalla bu haqda danışmışıq.

S6 Ep 89Trans fərdlərin qarşılaşdığı çətinliklər | Miray Dəniz
Azərbaycandakı trans fərdlərin qarşılaşdığı əsas çətinliklər hansılardır? Bu çətinlikləri yaradan səbəblər haradan qaynaqlanır? Trans kimliklərin mediada daha çox görünən olmağı nə üçün əhəmiyyətlidir? Rejissor Miray Dənizlə bu haqda danışmışıq.

S6 Ep 88116-111 Uşaq Qaynar Xətti | Kəmalə Aşumova
116-111 Uşaq Qaynar Xətti hansı fəaliyyətləri həyata keçirir? Qaynar xətt xidməti regiondakı uşaqlar üçün əlçatandırmı? Qaynar xəttə gələn müraciətlərdə məxfilik prinsipi necə qorunur? Kəmalə Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqda danışır.

S6 Ep 87Elmi jurnallar və elmi məqalələr | Aytəkin Hüseynli
Elmi jurnallarda məqalələrin çap edilməsi üçün hansı prosesdən keçmək lazımdır? Sosial sahələrdə elmi məqalələrin yazılması üçün hansı tələblər var? Elmi jurnalların təsir qüvvəsi dedikdə nə nəzərdə tutulur? Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli bizimlə bu haqda danışıb.

S6 Ep 86İşəgötürənlərin əmək münasibətlərində qarşılaşdıqları problemlər | Araz İsmayılov
İşəgötürənlər əmək münasibətlərində hansı problemlərlə qarşılaşırlar? İşçilərin müqaviləsinə xitam verərkən hansı məqamlara diqqət edilməlidir? Müəssisələrdə daxili intizam qaydalarının hazırlanması nə üçün vacibdir? Hüquqşünas Araz İsmayılov bu mövzuda təcrübəsini bölüşür.

S6 Ep 85Azərbaycan və Avropa İttifaqı: Kim kimə daha çox ehtiyac duyur? | Şücaət Əhmədzadə

S6 Ep 84Tayvan məsələsini mürəkkəb və təhükəli edən nədir? | Vüsal Quliyev

S6 Ep 83Uşaqlar məktəbdə xoşbəxtdirlərmi? | Ülviyyə Mikayılova
Təhsilin inkişafında həmrəylik pedaqogikası nə üçün əhəmiyyətlidir? Rəqabətyönümlü pedaqogika hansı mənfi nəticələrə səbəb ola bilər? Şagirdlər məktəbdə xoşbəxtdirlərmi? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova bu haqda danışmışıq.

S6 Ep 82Təhsilə yanaşma necə olmalıdır? | Coana Braun
Neyromüxtəliflik nədir və təhsil prosesində nə üçün nəzərə alınmalıdır? Yaradıcılığın təhsil üçün əhəmiyyəti nədən ibarətdir? Öyrənmə müxtəlifliklərinin hansı faydaları ola bilər? Təhsil mütəxəssisi Coana Braun ilə bu haqda danışmışıq.

S6 Ep 81Əlilliyi olan şəxslərin müstəqil həyat fəlsəfəsi | Aydın Xəlilov
Müstəqil həyat tərzi fəlsəfəsi nə deməkdir? Əlilliyi olan şəxslərin qanunvericiliyin təkmilləşdirilməsində iştirakı nə üçün vacibdir? Müyəssərliyin təmin edilməsi üçün nələrə diqqət etmək lazımdır? “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla videomuzu izləyə bilərsiniz.

S6 Ep 80Müstəqil sənətçilər və maliyyə problemi | Emin Əliyev

S6 Ep 79İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması | Elif Günce
İtkin düşmüş şəxslərin ailələrinin hansı ehtiyacları var? Beynәlxalq Qızıl Xaç Komitәsi itkin düşmüş şəxslərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanda hansı işləri görür? Beynәlxalq Qızıl Xaç Komitәsinin nümayəndəsi Elif Günce ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 78Sülh mövzusunun təhsil sisteminə inteqrasiyası | Günay Qasımova
