Əkinçi
802 episodes — Page 6 of 17

S5 Ep 140İtkini olan ailələrin görünməz yaraları | Südabə Əliyeva
İtkin düşmüş şəxslərin ailələri qeyri-müəyyənlik və çətinliklərlə necə mübarizə aparırlar? Belə ailələrə kömək üçün hansı resurslar mövcuddur? Azərbaycanda itkin düşmüş şəxslərin ailələri ilə bağlı vəziyyət necədir? Klinik psixoloq Südabə Əliyeva ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 139Nə üçün incəsənətlə maraqlanmalıyıq? | Tayyiba Heydərova
İncəsənət emosional zəkamızın inkişafına necə dəstək olur? İncəsənətlə məşğul olmaq yaradıcılıqdan kənar sahələrdə uğur qazanmağa kömək edirmi? Azərbaycanda incəsənətə maraq hansı səviyyədədir? Sənətşünas Tayyiba Heydərova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 138Post-qəhrəman cəmiyyəti necə olur? | Cavid Ağa
Post-qəhrəman cəmiyyət nə deməkdir? Qəhrəman və post-qəhrəman cəmiyyətlər arasında hansı fərqlər var? Azərbaycan post-qəhrəman cəmiyyətidirmi? Post-qəhrəman cəmiyyətlər gələcəkdə necə dəyişəcək? Sosial media tədqiqatçısı Cavid Ağanın çıxışını izləyərək öyrənə bilərsiniz.

S5 Ep 137İsrail-Fələstin münaqişəsi tarixçinin gözü ilə | Fərda Əsədov
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov İsrail-Fələstin münaqişəsinin qədim tarixi haqda danışır.

S5 Ep 136Sosial təşəbbüslərə dəstək nə üçün azdır? | Etibar Xıdırov
"Dəstəkçi" sosial sahibkarlıq platformasının təsisçisi Etibar Xıdırov xeyriyyəçilik təşəbbüsləri ilə sosial sahibkarlıq təşəbbüslərinə olan fərqli münasibət, müxtəlif sahələrində irəliləyişin təmin edilməsində qrupların rolu, o cümlədən təmsil etdiyi platformanın yaratdığı fürsətlər haqda danışır.

S5 Ep 135Elmin kütləviləşməsinə ehtiyac nədən qaynaqlanır? | Yalçın İslamzadə
Elmin kütləviləşməsi niyə vacibdir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? 21-ci əsrin bacarıqları hansıdır? Mövcud təhsil sistemi tələbələrə elmin mahiyyətini aşılayırmı? Təhsil mütəxəssisi Yalçın İslamzadə ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 134Anime və manqa - Yaponiyanın ən böyük mədəni ixracı haqda bilməli olduqlarımız | Elçin Nəsibov
Anime və manqa Yaponiyanın mədəni kimliyinə necə töhfə verir? Nə üçün bu gün anime və manqanın çoxsaylı həvəskarları var? Azərbaycanda bu sahədə uğurlu nümunələr varmı? Anime və manqa həvəskarı Elçin Nəsibovla videomuzu izləyə bilərsiniz.

S5 Ep 132Süni zəka dizayner və rəssamların işini əlindən alacaqmı? | Rəsul Həsən
Süni zəka insan yaradıcılığını əvəz edə bilər? Süni zəka alətlərinin bəzi peşələri sıradan çıxaracağı ilə bağlı qorxular əsaslıdırmı? Bu alətlərdən yaradıcılıq potensialımızı artırmaq üçün necə istifadə edə bilərik? Qrafik dizayner Rəsul Həsənlə videomuzu izləyə bilərsiniz.

S5 Ep 131Müasir dramaturgiya müsabiqəsi | İsmayıl İman

S5 Ep 130ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı | Zəminə Əkbərova
ANİMAFİLM festivalı Azərbaycanın ilk animasiya festivalıdır. 2018-ci ildən bəri festivalda yüzlərlə animasiya filmləri nümayiş etdirilir, ustad dərsləri, konfranslar və sərgilər keçirilir. Festivalın əməkdaşı Zəminə Əkbərova ilə videomuzu izləyərək ətraflı məlumat ala bilərsiniz.

S5 Ep 129Tükənmə sindromu işimizə və həyatımıza necə təsir edir? | Sənubər Heydərova
Tükənmə və ya yanma sindromu nə deməkdir? Kimlər bu sindromdan əziyyət çəkirlər? Özümüzü bundan necə qoruya bilərik? Sosial işçi Sənubər Heydərovanın tükənmə sindromunun işimizə və həyatımıza olan təsirləri haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

S5 Ep 128Hər gördüyünə inanma! Süni zəka bizi asanlıqla yanılda bilər | Cavid Ağa
Süni zəka ilə yaradılmış vizuallar sosial mediada saxta xəbərlərin yayılmasında necə istifadə edilir? Belə vizuallarla bağlı daha diqqətli olmaq üçün hansı məqamlar nəzərə alınmalıdır? Sosial media tədqiqatçısı Cavid Ağa ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 127Məsafəli iş haqda bilməli olduqlarınız | Emil Aydınsoy
Məsafəli işin müsbət və mənfi tərəfləri hansılardır? Hansı sahələr üçün məsafəli iş imkanları daha çoxdur? Bununla bağlı mövcud bazarlarda vəziyyət necədir? Budəfəki videomuzda data həlləri mütəxəssisi Emil Aydınsoyla məsafəli iş haqda bilməli olduqlarınız barəsində danışmışıq.

S5 Ep 126Hansı növ bələdiyyələrə ehtiyac duyuruq? | Anar Vəliyev
Müxtəlif növ bələdiyyələrin yanaşmaları bir-birindən necə fərqlənir? Bələdiyyələr öz fəaliyyətlərini qurarkən hansı yanaşmadan istifadə edə bilərlər? Azərbaycanda hansı növ bələdiyyələrə ehtiyac var?ADA Universitetinin dosenti Anar Vəliyevin təqdimatını izləyə bilərsiniz.

S5 Ep 125Tərəkəmə həyat tərzi niyə qorunmalıdır? | Fariz Xəlilli
Tərəkəmə həyat tərzi nədir və onun qorunması nə üçün əhəmiyyətlidir? Tərəkəmələr Azərbaycanda hansı ərazilərdə yaşayırlar? Tərəkəmə həyat tərzi turizmin inkişafı üçün faydalı ola bilərmi? Tarixçi-arxeoloq Fariz Xəlilli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 124Qadınların hüquqi yardıma çıxışı | Vəfa Rüstəm
Azərbaycanda qadınlar hüquqi yardıma çıxışla bağlı hansı problemlərlə üzləşirlər? Regionlarda qadın vəkil çatışmazlığı qadınların hüquqi yardım almaq imkanlarına necə təsir edir? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə qadınların hüquqi yardıma çıxışı haqqında danışmışıq.

S5 Ep 123Azərbaycanda sosial işin hazırkı durumu | Zamin Zəki
Universitetlərdə sosial iş ixtisası üzrə təhsil qənaətbəxşdirmi? Sosial işçi kimi peşəkarlaşmaq istəyən tələbələr üçün təhsildən əlavə hansı resurslar var? Vətəndaşların sosial işlə bağlı məlumatlılığı hansı səviyyədədir? Sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 123Uşaqların həyatında qığılcıma ehtiyac var | Əfsanə Yusif
Uşaqlar üçün ana dilində kitablar nəşr etmək niyə vacibdir? Yerli müəlliflər tərəfindən yazılan kitabların üstünlükləri nələrdir? Azərbaycanda uşaqlar üçün yazılan kitablar oxucuları qane edirmi? Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusiflə videomuzu izləyə bilərsiniz.

S1 Ep 121Sovet Azərbaycanında gender siyasəti və onun paradoksu | Sevinc Səmədzadə
Sovet dövrünün gender reformları özündə nələri ehtiva edirdi? İlkin sovetləşmə dövründə baş verən böyük dəyişikliklər niyə sonradan əhəmiyyətini itirməyə başladı? Sovet gender siyasəti sonda nə ilə nəticələndi? Feminist tədqiqatçı Sevinc Səmədzadə ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 120Parkinq, ictimai nəqliyyat və cərimələr | Rauf Ağamirzəyev
Yeni tətbiq edilən parkinq sistemi qanunsuz ödənişlərin qarşısını ala bilirmi? Bəzi küçələrdə sürət həddinin aşağı endirilməsinin hansı faydaları var? İslahatlardan sonra taksi biznesi ilə bağlı nələr gözlənilir? Nəqliyyat eksperti Rauf Ağamirzəyevlə videomuzu izləyə bilərsiniz.

S1 Ep 119Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? | Zülfiyyə Mehdiyeva
Gənc iqtisadçıların formalaşmasında hansı baryerlər mövcuddur? Sosial fəaliyyətlərdə iqtisadçıların iştirakı nə üçün vacibdir? Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? Young Economists Network-ün həmtəsisçisi Zülfiyyə Mehdiyeva ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 118Dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları | Qanı Nəsirov
Azərbaycanın turizm bazarının böyüməsini şərtləndirən əsas amillər hansılardır? Ölkədə turizmin davamlı inkişafı üçün hansı strategiyalar qəbul edilib? Budəfəki videomuzda bələdçi Qanı Nəsirovla dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları haqqında danışmışıq.

S5 Ep 117Hekayələr, qəhrəmanlar və fotoqrafiya | Rəna Əffəndi
2001-ci ildən fotoqrafiya ilə məşğul olan Rəna Əffəndi müxtəlif nüfuzlu mükafatlar qalibidir. Çəkdiyi fotolarla insan hekayələrini paylaşdığını deyən fotoqrafın işləri dünyanın aparıcı nəşrlərində dərc edilir. Rəna xanımla müsahibəmizi kanalımızda izləyə bilərsiniz.

S5 Ep 116Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? | Pəri Osmanova
Məktəbəqədər təhsilin uşaqların inkişafında əhəmiyyəti nədən ibarətdir? Erkən yaş dönəmində uşaqların inkişafına nələr kömək edir? Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova ilə videomuzu izləyərək ətraflı öyrənə bilərsiniz.

S5 Ep 115Müasir teatr və tamaşaçı qavrayışı problemləri | Tərlan Rəsulov
Azərbaycan çağdaş teatrı hansı problemlərlə üzləşir? Teatrla bağlı tamaşaçı qavrayışı necə dəyişib? Keyfiyyətli iş ortaya çıxarmaq üçün nə etmək lazımdır? Teatr rejissoru Tərlan Rəsulovla videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 114Birləşmiş Dünya Kollecləri (UWC) | Cengiz Cemaloğlu
“UWC-nin 9 dəyəri var: multikulturalizm, açıq fikir, təbiətə olan hörmət, optimizm və idealism. UWC-nin məqsədi tələbələrimizin məzun olub yetkinlik yaşına çatdıqda bu 9 dəyər çərçivəsində öz həyatlarına və dünyaya təsir göstərməkləridir.” Birləşmiş Dünya Kollecləri (UWC) haqqında ətraflı məlumat almaq üçün UWC Azərbaycan Milli Komitəsinin həmtəsisçisi Cengiz Cemaloğlu ilə söhbətimizi izləyə bilərsiniz.

S5 Ep 113Qeyri-ənənəvi təhsilin universitetlərdə kredit kimi qiymətləndirilməsi | Məhin Cəbrayılova
“Credit for Prior Learning” sahib olduğumuz biliklərin kolleclər və universitetlər tərəfindən tələbə krediti kimi qəbul edilməsi deməkdir. Bu sistem tələbələrə və universitetlərə necə fayda verir? Sent-Luis Universitetinin doktorantı Məhin Cəbrayılova ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 112Azərbaycanda Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi | Tural Ağayev
Fərdi şikayətlər dedikdə nə nəzərdə tutulur? Azərbaycan Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsində vətəndaşlar hansı çətinliklərlə qarşılaşır? Bu problemləri necə həll etmək mümkündür? Hüquqşünas Tural Ağayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 111Video oyunların ilk baxışdan görünməyən faydaları | Ağababa Bağırov
Kompüter oyunları sosial həyatımıza necə təsir edir? Bu oyunlar sosial münasibətləri hansı üsullarla yaxşılaşdıra bilər? Azərbaycanda oyun sənayesinin inkişafı üçün nə edilməlidir? Oyun dizayneri və multidisiplinar sənətçi Ağababa Bağırovla videoumuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 110İnklüziv dilin qrammatikası | Elnarə Məmmədova
Nitqimizdə tez-tez işlətdiyimiz hansı ifadələr, əslində, diskriminativdir? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova ilə inklüziv dilin qrammatikası haqqında danışmışıq.

S5 Ep 109Cənubi Qafqaz və Vişeqrad ölkələrinin iqtisadi inkişaf müqayisəsi | Vüsal Əhmədov
SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz və Vişeqrad ölkələrində fərqli iqtisadi inkişafa hansı amillər səbəb oldu? Geosiyasi faktorlar bu regionların iqtisadi strategiyalarına necə təsir edir? İqtisad elmləri doktoru Vüsal Əhmədovla videomuzu izləyərək öyrənərək öyrənə bilərsiniz.

S5 Ep 108Demokratiyada siyasi azlıqların hüquqları | Kəklik Kərimli
Siyasi azlıqlar demokratik cəmiyyətlərdə hansı çətinliklərlə üzləşir? “Çoxluğun tiranlığı” anlayışı nədir və onun siyasi azlıqların hüquqlarına potensial təsiri nədən ibarətdir? Siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 107Gender Resurs Mərkəzi | Ayxan Osmanlı
Gender Resurs Mərkəzi iqtisadi, hüquqi, psixo-sosial və sağlamlıqla bağlı resursların LGBTQI+ və kuir icmalar üçün əlçatımlılığının artırılması məqsədilə 2020-ci ildə yaradılmış təşəbbüsdür. Həmtəsisçi Ayxan Osmanlı ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

S5 Ep 106İnklüziya, yoxsa mərhəmət? | Nailə Həsənzadə
“Əlilliyi olan uşaqların inkişafı, təhsildə davamiyyəti kiminsə mərhəmətinin ixtiyarına buraxılmamalıdır.” İnklüziya, yoxsa mərhəmət? Uşaq inkişafı üzrə mütəxəssis, Ritual Mobil Teatr Laboratoriyasında SİM uşaqlarla iş üzrə koordinator Nailə Həsənzadə ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 105Tövsiyə sistemləri və kontekst effektləri | Emil Mirzəyev
Tövsiyə sistemləri nədir və necə işləyir? Kontekst effektləri istehlakçı seçimlərinə necə təsir edir? Kontekst effektlərindən daha yaxşı agah olmaq üçün nə edə bilərik? Tədqiqatçı Emil Mirzəyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 104Polis əməkdaşların davranışı ilə bağlı hara və necə şikayət etməli? | Sübhan Əliyev
Polis əməkdaşlarının davranış qaydaları necə tənzimlənir? Vətəndaşlar hansı hallarda polis əməkdaşlarının davranışı ilə bağlı şikayət edə bilərlər? Azərbaycan qanunvericiliyində bununla bağlı nə deyilir? “Sirius” vəkil bürosunun müdiri, hüquq elmləri doktoru Sübhan Əliyevlə söhbətimizi izləyə bilərsiniz.

S5 Ep 103Birbaşa və nümayəndəli demokratiya | Pünhani Əsgərli
Birbaşa və nümayəndəli demokratiya bir-birindən nə ilə fərqlənir? Bu sistemlərdə vətəndaşların rolu nədən ibarətdir? Demokratik sistemlərin hansı çatışmaz xüsusiyyətləri var? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 102Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma | Lalə Mahmudova
Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma özündə nələri ehtiva edir? Gender tədqiqatlarına yatırımların artırılması nə üçün əhəmiyyətlidir? Gender əsaslı zorakılıqla mübarizənin uğurlu nümunələri hansılardır? Tədqiqatçı Lalə Mahmudova ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 101İmkanlara əsaslanan icma inkişafında icmanın resursları | Ağalar Ağalarlı
İmkanlara əsaslanan icma inkişafı nə deməkdir? Bu yanaşmanın əsas prinsipləri və istifadə üsulları hansılardır? Azərbaycanda bu yanaşmanın tətbiq imkanları hansı səviyyədədir? İcma səfərbərçisi Ağalar Ağalarlının mövzu haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

S5 Ep 100Ünvanlı sosial yardım sistemi necə işləyir? | Sübhan Həsənli
Ünvanlı sosial yardım proqramı kimlərə şamil edilir? Bu proqramın işləmə prinsipində hansı problemli məqamlar var? Bu problemləri həll etmək üçün hansı addımlar atılmalıdır? Hüquqşünas Sübhan Həsənli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 99Yaşıl maliyyə nədir? | Aqil Hüseynli
Yaşıl maliyyə nə deməkdir? Bu konsepsiya necə yaranıb? Yaşıl maliyyə ətraf mühitə təsir baxımından faydalı ola bilərmi? Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Maliyyə hüququ üzrə mütəxəssis Aqil Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 98Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? | Nisə Hacıyeva
Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? LGBT icmasının hüquq-mühafizə orqanlarında və məhkəmələrdə qarşılaşdığı çətinliklər hansılardır? Bununla necə mübarizə aparılmalıdır? Gender məsələləri üzrə ekspert Nisə Hacıyeva ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 97Diqqətimiz niyə ən dəyərli resursumuzdur? | Lalə Kişiyeva
Sosial mediada gündəlik qəbul etdiyimiz məlumatlar bizə necə təsir edir? Məlumat çoxluğundan və zərərli məzmunlardan yayınmaq üçün hansı addımları ata bilərik? Diqqətimiz niyə ən dəyərli resursumuzdur? Media mütəxəssisi Lalə Kişiyeva ilə müsahibəmizi izləyə bilərsiniz.

S5 Ep 96Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları | İbrahim Niftiyev
Sahə iqtisadiyyatı nədir və nə üçün əhəmiyyətlidir? Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları ilə bağlı vəziyyət necədir? Bu istiqamətdə keyfiyyətli araşdırmaların sayını çoxaltmaq üçün hansı addımlar atılmalıdır? İqtisadçı İbrahim Niftiyevlə videomuzu izləyə bilərsiniz.

S5 Ep 95Əlilliyi olan şəxslər - motivasiya nümunəsi və reallıq | Cəmilə Məmmədli
Media və dövlət qurumları əlilliyi olan şəxslərdən necə “motivasiya” nümunəsi kimi istifadə edir? Bu, gələcəkdə hansı mənfi nəticələrə səbəb ola bilər? Əlilliyi olan şəxslərin hüquqları fəalı Cəmilə Məmmədlinin təqdimatını izləyərək öyrənə bilərsiniz.

S5 Ep 94Atalıq məzuniyyəti haqda | Yuliya Əliyeva
Azərbaycan qanunvericiliyində valideynlər üçün hansı sosial müavinətlər nəzərdə tutulur? Valideynlik məzuniyyətindən kimlər istifadə edə bilər? Ataların yararlana biləcəyi məzuniyyət növü mövcuddurmu? Sosial elmlər üzrə mühazirəçi Yuliya Əliyeva ilə videomuzu izləyə bilərsiniz.

S5 Ep 93Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? | Aqil Abdullayev
Azərbaycanda çağdaş incəsənət sahəsinin inkişafı üçün hansı maliyyələşmə imkanları var? Qonşu və digər ölkələrdə bu praktika necə fərqlənir? Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? Çağdaş sənətçi Aqil Abdullayevlə müsahibəmizi izləyərək məlumat ala bilərsiniz.

S5 Ep 92Mənzil sualı - çıxarış, qeydiyyat və istidadə hüququ | Aysel Əhmədova
Mənzil alqısı zamanı çıxarış əldə etmək üçün hara müraciət etmək lazımdır? Çıxarışın əldə edilməsi ilə bağlı vətəndaşlar hansı problemlərlə üzləşirlər? Vəkil Aysel Əhmədova ilə bu mövzuda söhbət etmişik.

S5 Ep 91”Hədis” animasiya filmi | Nəzrin Ağamalıyeva
“Hədis” 2022-ci ildə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar zamanı öldürülmüş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunmuş animasiya filmidir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ilə danışmışıq.

S5 Ep 90UBUNTU Sosial İş Dərnəyi | Zamin Zəki
Ubuntu Sosial İş Dərnəyinin məqsədi cəmiyyətdə sosial işlə bağlı aydın təsəvvür yaratmaq, sosial işçilərin bacarıqlarını artırmaq və sosial iş icmasını mobilizə etməkdir. Dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat almaq üçün sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.