Əkinçi
802 episodes — Page 5 of 17

S6 Ep 42Korporativ iqlim addımları | Səriyyə Heydərova
Böyük korporasiyalar ekoloji problemlərin yaranmasında nə qədər rol oynayır? Greenwashing nə deməkdir? Korporasiyalar qarşısında hansı tələblər qoyulmalıdır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbrayt təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 41COP29 Azərbaycana və dünyaya nə verəcək? | Rövşən Abbasov
Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hansı məsələlər yer alır? Yaşıl maliyyə mexanizmi dedikdə nə nəzərdə tutulur? COP29 Azərbaycana və dünyaya nə verəcək? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla videomuzu izləyə bilərsiniz.

S6 Ep 40Azərbaycanda açıq ictimai məkanların təhlili | Əfsun Mehmani
İctimai məkanlar nə üçün əhəmiyyətlidir? Azərbaycandakı ictimai məkanların hansı çatışmazlıqları var? Açıq məkanlar qadınlar üçün nə qədər təhlükəsizdir? Bu məkanlar necə təşkil olunmalıdır? Memar və şəhərsalma üzrə mütəxəssis Əfsun Mehmani ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 39PİSA nəticələri Azərbaycan təhsili ilə bağlı nə deyir? | Fərid Mehralızadə
Beynəlxalq şagird qiymətləndirmə proqramı PİSA nəticələrində Azərbaycanla bağlı hansı məqamlar var? Pandemiya şagirdlərin akademik göstəricilərinə necə təsir edib? Şagirdlər sinif otağında özlərini nə qədər təhlükəsiz hiss edir? İqtisadçı Fərid Mehralızadə ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 38Riyaziyyat bizim nəyimizə lazımdır? | Afərin Əkbərli
Riyaziyyat icad yoxsa kəşfdir? Riyazi modelləşdirmə nə üçün əhəmiyyətlidir? Riyaziyyatı hər kəs öyrənə bilərmi? Riyaziyyatçı Afərin Əkbərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 37Beynəlxalq inkişaf və Dünya Bankının rolu | Zaur Rzayev
Beynəlxalq inkişaf özündə nələri ehtiva edir? Dünya Bankının missiyası nədir və hansı istiqamətlərdə fəaliyyət göstərir? Bu dəfə Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayevlə beynəlxalq inkişaf və Dünya Bankının rolu haqqında danışmışıq.

S6 Ep 36Bakının baş planı və idarəetmə | Dilqəm İsmayılov
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir? Növbəti videomuzda memar Dilqəm İsmayılovla Bakının baş planı və idarəetmə barəsində danışmışıq.

S6 Ep 35XXI əsrin Bakısında nə dəyişdi və nə dəyişməlidir? | Sean Barry
“Azərbaycan haqqında mətbuatda eşidirsinizsə, bu, keçmiş Sovet Respublikası, neft və qazla zəngin Azərbaycandır. Amma bu, ölkənin, onun xalqının, mədəniyyətinin üçölçülü mənzərəsi deyil.” 23 ildir Azərbaycanda yaşayan müəllim Sean Barry ilə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 34Əmək bazarı və təhsil dünyası arasında əməkdaşlıq | Nərmin Şahbazova
Ömür boyu öyrənmə konsepsiyası dedikdə nə nəzərdə tutulur? Milli kvalifikasiya çərçivəsinin əsas məqsədi nədir? Peşə standartları və kvalifikasiyaları necə hazırlanır? Kvalifikasiyaların hazırlanması üzrə ekspert Nərmin Şahbazova ilə videomuzu izləyə bilərsiniz.

S6 Ep 33İnnovativ sahibkarlıq | Asif İbrahimov
İnnovativ sahibkarlığın ənənəvi sahibkarlıqdan əsas fərqi nədədir? Data toplanması nə üçün sahibkarlar üçün önəmlidir? İnnovasiyalar sahibkarlığa necə kömək olur? Sahibkar Asif İbrahimovla videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 32Mənzil ehtiyacı və gəlir səviyyəsi | Rəşad Həsənov
Nə üçün daşınmaz əmlak qiymətləri əhali üçün əlçatan deyil? Daşınmaz əmlakın ənənəvi investisiya aləti olmasının əsas səbəbi nədir? Bakı ətrafı ərazilərdə mənzil sayının artırılması daşınmaz əmlak problemini həll edə bilərmi? İqtisadçı Rəşad Həsənovla bu haqda söhbətimizi dinləyə bilərsiniz.

S6 Ep 30Uşaq zorakılğının gizli növü - Zorakı tərbiyə | Aytəkin Hüseynli
Zorakı tərbiyə nədir və hansı növləri var? Zorakı tərbiyə uşaqların inkişafında hansı fəsadlara səbəb ola bilər? Valideynlər uşaq inkişafı ilə bağlı nələri bilməlidirlər? Elmlər doktoru və Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 30Sosial media asılılığından necə qurtulmaq olar? | Lalə Kişiyeva
Rəqəmsal asılılıq dedikdə nə nəzərdə tutulur? Bu asılılıqdan qurtulmaq üçün hansı addımları atmaq lazımdır? Media mütəxəssisi Lalə Kişiyeva ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

S6 Ep 29Məktəbəqədər təhsildə effektiv öyrənmə | İlahə Rəsulova
Məktəbəqədər yaş dövründəki uşaqların öyrənmə prosesinə hansı amillər təsir edir? Mükafatlandırmanın uşaqlar üzərində hansı müsbət və mənfi nəticələri ola bilər? Necə etmək olar ki, uşaqlar öyrənmə prosesindən zövq alsınlar? Tədqiqatçı İlahə Rəsulova ilə videomuz bu haqdadır.

S6 Ep 28Tələbənin bacarıq və istedadını reallaşdırması üçün nə çatmır? | Rüqayə Abbaslı
Tələbələrin özünü inkişafına nə mane olur? Valideynlər övladlarının ixtisas seçimlərinə necə təsir edir? Bakalavr təhsilində dəyişilməsi ən vacib məqamlar hansılardır? Magistr tələbəsi Rüqayə Abbaslı ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 27Doktorantura təhsili: Müraciətçi üçün bələdçi | Xətai Alıyev
Doktorantura təhsilinin üstünlükləri nələrdir? Kimlər doktorantura dərəcəsi ala bilər? Azərbaycanda doktorantura təhsilinin çatışmayan tərəfləri hansılardır? Doktorantura təhsilinə başlamaq istəyənlər nələri bilməlidir? İqtisadçı Xətai Alıyev bu suallara cavab verir.

S6 Ep 26"Cadenza" orkestrinin məktəblilərlə görüşləri | Şəfaqət Məmmədova
“Cadenza” orkestri məktəblilərin musiqi biliyini artırmaq və onları musiqiyə həvəsləndirmək məqsədilə məktəblərdə müxtəlif tədbirlər həyata keçirir. Bu videomuzda layihənin koordinatoru və musiqişünas Şəfaqət Məmmədova ilə orkestrin məktəblilərlə görüşləri haqqında danışmışıq.

S6 Ep 25Şəhər və kənd kontekstlərində uşaq meydançalarının təşkili | Səbinə Abbasova
Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir? Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.

S6 Ep 24Kino niyə müstəqil sənət növü sayılır - Kinonun ifadə dili | Elvin Cəbizadə
“Əgər bir sinefili incitmək istəyirsinizsə, ona deməyiniz kifayətdir ki, kino ədəbiyyatın davamıdır və ya vizualizasiyasıdır. O, mütləq bu hökmə qarşı çıxacaq.” Budəfəki videomuzda bloger və rejissor Elvin Cəbizadə ilə kinonun nə üçün müstəqil sənət növü sayılması haqda danışmışıq.

S6 Ep 23Oxu bacarığı, fikrin ifadəsi və tərcümələr | Qismət Rüstəmov

S6 Ep 22Bələdiyyələr - gözləntilər və reallıq | Ülviyyə Babayeva
Bələdiyyələr vətəndaşların gözləntilərini doğruldurmu? Bələdiyyələrdə effektiv idarəçiliyə mane olan nədir? Bələdiyyələr hansı problemlərin həllində əhəmiyyətli rol oynayır? Bərdə Qadın Klubunun təsisçisi Ülviyyə Babayeva ilə videomuzda bu haqda danışmışıq.

S6 Ep 21Sindromlu uşaqların diaqnostikası və valideyn təcrübəsi | Aysel Mirzoyeva
Erkən və düzgün diaqnostika sindromlu uşaqların inkişafına necə təsir göstərir? Valideynlər sindromlu uşaqlara diaqnoz qoyulması prosesində hansı çətinliklərlə üzləşirlər? Bloger Aysel Mirzoyeva ilə bu haqda danışmışıq.

S6 Ep 20Məşğulluqda və təhsildə gender məhdudiyyətlərinin aradan qaldırılması | Şəmsiyyə Mustafayeva

S6 Ep 19Azərbaycanda dövlət və özəl məktəblərinin fərqi | Nazlı Pəncəliyeva
Azərbaycandakı dövlət və özəl məktəblərində əsas fərqlər nələrdir? Özəl məktəblərin kurikulumları necə dizayn edilir? Dövlət məktəbləri özəl məktəblərdən hansı təcrübələri öyrənə bilər? Nazlı Pəncəliyeva ilə videomuzda bu haqda danışılır.

S6 Ep 18Sosial şəbəkələr və siyasət | Nəcmin Kamilsoy
Sosial şəbəkələrdən istifadə ilə siyasi fəallıq arasında hansı əlaqə var? Bu əlaqə demokratik və qeyri-demokratik ölkələrdə necə fərqlənir? Sosial şəbəkələr siyasi fəallar üçün hansı təhlükələri yarada bilir? Bu barədə tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 17İqtisadiyyat və sosial elmlərin tədrisi səmərəli təşkil olunurmu? | İbrahim Niftiyev
Sosial elmlərin tədrisini effektiv şəkildə təşkil etmək üçün nə etməli? Niyə iqtisadiyyat və sosial elmlər Azərbaycan üçün əhəmiyyətlidir? İxtisaslı kadr probleminin həlli ilə bağlı universitet və tələbələrdən nə gözlənilir? İqtisadçı İbrahim Niftiyevlə videomuzda bu haqda danışılır.

S6 Ep 16Dövlət telefon danışıqlarımızı necə dinləyir? | Səyyad Yusifli
Dövlət tərəfindən telefon danışıqlarımızın dinlənilməsi hüquqidirmi? Hansı növ cinayətlər araşdırılan zaman telefon danışıqları dinlənilir? Bununla bağlı qanunvericilikdə hansı problematik məqamlar mövcuddur? Bu barədə hüquqşünas Səyyad Yusifli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

S6 Ep 15İqlim dəyişikliyinə inklüziv adaptasiya | Xalisə Şahverdi
İqlim dəyişikliyi müxtəlif əhali qruplarına necə təsir edir? İqlim dəyişikliyinə adaptasiya prosesində gender həssas və inklüziv yanaşma nə üçün önəmlidir? Adaptasiya prosesinə haradan başlamaq lazımdır? Gender və inkişaf üzrə ekspert Xalisə Şahverdi ilə bu haqda danışmışıq.

S6 Ep 14Ölkədə hazırlanan strateji yol xəritələrində nə çatışmır? | Sübhan Həsənli
Ölkədə qəbul olunan dövlət proqramları və strateji yol xəritələri ilə bağlı hansı problemli məqamlar mövcuddur? Bu proqramların qəbulunda ictimaiyyətin rəyi nə dərəcədə nəzərə alınır? Hüquqşünas Sübhan Həsənli ilə strateji yol xəritələrindəki çatışmazlıqlar haqqında danışmışıq.

S6 Ep 13Boşanma zamanı yaşanılan çətinliklər | Kama Əhməd
Boşanma zamanı ailələr hansı çətinliklərlə üzləşirlər? Bu prosesdə hər iki tərəfin daha az zərər görməyi üçün nələrə diqqət yetirmək lazımdır? Uşaq mərkəzli boşanma dedikdə nə nəzərdə tutulur? Boşanma kouçu Kama Əhmədlə bu haqda danışmışıq.

S6 Ep 12Vergilərlə bağlı dəyişikliklər sahibkarlara necə təsir edəcək? | Nahid Tağıyev
2024-cü ildən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinə necə təsir edəcək? Bu dəyişiklik zərurəti haradan yaranıb? Bu dəyişikliklərin ən çox təsir etdiyi qruplar hansılardır? Vergi üzrə mütəxəssis Nahid Tağıyevlə bu haqda danışmışıq.

S6 Ep 11Ətraf mühit məsələrində iştirakçılıq hüququ | Kənan Qayıbov
Ekoloji iştirakçılıq nə deməkdir? Ətraf mühit məsələləri ilə bağlı məlumatların paylaşılmasında dövlətin hansı öhdəlikləri var? Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində vətəndaşların iştirakçılıq hüququ təmin edilirmi? Hüquqşünas Kənan Qayıbovla müsahibəmizdə bu haqda danışmışıq.

S6 Ep 10Coğrafi İnformasiya Sistemləri (GIS) nədir? | Nəzrin Qocayeva
Coğrafi İnformasiya Sistemləri (GIS) nədir və tətbiq sahələri hansılardır? Azərbaycanda və digər ölkələrdə GIS-dən necə istifadə edilir? GIS təhlilçisi Nəzrin Qocayeva ilə videomuzu izləyərək məlumat əldə edə bilərsiniz.

S6 Ep 9Film sənayesini əhəmiyyətli edən nədir? | Hacı Səfərov
Film sənayesinin inkişafı ölkələrə nə qazandıra bilər? Mədəniyyətin bir hissəsi kimi filmlər hansı əhəmiyyətə malikdir? Azərbaycanda film sənayesini dayanıqlı etmək üçün nə lazımdır? Kinotənqidçi Hacı Səfərovla bu haqda danışmışıq.

S6 Ep 8Ev sahibi olmaq nə üçün vacibdir? | Mərmər-Gülçin Cəfərli
Ev sahibi olmaq niyə əhəmiyyətlidir? Daşınmaz əmlaka çatımlılıq dedikdə nə başa düşülür? Daşınmaz əmlaka çatımlılığı tənzimləmək üçün ölkələr nə edir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? Daşınmaz əmlak üzrə mütəxəssis Mərmər-Gülçin Cəfərli bizə bu haqda danışıb.

S6 Ep 7Tarixi-memarlıq abidələrinin bərpası və qorunması | Abdul Hüseynov
Bərpa, konservasiya və yenidənqurma işləri bir-birindən nə ilə fərqlənir? Tarixi tikililərin bərpası zamanı hansı vacib məqamlar nəzərə alınmalıdır? Nə üçün tarixi abidələri təmir etmək düzgün deyil? Memar Abdul Hüseynov bizə bu barədə danışıb.

S6 Ep 6Miqrantlar və qaçqınlar üçün inteqrasiya xidmətləri | Lamiyə Rzayeva-Əhmədli
Miqrasiya nə üçün əhəmiyyətli mövzudur? Azərbaycana gələn miqrantlar hansı problemlərlə üzləşirlər? Ölkədə miqrantlar və qaçqınlar üçün hansı inteqrasiya xidmətləri mövcuddur? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə müsahibəmizi izləyə bilərsiniz.

S6 Ep 5Sağlam iş mühitini necə yaradaq? | Vüqar Heydərov
Sağlam iş mühiti yaratmaq üçün işəgötürənlər nə etməlidirlər? İkitərəfli açıq ünsiyyət nə üçün əhəmiyyətlidir? İnsanlar iş yeri seçimlərində hansı faktorlara diqqət yetirməlidirlər? İnsan resursları üzrə mütəxəssis Vüqar Heydərovla müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 4Bakıya velosiped yolları lazımdırmı? | Anar Əliyev
Velosiped yolları nəqliyyatla bağlı hansı problemlərin həllinə kömək edir? Bununla şəxsi avtomobillərdən istifadənin azalmasına nail olmaq mümkündürmü? Ölkədə piyadalar üçün vəziyyət nə yerdədir? “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyevlə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 3Uşaq rifahı nədir və nəyə lazımdır? | Aytəkin Hüseynli
Uşaq rifahı nədir və nəyə lazımdır? Uşaqların inkişafına xüsusi diqqət ayrılması nə üçün vacibdir? Azərbaycanda bu sahədə vəziyyət necədir? Elmlər doktoru, Sent-Luis Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə müsahibəmizi dinləyərək öyrənə bilərsiniz.

S6 Ep 2Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti nədən ibarətdir? | İlahə Hüseynova
Beynəlxalq Qızıl Xaç Komitəsi özündə hansı fəaliyyət istiqamətlərini ehtiva edir? Münaqişələr zamanı neytral mövqeni qoruyub saxlamaq nə üçün vacibdir? Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə müsahibəmizi dinləyə bilərsiniz.

S6 Ep 1Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? | Rövşən Abbasov
Xəzər dənizinin sahillərini paylaşan dövlətlər ondan necə yararlanır? Xəzərin üzləşdiyi ekoloji problemləri necə aradan qaldırmaq olar? Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi dinləyə bilərsiniz.

S5 Ep 148Biomüxtəlifliyin mühafizəsi və nəsil tükənmə prosesi | Zülfü Fərəcli

S5 Ep 147İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi | Fuad Şahbazov

S5 Ep 146Kiberzorakılıq nədir? | Ayşə Abdel Qadir
Kiberzorakılıq nədir və o hansı fəsadlara yola aça bilər? Azərbaycan qanunvericiliyində bununla bağlı hansı boşluqlar var? Kiberzorakılığa məruz qaldıqda nə etmək lazımdır? Vəkil Ayşə Abdel Qadirlə videomuzu izləyə bilərsiniz.

S5 Ep 145Film istehsalı və senzura | Hacı Səfərov
Azərbaycanda yaradıcı təbəqə senzura ilə bağlı hansı çətinliklərlə üzləşir? Hökumət siyasəti ölkədəki film istehsalına necə təsir edir? Film sənayesinin inkişafı üçün atılmalı olan ilk addımlar hansılardır? Kinotənqidçi Hacı Səfərovla videomuzu izləyərək öyrənə bilərsiniz.

S5 Ep 144Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva
Təhsil məsləhətçisi Əminət Diqanayeva ilə vətəndaşların formalaşmasında müəllimlərin rolu haqda söhbət etmişik.

S5 Ep 143Qanun qida təhlükəsizliyimizi necə qoruyur? | Rəşad Qasımlı
Hüquqşünas Rəşad Qasımlı qida təhlükəsizliyi mövzusunda qanunvericiliyin rolu haqda danışır.

S5 Ep 142Həmidə xanımın xatirələri | Rəhman Bədəlov
Həmidə Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri olaraq xeyriyyəçi və tərcüməçi olaraq fəaliyyət göstərib, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Bu dəfəki videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla Həmidə xanımın xatirələri haqqında danışmışıq.
