PLAY PODCASTS
Əkinçi

Əkinçi

786 episodes — Page 14 of 16

S3 Ep 12Azərbaycanda struktur islahatları | Fərid Mehralızadə

Ölkədə aparılan islahatlar uğurla nəticələnirmi? Ümumiyyətlə, bu islahatların nəticələrini necə ölçmək lazımdır? İqtisadçı Fərid Mehralızadə ilə Azərbaycanda struktur islahatlarından danışmışıq.

Jan 7, 20227 min

S3 Ep 11Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi əngəllər | Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquqşünas Akif Qurbanov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olan problemlər haqqında danışır.

Jan 7, 202224 min

S3 Ep 10Foto - dünyanın ən qüvvətli və ən universal dili | Rza Diqqəti

Qonağımız fotoları ilə çoxlarının sevgisini qazanmış Rza Diqqətidir. Onunla söhbətimiz bir az uzun, amma çox maraqlı alındı.

Jan 7, 202242 min

S3 Ep 9Azərbaycanda sosial iş təhsili | Sənubər Heydərova

Sənubər Heydərova Azərbaycanda sosial iş təhsili ilə bağlı mövcud olan problemlərdən danışdıq.

Jan 7, 202222 min

S3 Ep 8Texnologiya və miflər | Fərid Pərdəşünas

2020-ci il texnologiya ilə bağlı miflərin həmişəkindən daha çox olduğu illərdən biri kimi yadda qaldı. Texnobloqer Fərid Pərdəşünas ilə xüsusilə pandemiya dövründə ortaya çıxan çoxsaylı miflər haqqında danışmışıq.

Jan 7, 20228 min

S3 Ep 7Qlobal pandemiya dövrü enerji bazarı | Rauf Məmmədov

Yaxın Şərq İnstitutunun enerji məsələləri üzrə tədqiqatçısı Rauf Məmmədovla 2020-ci ildə qlobal pandemiya fonunda enerji bazarının vəziyyəti haqda danışdıq.

Jan 7, 202212 min

S3 Ep 6Konseptual rus sənət nümunələri | Nərgiz Məmmədli

Tədqiqatçı şənətsünas Nərgiz Məmmədli ilə konseptual rus sənət nümunələri haqqında danışmışıq.

Jan 7, 202218 min

S3 Ep 5ÖzünYarat nədir? | Cəsur Həsənov

“ÖzünYarat” layihəsinin qurucularından Cəsur Həsənov “Upcycling” və “Do it yourself” konsepsiyalarınıı istifadə edərək, köhnə əşyalar və materiallardan yeni əşyalar hazırlamağın həm özümüz, həm də ətraf mühit üçün olan faydalarından danışır.

Jan 7, 202215 min

S3 Ep 4Şəhərlər və kreativ təbəqə | Anar Vəliyev

ADA universitetinin dekanı Anar Vəliyev kreativ təbəqənin şəhərlərdə məskunlaşması və fəaliyyət göstərməsi üçün lazım olan şərtlərdən danışır.

Jan 7, 202222 min

S3 Ep 3Tək fərdin böyük dəyişikliyə nail olması mümkündürmü? | Altay Göyüşov

Tarixçi Altay Göyuşov cəmiyyətdə dəyişiklərin baş verməsində fərdin gücü haqda danışır. QEYD: Texniki nasazlığa görə video çəkiliş zamanı səslə bağlı problem yaranıb. Buna görə izləyicilərimizdən üzr istəyirik.

Jan 7, 202215 min

S3 Ep 2Niyə bütün qadınlar feminist olmur? | Nisə Hacıyeva

Feminist Nisə Hacıyeva feminizmlə bağlı olan miflərdən və anti-feminist hərəkatlarından danışır.

Jan 7, 202214 min

S3 Ep 1Xoşbəxt məktəbi necə qurmalı? | Həbib Əlizadə

Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə “xoşbəxt məktəb” ideasından və daha yaxşı cəmiyyət yaratmaq üçün təhsilin əhəmiyyətindən danışır.

Jan 7, 202219 min

S2 Ep 77İstanbul Konvensiyası nədir? | Emin Abbasov

Bu dəfəki videomuzda hüquqşünas Emin Abbasov İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizədəki rolundan danışıb və konvensiyada qeyd olunan əsas istiqamətlər üzrə məlumat verib.

Jan 7, 202220 min

S2 Ep 76Uşaqlarla sosial teatr: kukla və konstyumların əhəmiyyəti | Aynur Zərrintac

Qonağımız sosial teatr təlimçisi Aynur Zərrintacdır. Aynurla kuklaların və teatr kostyumlarının uşaqların təxəyyül və yaradıcılıqlarının inkişafındakı əhəmiyyətli rolundan danışmışıq.

Jan 7, 202218 min

S2 Ep 75Ermənilər ilə birgə yaşayış necə olacaq? | Əvəz Həsənov

Konfliktoloq Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında duran ən vacib məsələlərdən biri ermənilərə qarşı indiyədək mövcud olan düşmənçilik ritorikasının dəyişdirilməsidir. Onun sözlərinə görə, bu həm regionda stabillik yaratmaq, həm də gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün vacibdir.

Jan 7, 202221 min

S2 Ep 74İşğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul lazımdır? | Toğrul Vəliyev

“İşğaldan azad olunmuş torpaqların bərpası üçün yalnız minaların təmizlənməsinə 630 milyon manat lazım olacaq” - İqtisadçı Toğrul Vəliyevlə işğaldan azad olunmuş ərazilərin bərpası haqqında danışmışıq.

Jan 7, 20226 min

S2 Ep 73Dağlıq Qarabağın müstəqilliyi tanına bilərmi? | Ayaz Rzayev

Dağlıq Qarabağ münaqişəsi haqqında gedən müzakirələrdə tez-tez eşitdiyimiz sözlərdən biri xalqların öz müqəddəratını təyin etmə hüququdur. Tədqiqatçı Ayaz Rzayev bu hüququn mahiyyətini və Dağlıq Qarabağ münaqişəsindəki aktuallığını izah edir.

Jan 7, 202216 min

S2 Ep 72Baydenin prezident seçilməsinin ABŞ-Türkiyə münasibətlərinə təsiri | Şahin Cəfərli

Co Baydenin prezident seçilməsi ilə ABŞ-Türkiyə münasibətlərinin xarakterində bir sıra dəyişiklər gözlənilir. Siyasi şərhçi Şahin Cəfərli iki ölkə arasındakı münasibətlərin gələcəyi haqqında öz proqnozlarını bölüşür.

Jan 7, 202211 min

S2 Ep 71Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri | Fuad Çıraqov

Bu yaxınlarda ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsində tezliklə Bayden administrasiyası Tramp administrasiyasını əvəzləyəcək. Bəs bu dəyişiklik Azərbaycan üçün nələri vəd edir? Politoloq Fuad Çırağovla müsahibəmizi izləyin.

Jan 7, 202215 min

S2 Ep 70Müharibə faciəsi və ölməyən ümid | Aynur Cəfər

Ağdamdan məcburi köçkün olmuş Aynur Cəfər Qarabağ xatirələrini və məcburi köçkün kimi yaşadıqlarını bizimlə paylaşır.

Jan 7, 202234 min

S2 Ep 69Müharibə jurnalistikası | Seymur Kazımov

Jurnalist Seymur Kazımov müharibə mövzusunu işləyən jurnalistlərin diqqət göstərməli olduğu əsas məqamlardan danışır.

Jan 7, 202212 min

S2 Ep 68Hərbçilərin post-müharibə dövründə psixoloji vəziyyəti | Rövşən Süleymanov

Klinik-psixoloq Rövşən Süleymanov ilə müharibə iştirakçılarının müharibədən sonrakı psixoloji vəziyyəti və post-travmatik stress pozuntusundan əziyyət çəkən veteranlara kömək üçün edilməsi vacib olan işlərdən danışmışıq.

Jan 7, 202217 min

S2 Ep 67Müharibə fotoqrafçılığı | Əziz Kərimov

Əziz Kərimov Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə zamanı fotoqraf kimi mülki əhalinin ən çox zərər çəkdiyi ərazilərdə çalışırdı. Onunla bu müddət ərzində gördüklərindən və müharibə fotoqrafçılığından danışmışıq.

Jan 7, 202218 min

S2 Ep 66Media necə güvən qazanır? | Vüsalə Əlibəyli

Jurnalist Vüsalə Əlibəyli son həftələr beynəlxalq media ilə bağlı olan narazılıqlardan, bu narazılıqların yaranma səbəblərindən və bütün bunların çərçivəsində jurnalistikanın təməl prinsiplərinin işləmə mexanizmindən danışır.

Jan 7, 202219 min

S2 Ep 65Beynəlxalq cinayət məhkəmələri | Ellada Abbasova

Hüquqşünas Ellada Abbasova ilə Beynəlxalq cinayət məhkəmələri haqqında danışmışıq. Ellada Beynəlxalq Ruanda Tribunalında təcrübə keçib və hal-hazırda Bakı Dövlət Universitetində bu sahəni tədris edir.

Jan 7, 202216 min

S2 Ep 64Mülki əhalini müharibənin təsirlərindən necə qorumalı? | İlahə Hüseynova

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Cenevrə konvensiyalarının mahiyyəti haqqında danışır.

Jan 7, 202217 min

S2 Ep 63Könüllülüyün fərdi və ictimai faydaları | Xəyal Sadiq

Baku Street Dog Rescue qrupunun könüllüsü Xəyal Sadiqlə könüllülük fəaliyyətinin həm fərdlərin özü üçün, həm də cəmiyyət üçün faydalarından söhbət etmişik.

Jan 7, 202215 min

S2 Ep 62Millət necə formalaşır? | Altay Göyüşov

Tarixçi Altay Göyüşov 19-cu əsrdə Azərbaycanda başlayan maarifçilik hərəkatı və onun nəticələrini təsvir edir.

Jan 7, 202227 min

S2 Ep 61Dezinformasiya: Fəsadları və mübarizə yolları | Rəşad Hüseynov

İctimaiyyətlə əlaqələr və media üzrə mütəxəssis Rəşad Hüseynovla dezinformasiyaların yaranma səbəbləri, onların törətdikləri fəsadlardan və buna qarşı necə mübarizə aparmalı olduğumuz haqqında danışdıq.

Jan 7, 202220 min

S2 Ep 60Dövlət mədəniyyətə müdaxilə etməlidirmi? | İlkin Hüseynli

Tədqiqatçı İlkin Hüseynli dövlətin mədəniyyətə müdaxilə etməməli olduğu fikrini müdafiə edir və vurğulayır ki, dövlət müəyyən sənət sahələrinə müdaxilə edib digərlərinə etməməklə haqsız bir rəqabət yaradır.

Jan 7, 202213 min

S2 Ep 59Fəlsəfədə ruh və bədən dualizmi | Anar Cəfərov

Əkinçinin növbəti qonağı Heydelberq Universitetinin məzunu, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Cəfərovdur. Qonağımız fəlfəsədə geniş müzakirə edilən mövzulardan biri olan ruh və bədən dualizmi cərəyanı haqqında danışdı.

Jan 7, 202221 min

S2 Ep 57Azərbaycan filmlərinin festival yollarında əngəlləri | Elvin Cəbizadə

Bloger Elvin Cəbizadə ilə Azərbaycanda kino sahəsində olan problemlər, son zamanlar xarici festivallarda uğur qazanan müstəqil Azərbaycan filmləri və dövlət dəstəkli filmlərin uğursuz olmasının əsas səbəbləri barəsində danışdıq.

Jan 7, 202220 min

S2 Ep 58Submədəniyyətlər: Qərb və Azərbaycan | Səid Riad

Tədqiqatçı Səid Riad ilə submədəniyyətlərin tarixi, Qərbdə və Azərbaycanda submədəniyyətlərin yaranma xüsusiyyətləri arasındakı fərqlər və Azərbaycanda submədəniyyətlərin formalaşmasını gecikdirən problemlər haqqında danışdıq.

Jan 7, 202218 min

S2 Ep 56Azərbaycanda su stressi | Şahanə Bilalova

Tədqiqatçı Şəhanə Bilalova ilə Kür çayının aşağı axarının quruması və su resurslarının azalması problemlərinin səbəbləri və gələcəkdə baş verə biləcək ağır fəsadlardan danışdıq.

Jan 7, 202212 min

S2 Ep 55Ali təhsili necə maliyyələşdirməli? | Fərid Mehralızadə

İqtisadçı Fərid Mehralızadə bilik iqtisadiyyatının formalaşması üçün ali təhsil müəssisələrində edilməli olan dəyişikliklərdən, dayanıqlı iqtisadi inkişaf üçün vacib olan yeni trendlərdən və ali təhsil müəssisələrinin maliyyələşdirilməsi məsələlərindən danışır.

Jan 7, 20229 min

S2 Ep 54Dövlət əmlakının özəlləşdirilməsi | Azər Mehtiyev

İqtisadçı Azər Mehtiyev özəlləşdirmənin məqsədləri və özəlləşdirmənin Azərbaycanda necə keçirildiyi haqda danışır.

Jan 7, 202216 min

S2 Ep 53İşsizlik və həyat məmnunluğu | Xətai Alıyev

İqtisadçı Xətai Alıyev işsizliyin sosial təsirləri haqda apardığı araşdırmanın nəticələri haqda danışır.

Jan 7, 20227 min

S2 Ep 52Riyaziyyat və düşüncə tərzi | Bəxtiyar Neyman

Kaliforniyaya səfərimiz zamanı Google şirkətində proqramçı-mühəndis vəzifəsində çalışan Bəxtiyar Neyman ilə söhbət etdik. ODTU və San Dieqo Kaliforniya Universitetinin məzunu olan Bəxtiyar insanların riyaziyyat biliklərinin onların düşüncə tərzinə təsirləri haqda danışdı.

Jan 7, 20224 min

S2 Ep 51Nəyi necə geyindiyimizin ətraf mühitə təsiri varmı? | Renara Şəmsiyeva

Dizayner Renara Şəmsiyeva daha öncə istifadə edilmiş və qalıq parçalardan yeni paltarlar hazırlayaraq onlar ikinci həyat bəxş edir.

Jan 7, 202216 min

S2 Ep 50Texnologiya sektorunda qadınlar | Ulduz Azər

Silikon Vadisində 10 ildən artıq iş təcrübəsi olan Ulduz Azər bizimlə söhbətində qadınların texnologiya şirkətində çalışması zamanı yaranan çətinliklər, şirkətlərin daxili mədəniyyəti haqda danışdı. Ulduz bakalavr təhsilini Kaliforniya ştatında yerləşən Berkli Universitetində alıb. Daha sonra İstanbulda yerləşən Sabançı Universitetində maliyyə ixtisasi üzrə magistr dərəcəsinə yiyələnib. O, Oracle və Twitter kimi texnologiya nəhənglərində maliyyə təhlilçisi vəzifəsində çalışdıqdan sonra, istiqamətini dəyişərək, yeni yaranmaqda olan əmək qüvvəsinin planlaşdırılması sahəsinə keçib.

Jan 7, 202215 min

S2 Ep 49Qərarların qəbulunda datanın rolu | Adnan Hacızadə

Hal-hazırda Sietl şəhərində yaşayan və üç ildən artıqdır ki, ictimai sektorda konsaltinq sahəsində çalışan Adnan Hacızadə qərarvermə prosesində məlumatların düzgün istifadəsi haqda danışır.

Jan 7, 202217 min

S2 Ep 48Televiziyanın manipulyasiya imkanları və ona qarşı mübarizə üsulları | Seymur Kazımov

Media eksperti Seymur Kazımov kütləvi informasiya vasitələ ictimai fikrin manipulyasiya edilməsi imkanları və buna qarşı mübarizə üsulları haqda danışır.

Jan 7, 202215 min

S2 Ep 47Konspirasiya nəzəriyyələri necə yaranır? | Skot Radnits

ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin beynəlxalq araşdırmalar məktəbinin dosenti Skot Radnits uzun illərdir ki post-sovet məkanında konspirasiya nəzəriyyələri haqda tədqiqat aparır. Bizimlə söhbətdə Skot konspirasiya nəzəriyyələrinin mənşəyi və onlarla mübarizə yolları haqda danışdı.

Jan 7, 202214 min

S2 Ep 46Narazılığın səfərbərliyə təsiri | Ramin Cabbarlı

ABŞ-ın Sietl şəhərində Vaşinqton Universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı narazılıqların və repressiyaların siyasi səfərbərliyə təsiri haqda tədqiqatı haqda danışır.

Jan 7, 202211 min

S2 Ep 45COVID-19: Vaksinlər və son durum | Murad Məmmədov

Bir neçə ay öncə ABŞ-da tədqiqat aparan immunoloq Murad Məmmədovla koronavirus pandemiyası haqda söhbət etmişdik. Keçən həftə Muradla görüşərək, COVID-19 xəstəliyi ilə bağlı son vəziyyəti və vaksinlər haqda ümidlər barəsində ətraflı danışmaq imkanımız oldu. Murad 10 yaşında ailəsi ilə bərabər ABŞ-a köçüb. Tibb təhsilini Corctaun Universitetində aldıqdan sonra Stenford Universitetində immunologiya üzrə doktorantura proqramını başa vurub. O hal-hazırda San-Fransiskoda yerləşən Kaliforniya Universitetinin Xərçəng Tədqiqatları İnstitutunda immuno-onkologiya sahəsi üzrə tədqiqatçıdır.

Jan 7, 202217 min

S2 Ep 44Tədris prosesində oyunların rolu | Aygün Pəncəliyeva

Aygün Pəncəliyeva müəllimdir. On ildən çoxdur ki, orta siniflərə fransız dili dərsi deyir. Onun sözlərinə görə, dərslərin səmərəli keçməsi və dərsin müxtəlif elementlərini daha yaxşı qavranmasında oyunlar çox əhəmiyyətli rol oynayır.

Jan 7, 202214 min

S2 Ep 43Yerli televiziyanın problemləri | Hüsniyə Məhərrəmova

Əkinçinin növbəti qonağı tanınmış televiziya aparıcısı Hüsniyə Məhərrəmova yerli televiziyaların mövcud problemləri haqda danışır.

Jan 7, 202216 min

S2 Ep 42Qadınların siyasi iştirakçılığı | Nurlana Cəlil

Gender məsələləri üzrə tədqiqatçı Nurlana Cəlil qadınların siyasi iştirakçılığının əhəmiyyəti və buna nail olmaq üçün nəyin edilməli olduğu haqda danışır.

Jan 7, 202213 min

S2 Ep 41Banklara inamı necə bərpa etməli? | Toğrul Vəliyev

Bu ilin əvvəli Azərbaycanda bir neçə bankın bağlanması ölkədə inamla bağlı ciddi problemi olan bank sistemini daha da çətin vəziyyətə saldığını bildirən iqtisadçı Toğrul Vəliyev, bu inamın bərpası üçün həyata keçiriləcək işlər haqda danışır.

Jan 7, 202210 min

S2 Ep 40Sosial mövzuların teatr vasitəsilə tədrisi | Aynur Zərrintac

Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac sosial mövzuların tədrisində teatrın verdiyi imkanlardan danışır.

Jan 7, 202216 min