PLAY PODCASTS
Əkinçi

Əkinçi

816 episodes — Page 16 of 17

S2 Ep 19Gender bərabərliyi güc/nüfuz məsələsidir | Şəmsiyyə Mustafayeva

Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva dünyadakı sosial, iqtisadi və siyasi quruluşun kişilər tərəfindən kişilər üçün yaradıldığını və qadınların bu dünyaya sanki sonradan əlavə olunduğunu bildirir.

Jan 7, 202214 min

S2 Ep 18Rəqəmsal Zəka nədir? | Rəşad Əliyev

İntellektual Zəka (IQ) və Emosional Zəka (EQ) ilə yanaşı indi həm də Rəqəmsal Zəka (DQ) insanların cəmiyyətdə və iqtisadi həyatda iştirakında mühüm rol oynamağa doğru gedir. 20 ildən çox İKT mütəxəssisi kimi çalışan Rəşad Əliyev bu anlayış və onun müasir dünyamızda əhəmiyyəti barəsində danışır.

Jan 7, 202222 min

S2 Ep 17”ArtGarden Gəncə” layihəsi | Murad Nəbiyev

Azərbaycanın bölgələrində yaradıcı gənclərin özlərini reallaşdırması üçün ehtiyac duyduğu alternativ məkanları necə yaratmaq olar? Gəncədə fəaliyyət göstərən Art Garden Ganja layihəsinin rəhbəri Murad Nəbiyev bu barədə öz təcrübəsini Əkinçi ilə bölüşür.

Jan 7, 202216 min

S2 Ep 16Gizlədilən insanlar və həssas təbəqə | Sənubər Heydərova

Azərbaycanda sosial iş son 15 ildə öz yerində sayır, yüksək gözləntilərə baxmayaraq sosial iş praktikası başladığı nöqtədən çox da irəli addım atmayıb. Bu mövzuda sosial işçi Sənubər Heydərova ilə söhbət etdik.

Jan 7, 202245 min

S2 Ep 15”Zərdabi və Əkinçi qəzeti bizim hər şeyimizdir” | Rəhman Bədəlov

Filosof və mədəniyyətşünas Rəhman Bədəlov hesab edir ki, Zərdabi və Əkinçi qəzeti Azərbaycan mədəniyyətində qeyri-adi hadisədir.

Jan 7, 202217 min

S2 Ep 14Blogerin sosial məsuliyyəti olmalıdırmı? | Vəfa Əli

Vəfa Əli bizimlə özünün blogerlik təcrübəsini və bu barədə düşüncələrin bölüşür, eyni zamanda yeni başlayan blogerlərə öz tövsiyələrini verir.

Jan 7, 202217 min

S2 Ep 13İqtisadiyyat: Dövlət-bazar tandemi | Azər Mehtiyev

Dövlət və bazar qarşı-qarşıya qoyulmalıdır, yoxsa onlar tandem şəklində hərəkət etməlidir? İqtisadçı Azər Mehtiyev hesab edir ki, iqtisadi inkişaf üçün həm dövlət, həm də bazar vacibdir və onlar bir-birini balanslaşdırmalıdır.

Jan 7, 202243 min

S2 Ep 12Universitetdə dərs demək mənə nə verdi? | Zümrüd Cəlilova

Xaricdə təhsil alıb ölkəyə geri qayıdan gənclərin öz bilik və bacarıqlarını azərbaycanlı tələbələrlə bölüşməsi, universitet auditoriyalarına müəllim kimi daxil olması nə üçün vacibdir? Gender məsələləri üzrə mütəxəssis, müəllim Zümrüd Cəlilova bu suala ətraflı cavab verməklə yanaşı, həm də öz müəllimlik təcrübəsi haqda ətraflı söhbət açır.

Jan 7, 202215 min

S2 Ep 11Psixi və cinsi sağlamlıqla bağlı cəmiyyətdəki stiqmalar | Şəbnəm Sadıqova

Qapalı cəmiyyətlərdə psixi və cinsi sağlamlıq problemləri ilə üzləşən insanlar mütəxəssis axtaran zaman çətinliklərlə üzləşirlər, çünki cəmiyyətdə bu məsələlərlə bağlı ciddi stiqmalar var. Psixoterapevt Şəbnəm Sadıqova bu stiqmaların təhlükəli nəticələri haqda danışır.

Jan 7, 20229 min

S2 Ep 10Bir kəndin misalında sosial sahibkarlıq nümunəsi | Vəfa Nağı

Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, sosial aktivist Vəfa Nağı hesab edir ki, depressiv əhval-ruhiyyəli kənd yerlərində böyük dəyişikliklər üçün kiçik büdcəli və kiçik miqyaslı layihələr də bəzən yetərli olur.

Jan 7, 202216 min

S2 Ep 9İctimai-siyasi mövzulara toxunan filmlərin sayı nə üçün artır? | Hacı Səfərov

Son zamanlar bədii filmlərdə ictimai-siyasi mövzuların artması nə ilə bağlıdır? 2015-ci ildən başlayaraq Oskar mükafatlarının təqdim olunmasında həyata keçirilən dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Tarantino və Skorseze kimi rejissorlar üçüncü dünya ölkələrinin rejissorlarından nələri öyrənir? Kinotənqidçi Hacı Səfərov bu mövzuda fikirlərini bizimlə paylaşdı.

Jan 7, 202217 min

S2 Ep 8Koronavirus haqda bilməli olduqlarımız | Vasif Əliyev

Son günlər ərzində dünyanın diqqəti Çində baş qaldıran yeni koronavirus epidemiyasına yönəlib. Bu mövzu haqda həkim-infeksionist Vasif Əliyevlə söhbət etdik.

Jan 7, 202215 min

S2 Ep 7Maskulinlik və ənənələr | Nisə Hacıyeva

Əkinçi bu dəfə feminist fəal Nisə Hacıyeva ilə Azərbaycanda feminizm və qadın fəallığı, qadın və kişi münasibətləri, ənənə və müasirlik barəsində söhbət apardı.

Jan 7, 20221h 2m

S2 Ep 6Narkotik maddələrə dair sosial və siyasi müzakirələr | Aysel Sultan

Almaniyada Goethe adına Frankfurt Universitetdə tədqiqatçı və dosent olan Dr. Aysel Sultan narkotik maddələrə sosial-siyasi yanaşmanın əhəmiyyəti haqqında danışır

Jan 7, 202229 min

S2 Ep 5Musiqi reallığın təzahürü kimi | PRoMete ​

Repçi, H.O.S.T qrupunun yaradıcılarından biri olan PRomete qrupun necə bir araya gəlməsindən və musiqinin cəmiyyətdəki rolundan danışdı.

Jan 7, 202225 min

S2 Ep 4Ədəbiyyat, mükafatlar və məhrumiyyətlər haqda | Mirmehdi Ağaoğlu

Əkinçinin növbəti həmsöhbəti yazıçı və jurnalist Mirmehdi Ağaoğlu oldu. O, yaradıcı insanların qarşılaşdığı çətinlikləri və problemləri dilə gətirdi.

Jan 7, 202249 min

S2 Ep 3Rifahı ölçməyin hansı yolları var? | İlahə Abbaslı

İnkişaf iqtisadiyyatı üzrə tədqiqatçı İlahə Abbaslı iqtisadiyyatda geniş istifadə edilən Ümumi Daxili Məhsul göstəricisinin müasir dövrdə nə üçün aktual olmadığını izah edir.

Jan 7, 202210 min

S2 Ep 2Yoxsulluq və təzahürləri: Bunu necə hiss edirik? | Orxan Əli

Sosial-iqtisadi inkişaf üzrə mütəxəssis Orxan Əli yoxsulluq anlayışı, onun necə müəyyən edilməsi və dövlətin bununla mübarizədə rolu haqda danışdı.

Jan 7, 202220 min

S2 Ep 1Tarix, mədəniyyət və yeni nəsil | Elmir Mirzəyev

Bəstəkar və musiqişünas Elmir Mirzəyevlə söhbət etdik.

Jan 7, 202244 min

S1 Ep 44Kino, festivallar və YouTube haqda | Hacı Səfərov

Budəfəki həmsöhbətimiz film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərov oldu.

Jan 7, 202231 min

S1 Ep 43İdarəolunan, yoxsa özünüidarə edən cəmiyyət? | Samir Əliyev

İqtisadçı Samir Əliyev yerli özünüidarəetmənin mahiyyəti haqda danışır.

Jan 7, 202232 min

S1 Ep 42Vəkilin müstəqilliyi nə üçün lazımdır? | Emin Abbasov

Hüquqşünas Emin Abbasov vəkillik təsisatı haqda danışır.

Jan 7, 202220 min

S1 Ep 41Gələcək ixtisaslar: Biz buna nə qədər hazırıq? | Qubad İbadoğlu

Yeni peşələrin yaranması və onlara olan tələbin artması son dövrün ən çox müzakirə edilən mövzularındandır. Bu mövzu haqda fikirlərini paylaşması üçün iqtisadi təhlilçi Qubad İbadoğluna müraciət etdik.

Jan 7, 202236 min

S1 Ep 40Autizm haqda bilməli olduqlarımız | Aytən Eynalova

Birgə və Sağlam İctimai Birliyinin təsisçisi Aytən Eynalova ilə autizm haqda söhbət etdik.

Jan 7, 202222 min

S1 Ep 39Parlament seçkiləri: Namizədin bilməli olduqları | Səməd Rəhimli

Azərbaycanda 9 fevral 2020-ci il tarixinə ekrən parlament seçkiləri təyin edilib. Hüquqşünas Səməd Rəhimli seçkidə iştirak etmək istəyənlərin bilməli olduqları məqamlardan danışır.

Jan 7, 202219 min

S1 Ep 3821-ci əsrdə uşaqları necə böyütməli? | Ceyhun Cabbarov

Engineering For Kids - Baku şirkətinin rəhbəri, müəllim Ceyhun Cabbarov uşaqların inkişafına təsir edən amillər haqda danışır.

Jan 7, 202216 min

S1 Ep 37Mədəni Niyyət layihəsi | Sitarə İbrahimbəyli

Sitarə İbrahimbəyli təsisçisi olduğu layihə haqda danışır.

Jan 7, 202216 min

S1 Ep 36Müstəqillik, dövlət və cəmiyyət | Rəşad Şirin

Əkinçidə növbəti təqdimatı siyasi təhlilçi Rəşad Şirin etdi. O, auditoriyaya qarşısında potsovet cəmiyyətlərində baş verən transformasiyalar və meyllər haqda danışdı.

Jan 7, 202234 min

S1 Ep 35Demokratik cəmiyyət və azadlıqlar haqda | Altay Göyüşov

Həmsöhbətimiz tarixçi alim Altay Göyüşov idi.

Jan 7, 202245 min

S1 Ep 34İnnovasiyalar və ya startapı necə qurmalı? | Cəsur Həsənov

Social Innovation Lab şirkətinin təsisçisi, innovasiya üzrə ekspert Cəsur Həsənov izləyicilərimizə innovasiyalardan və eyi zamanda startap qurarkən nəzərə alınmalı olan məqamlardan danışdı.

Jan 7, 202227 min

S1 Ep 33Analitik fəlsəfə nədir? | Anar Cəfərov

Əkinçidə növbəti təqdimatı Almaniyanın Heydelberq Universitetinin fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Anar Cəfərov etdi.

Jan 7, 202238 min

S1 Ep 32Süni Zəka nədir və ya robotlar dünyanı işğal edəcəkmi? | Maral Qurbanzadə

Bu dəfəki mövzumuz robotlar haqda oldu. Daha doğrusu robotların fəaliyyətini mümkün edən Süni Zəka haqda. Qonağımız isə insan-robot ünsiyyəti mütəxəssisi və Leiden universitetinin magistiri Maral Qurbanzadə idi.

Jan 7, 20229 min

S1 Ep 31Mədəniyyət və təbliğat | Rəhman Bədəlov

Filosof və mədəniyyətşünas Rəhman Bədəlovla söhbət etdik.

Jan 7, 202224 min

S1 Ep 30Sosial sahibkarlıq nə üçün vacibdir? | Sara Rəcəbli

Qonağımız sosial sahibkar Sara Rəcəbli idi.

Jan 7, 202216 min

S1 Ep 29Rəngarənglik və mühafizəkarlıq | Həbib Müntəzir

Sosial şəbəkələrdə geniş tanınan ictimai fəal və jurnalist Həbib Müntəzirlə söhbət etdik.

Jan 7, 202241 min

S1 Ep 28Azərbaycan mediasına hüquqi aspektdən baxış | Ələsgər Məmmədli

Qonağımız media ekperti və hüquqşunas Ələsgər Məmmədli idi.

Jan 7, 202233 min

S1 Ep 27İqlim dəyişikliyinin Azərbaycan üçün iqtisadi riskləri | Nicat Qarayev

Qonağımız iqtisadi inkişaf eksperti Nicat Qarayevdir.

Jan 7, 202221 min

S1 Ep 26Psixoloji zorakılıq haqda danışmaq niyə vacibdir? | Gülnara Mehdiyeva

Qonağımız gender eksperti Gülnara Mehdiyeva idi.

Jan 7, 202219 min

S1 Ep 25Ailə, ənənə və fərdi inkişaf | Murad Məmmədov

Motivasiya natiqi Murad Məmmədov Azərbaycanda ənənəvi ailə institutunun gənclərin inkişfına necə mane olduğu haqda danışır.

Jan 7, 202211 min

S1 Ep 24Musiqi sənəti və ya sənət musiqisi | Firudin Allahverdi

Qonağımız bəstəkar Firudin Allahverdi idi.

Jan 7, 202232 min

S1 Ep 23Zorlama ilə bağlı miflər və stereotiplər | Emin Aslan

ABŞ-ın Syracuse Universitetinin məzunu, huquqşunas Emin Aslan zorlama ilə bağlı stereotipləri izah edir.

Jan 7, 202222 min

S1 Ep 22Səyahət qorxuları ilə necə mübarizə aparmalı? | Jalə Ələkbərova

Səyahət blogeri Jalə Ələkbərova səyahət qorxularının növləri haqda danışır.

Jan 7, 202219 min

S1 Ep 21Mətbuatın seçdiyi dil nə üçün önəmlidir? | Leyla Həsənova

Gender eksperti Leyla Həsənova mətbuatın istifadə etdiyin dilin əhəmiyyətini izah edir.

Jan 7, 202212 min

S1 Ep 20Humanitar təşkilatda işləmək nə deməkdir? | Humay Quliyeva

Budəfəki qonağımız Türkiyənin Bilkənt və ABŞ-ın Kolumbiya universitetlərinin məzunu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Humay Quliyeva idi.

Jan 7, 202215 min

S1 Ep 19Musiqi, cəmiyyət və demokratiya haqda | Camal Əli

Hal-hazırda Almaniyada yaşayan musiqiçi Camal Əli ilə söhbət etdik

Jan 7, 202239 min

S1 Ep 18Dəyişən dünyada ədəbiyyat | Əli Novruzov

Əkinçidə növbəti təqdimatı yazar və tənqidçi Əli Novruzov etdi.

Jan 7, 202233 min

S1 Ep 17Naşirin vəzifəsi nədir? | Firudin Həsənov

Qonağımız “Başla” hərəkatının həmtəsisçisi, “Quyu” jurnalının redaktoru Firudin Həsənov idi.

Jan 7, 202219 min

S1 Ep 16Ədəbiyyatda neft pulları amili | Rasim Qaraca

Təqdimatı şair-yazıçı, “Alatoran” dərgisinin baş redaktoru Rasim Qaraca edir

Jan 7, 202222 min

S1 Ep 15Rəqəmsal yetkinlik nə üçün vacibdir? | İmran Bağırov

Rəqəmsal inkişaf üzrə ekspert İmran Bağırov yeni dövrün gətirdiyi çağırışlardan danışdı.

Jan 7, 202220 min

S1 Ep 14“Elina üçün susma” kampaniyası nə tələb edirdi? | Nicat Məmmədbəyli

Hüquqşünas Nicat Məmmədbəyli “Elina üçün susma” kampaniyası haqda müşahidələrini bölüşür.

Jan 7, 20228 min