Əkinçi
802 episodes — Page 1 of 17
Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev
Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova
Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov
Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə
Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova
Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova
Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova
Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova
Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova
Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev
Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat
Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov
Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı
Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev
Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov
Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə
Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı
Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə
Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov
Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva
Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar
Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin
Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə
Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova
Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva
Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova
Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev
Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı
Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova
Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə
İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı
Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov
Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə
Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə

S8 Ep 22Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova
Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır. Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclərin bu sahədən uzaqlaşmasına səbəb olur. Təhsil alanların bölgələrdə iş tapa bilməməsi isə onların paytaxta yönəlməsi ilə nəticələnir.

S8 Ep 21Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə
Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir. Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini vurğulayır. O, həmçinin kouçluğun psixologiya, mentorluq və motivasiya ilə fərqlərini aydın və konkret nümunələrlə izah edir.

S8 Ep 20Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova
Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur. Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir. Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir və bu dəyişiklik məktəb və ailə əməkdaşlığının yeni formalarını tələb edir. O vurğulayır ki, uşaqların uğurlu inkişafı üçün məktəb və ailə arasında daha güclü dialoq və əməkdaşlıq qurulmalıdır.

S5 Ep 19Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova
Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil. Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə edir ki, orqanizmin əsas enerji mənbələrindən biri karbohidratlardır və bədənin ehtiyaclarını qarşılamaq üçün onları balanslı şəkildə, xüsusilə də taxıl məhsullarından əldə etmək vacibdir.

S8 Ep 18Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva
Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır. Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vurğulayır və əlavə edir ki, təhsil, istehsal və bazar arasında güclü əlaqə qurulsa, Azərbaycan moda sahəsində regional mərkəzə çevrilə bilər.

S8 Ep 17Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı
Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial rifahın güclənməsinə və kollektiv məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini göstərən müsbət nümunələr də az deyil.

S8 Ep 16Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün yaranmasına və gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verməkdir.

S8 Ep 15Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə
Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün məktəb icmasının və müəllim hazırlığının ayrılmaz hissəsi olmalıdır.

S8 Ep 14Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkirlər. Qonağımız vurğulayır ki, ekranlardan uzaq süfrə mədəniyyəti yaratmaq çox önəmlidir.

S8 Ep 13Niyə yalan həqiqətdən daha sürətlə yayılır? | Pəri Abbaslı
Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan zamanla “həqiqət” təsiri yarada bilər, təsdiq qərəzi isə bizi sual vermədən inanmağa sövq edir.

S8 Ep 12Media və reklam mesajlarında əlçatanlığın əhəmiyyəti | Əliyar Hüseynov
Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verir. Qonağımız əlavə edir ki, ölkədə əlçatan reklamın tətbiqi üçün təşviq mexanizmləri, texniki imkanlar və məlumatlılıq azdır.

S8 Ep 11Turizmdə insan kapitalının rolu | Vəfa Kərəmova
Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkişaf üçün sistemli təlimlərə, yenidən ixtisaslaşmaya və insan kapitalına investisiyaya ehtiyac qalır. Bu səbəbdən milli xidmət standartlarının və koordinasiyalı təlimlərin gücləndirilməsi Azərbaycanın turizm sahəsinin ehtiyac duyulan səviyyədə olması üçün olduqca önəmlidir.

S8 Ep 10Səhiyyə menecmentinin önəmi | Fəqan Həsənzadə
Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistika və etik yanaşmanı birləşdirən çoxşaxəli biliklərə malik olması zəruri olur. Bu çıxış gələcəyin səhiyyə sistemini formalaşdıracaq görünməyən liderlərin roluna diqqət çəkməyə dəvət edir.

S8 Ep 9Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans | Murad Mir-Zadə
Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini və davamlılığını itirmədən keçmişlə gələcək arasında necə körpü qura biləcəyinə dair düşünməyə vadar edəcək.

S8 Ep 8Rəqəmsal medianın gender müzakirələrində rolu | Vəfa Əli
Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görünürlüyü artırsa da, alqoritmlər və ənənəvi narrativlər hələ də dominant baxışları gücləndirir, alternativ səsləri isə məhdudlaşdırır.

Ep 157Sosial sahibkarlığın inkişafında formal və qeyri-formal institutların rolu | Turan Nağıyeva
Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir. Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir. Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisadi həllərin kifayət etmədiyini anlamaq üçün vacib baxış bucağı təqdim edir.