
Avto FM 107.7
1,000 episodes — Page 5 of 20

Yolda kimə güzəştə getmək istəmirsiniz?
"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda güzəşt etməli olduğumuz məqamlardan danışdıq.

DJ sənətinə gec başlayanların uğur qazanması mümkündür? I Şəhər adamı #114
"Şəhər adamı"nda qonağımız olan "Djacademy.az" təsisçisi, Dj AX ilə açıq səma konsertlərindən, səhnə arxası hadisələrdən, "scratching"dən, musiqidən və dj sənətinin incəliklərindən bəhs etdik.

İnsanlar fotoqraf seçərkən nəyə diqqət edirlər? I Şəhər adamı #113
"Şəhər adamı"nda qonağımız olan "Hamid Hamidli Group"un təsisçisi Həmid Həmidli ilə toylardan, ölkəxaricindəki çəkilişlərindən, çəkiliş trendlərindən və şəkil çəkərkən diqqət etməli olduğumuz məqamlardan danışdıq.

Rəqəmsal bankçılıq platformaları niyə təhlükəsiz hesab edilir? I Şəhər adamı #112
"Şəhər adamı"nda qonağımız olan ABB-nin Marketinq departamentinin direktor müavini Yadigar Cəfərli ilə ABB-nin “Euromoney” tərəfindən “İlin ən yaxşı rəqəmsal bankı” seçilməsindən, şübhəli linklərdən və dələduzlardan qorunmağın yollarından, ABB-nin qazandığı mükafatlardan bəhs etdik.

Xaricdən gələn avtomobillər üçün sığortanın vacibliyi
"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Asossasiyasının ekpert qrupunun üzvü Emin Allahverdiyev ilə xaricdən gətirilən avtomobillər və onların sığortası haqqında danışdıq.

Motosiklet və mopedlərin yaratdığı qəzalar
"Qaydaları pozma" verilişində qonağımız olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə təhlükəli idarə edən moped və motosiklet sürücülərindən danışdıq.

Amerikada əl işləri çox gəlirli sahədir I Şəhər adamı #111
"Şəhər adamı"nda qonağımız olan 10 ildir ABŞ-də yaşayan proqram təminatı mühəndisi Sevda Abdurahmanlı ilə Amerikada insanların mehribanlığını, qonşuluq və dostluq münasibətlərini, həmin ölkədəki yaşam şəraitini, təhsil müəssisələrinin təhlükəsizliyini, adət-ənənələrimizin həmin ölkədə təbliğini, həmçinin Amerikada xoşa gəlməyən bəzi məqamları da müzakirə etdik.

Tələbələrin uğurlu təhsili üçün onlara dəstək olmaq bizim işimizdir I Şəhər adamı #110
"Şəhər adamı"nda qonağımız olan Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil üzrə mütəxəssis, təhsil eksperti Günay Məsimova ilə xaricdə təhsildən, təhsil şirkətlərinin etibarlılığından, yay düşərgələrindən və həmin düşərgələrin təşkilat səviyyələrindən bəhs etdik.

Arzum Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən professional film çəkməkdir I Şəhər adamı #109
"Şəhər adamı"nda qonağımız olan bloqer, "creative director" Məryəm Novruzi ilə İngiltərədəki şirkətlərin iş prinsipindən, düzgün formatda sosial şəbəkə istifadəsindən, İngiltərəyə getmək üçün tələb olunan şərtlərdən, ixtisasla peşə arasındakı əlaqələrdən, "30 altı 30" layihəsindən və bu layihədə iştirak etmək üçün lazım olan kriteriyalardan, xarici ölkələrdə Azərbaycan mədəniyyətinə olan maraqdan, həmçinin rejissorluq və film haqqında danışdıq.

Səfər sığortası alarkən nələrə diqqət etmək lazımdır? I Şəhər adamı #108
"Şəhər adamı"nda qonağımız olan "PAŞA Sığorta"nın rəqəmsal marketinq üzrə baş mütəxəssisi Nəzrin Mahmudova ilə səfər sığortasından, bu sığortanın Şengen zonası olan ölkələrdə əhəmiyyətindən, sığorta qiymətlərinin hesablanma qaydalarından, səfərdə baş verən problemlər zamanı xərclərin qarşılanmasından, səfər sığortasının əldə edilmə qaydalarından və bu sığortanı əldə etmək üçün diqqət etməli olduğumuz məqamlardan, həmçinin tələbə səfər sığortasından bəhs etdik.

Qəzaya düşməmək üçün nə edək?
"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə qəzalardan qorunmağın yollarından danışdıq.

Drift yarışmasında ilk qızıl medal qazanan azərbaycanlı pilot I Şəhər adamı #107
"Şəhər adamı"nda qonağımız olan Azərbaycan Avtomobil Federasiyasının pilotu Fərid Quliyev ilə drift maşınlar, onların istifadəsi zamanı təhlükəsizlik tədbirlərindən, drift yarışlarından, 1 yarışa xərclənən məbləğdən, avtoidmanın ölkədəki səviyyəsindən və Türkiyədəki drift yarışından danışdıq.

Moped və skuterlər nə qədər təhlükəlidir?
"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik -Leytenant Mübariz Ağayev ilə təhlükəli idarə edən moped və skuter sürücülərindən danışdıq.

Ruhuma daha yaxın bildiyim musiqi film musiqisidir I Şəhər adamı #106
"Şəhər adamı"nda qonağımız olan prodüser, bəstəkar, aranjemançı Ruhin İsmayılov ilə "Grand Prix" mükafatından, Avstriyada iştirak etdiyi müsabiqədən, müasir dünya musiqisindən, radioda musiqilərin keyfiyyətindən, süni intellektin musiqiyə təsirindən, "Generation" və "Rüzgar" filmi layihəsindən, həmçinin "Netflix" platformasında yayımlanan filmlərdəki musiqilərdən bəhs etdik.

Sahibkarlar kredit götürəndə ən çox nədən çəkinirlər? I Şəhər adamı #105
"Şəhər adamı"nda qonağımız olan ABB Rəqəmsal kiçik biznes sahəsinin nümayəndəsi Mehrac Sarıxanlı ilə bank sektorunun işləmə prinsiplərindən, üzbəüz və rəqəmsal kreditlərin müqayisəsindən, banklarda növbə çoxluğundan, fərdi sahibkarlardan və onları narahat edən məqamlardan, kredit limitlərindən, həmçinin ABB-də süni intellektin mövcudluğundan və bank sektorlarının gələcək taleyindən danışdıq.

Avtomobildə texniki nasazlıq yarandıqda nə edirsiniz?
"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə avtomobildə nasazlıq yarananda edilməsi lazım olan məqamlardan danışdıq.

Çin bazarında ticarətin əsas incəlikləri I Şəhər adamı #104
"Şəhər adamı"nda qonağımız olan beynəlxalq ticarət mütəxəssisi İqrar Məmmədov ilə Çin bazarlarından, oradakı həyat tərzindən, oranın mətbəxindən, həmçinin Çində ticarətdən, məhsulların keyfiyyətindən, müştəri məmnuniyyətindən, həmin ölkənin avtomobillərindən və minimal əməkhaqqından danışdıq.

Qənnadıçılığın inkişaf mərhələləri. I Şəhər adamı #103
"Şəhər adamı"nda qonağımız olan “Cake School” qənnadıçılıq akademiyasının təsisçisi Emilya İsmayılova ilə kulinariyadan, qənnadıçılıq məktəbindən, diyetik şirniyyatlardan, şokolada olan tələbatdan, tortun üzərində əks olunan fiqurlardan və dünyada məşhurlaşan şirniyyatlardan danışdıq..

Boşananlarla hansı profilaktik tədbirlər aparılır? I Şəhər adamı #102
"Şəhər adamı"nda qonağımız olan Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə Vəkillər Kollegiyasından, vəkil andı, vəkil marşı, boşanmanın səbəbləri və qarşısının alınması üsullarından, qeyri-rəsmi nikahlardan, məhkəmələrdən, alimentdən, inzibati xətalardan, mülki işlərdən, ailə mübahisələrindən, Mediasiyadan, həmçinin daşınmaz əmlak və torpaqla əlaqədar mühüm məsələlərdən danışdıq.

Sürücülük mədəniyyəti nədir?
"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülük mədəniyyətindən danışdıq.

Gənc müəllimlərin şagirdlərlə rəftarındakı prinsiplər I Şəhər adamı #101
"Şəhər adamı"nda qonağımız olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ingilis dili və ədəbiyyatı müəllimi, sinif rəhbəri Səbinə Məlikzadə ilə təhsildə keyfiyyətdən, məktəb şagirdləri və onların psixologiyasından, gənc müəllimlərin şagirdlərə yanaşmasından, həmçinin özəl və dövlət məktəblərinin fərqindən danışdıq.

ABB-nin "FaydaMania" məhsulu hansı fürsətləri təqdim edir? I Şəhər adamı #100
"Şəhər adamı"nda qonağımız olan ABB Bank pərakəndə seqment sahəsi, məhsul sahibi Vasif Naibov ilə "FaydaMania" məhsulundan və həmin məhsulun gənclərə təqdim etdiyi fürsətlərdən danışdıq.

Yollarda hörmətsizlik edən sürücülərə qarşı reaksiyanız necə olur?
"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda hörmətsizlik edən sürücülər barədə danışdıq.

Zəhərli sürünənlərdən özümüzü necə müdafiə edək? I Şəhər adamı #99
"Şəhər adamı"nda qonağımız olan herpetoloq Anar Cəfərov ilə sürünənlərdən, zəhərli ilanlardan, ilan sancması zamanı ilkin tibbi yardım metodlarından, həmçinin vizual olaraq zəhərli və zəhərsiz ilanları ayıra bilməyin yollarından danışdıq.

Dubayda turizm sahəsi üzrə çalışmaq üçün hansı məqamlara diqqət etmək lazımdır? I Şəhər adamı #98
"Şəhər adamı"nda qonağımız olan Dubayda yaşayan və turizm sahəsində çalışan Nigar Səmədova ilə Dubayın tarixi və mədəniyyəti, oradakı yaşam tərzi, həmçinin bu şəhərdə iş tapmaq, biznes qurmaq və qastronomiya haqqında danışdıq.

Yay aylarında qəzalar hansı səbəblərdən baş verir?
"Qaydaları pozma" verilişində Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yay aylarında qəzaların səbəblərindən danışdıq.

Dayanma və durma: harada olar, harada olmaz?
"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə dayanma və durmanın nə olduğundan danışdıq.

ABB ilə yaşam xərclərini necə minimuma endirmək olar? I Şəhər adamı #97
"Şəhər adamı"nda qonağımız olan müştəri təcrübələri üzrə aparıcı mütəxəssis Lamiə Zülfiqarova və rəqəmsal marketinq üzrə baş mütəxəssis Nuranə Nuriyeva ilə ABB kartından - mil kartları və onların üstünlükləri, keşbek kartı haqqında, yay fürsətləri və səyahət zamanı kartın funksionallığından danışdıq.

Yollarda sizi ən çox nə əsəbiləşdirir?
"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yollarda sürücülərin qeyri-etik davranışlarından və sürücülərin ən çox əsəbiləşdiyi məqamlardan danışdıq.

Yolayrıcında bizi hansı təhlükələr gözləyir?
"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yolayrıcında təhlükəsiz idarəetmə qaydalarından danışdıq.

Şərqlə Qərbin magistr təhsilində fərqi I Şəhər adamı #96
"Şəhər adamı"nda qonağımız olan magistratura hazırlığı üzrə müəllim və rəssam Fəzail Zəkəriyyə ilə səyahətdən, rəssamlıqdan, xaricdə və Bakıda magistratura təhsilinin əhəmiyyətindən danışdıq.

Futbolumuzun sabahı və inkişaf yolu l Şəhər adamı #95
"Şəhər adamı"nda qonağımız olan Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev ilə birlikdə Azərbaycan futbolunun gələcəyindən, gənc istedadların dəstəklənməsi yollarından, infrastruktur layihələrindən və futbola töhfə verən ideyalar, çətinliklər və yeni hədəflər haqqında danışdıq.

Xaricdə yaşayan tələbələrimiz hansı çətinliklərlə üzləşə bilərlər? I Şəhər adamı #94
"Şəhər adamı"nda qonağımız olan beynəlxalq tələbələrin uğuru və maarifləndirilməsi üzrə koordinator olan Amerikada yaşayan həmyerlimiz Məhəmməd Hacıyev ilə birlikdə xaricdə təhsil alan azərbaycanlı gənclərin inkişaf yolu, qarşılaşdıqları çətinliklər və uğur hekayələri, yeni mühitə adaptasiya və fərqli mədəniyyətlərlə qarşılaşma təcrübələri haqqında danışdıq.

Ekrana sığmayan kadrlar: mobil "filmmaker"in daxili dünyası I Şəhər adamı #93
"Şəhər adamı"nda qonağımız olan "mobiloqraf" Təraxan Tərlanzadə ilə birlikdə "mobiloqrafiya"nın incəliklərindən danışdıq.O hər bir kadrda necə hekayə yaratdığını paylaşdı.

Təhlükəli idarə edən sürücülərdən necə qorunaq?
"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə nəqliyyat vasitələrini idarə edən təhlükəli sürücülərdən danışdıq.

Məsuliyyət piyadadadır yoxsa sürücüdə?
"Qaydaları pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik - Leytenant Mübariz Ağayev ilə sürücü və piyada məsuliyyətindən danışdıq.

Keramika sənətində daha önəmli olan nədir? I Şəhər adamı #92
"Şəhər adamı"nda qonağımız olan keramika dizayneri və rəssam olan Əsmər Əlizadə ilə birlikdə həm funksional, həm də estetik baxımdan keramika işlərinin yaradılma prosesini və bu sahədə peşəkar olmağın çətinliklərini müzakirə etdik.

Qəza zamanı dəyən ziyanı kim ödəməlidir?
"Qaydaları pozma" verilişində Azərbaycan Sığortaçılar Asossasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə icbari sığortanın əhəmiyyətindən bəhs etdik.

Qarantiya məhsulları necə fərqlənir? I Şəhər adamı #91
"Şəhər adamı"nda qonaqlarımız olan ABB Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsi - qrup rəhbəri Könül Hidayətova və koorporativ və KOS məhsulları sahəsi - baş məhsul sahibi Şükür Quliyev ilə birlikdə qarantiya məhsulları və onlar arasındakı fərqlər haqqında danışdıq.

Hansı nəqliyyat vasitələri təhlükə yaradır?
"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla təhlükə yaradan nəqliyyat vasitələrindən, piyadaların məsuliyyətsizliyindən və s. danışdıq.

İnteryer dizaynın harmoniyası necə olur? I Şəhər adamı #90
"Şəhər adamı"nda qonağımız olan model, "Design Factor" memarlıq şirkətinin təsisçisi Nərgiz Süleymanova ilə birlikdə Pakistanda modellik fəaliyyətindən və bu ilin interyer dizayn trendlərindən danışdıq.

Yollarda təhlükəsizliyə necə nəzarət olunur?
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yollarda təhlükəsizliyə nəzarət haqqında danışdıq.

Kredit sığortası necə olur? I Şəhər adamı #89
"Şəhər adamı"nda qonaqlarımız olan ABB Pərakəndə Kreditləşmə Sahəsinin müştəri təcrübələri üzrə ekspertləri Elçin Quliyev və Elgiz Abbasovla birlikdə kredit sığortasının əhəmiyyət və üstünlükləri haqqında danışdıq.

Niyə multimodal sistemə ehtiyac var? I Şəhər adamı #88
"Şəhər adamı"nda qonağımız olan 166 yük daşıma və logistika şirkətində Beynəlxalq multimodal şöbənin rəhbəri Məsmalı Qasımzadə ilə birlikdə multimodal daşımanın fərq və üstünlüklərindən, sürətli çatdırılmadan danışdıq.

Qəza baş verdikdə hansı çətinliklərlə üzləşirsiniz?
"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza baş verəndə üzləşdiyi çətinliklərdən danışdıq.

Moda dəyişir, tərz qalır? I Şəhər adamı #87
"Şəhər adamı"nda qonağımız olan rəssam, modelyer, dizayner Mədinə Əhmədova ilə birlikdə trendlərin necə yarandığından, bu ilin dəbdə olan rəng və geyim modellərindən danışdıq.

İnsan dərisi üzərində incəsənət I Şəhər adamı #86
"Şəhər adamı"nda qonağımız olan rəssam, "face art" ustası Elmira Qədirova ilə birlikdə rəssam fırçası ilə makiyajın fərqindən və işinin incə, çətin tərəflərindən danışdıq.

Uzaq məsafədən işləməyin üstünlüyü nədir? I Şəhər adamı #85
"Şəhər adamı"nda qonağımız olan onlayn karyera məsləhətçisi və qlobal SMM mütəxəssisi Piruzə Quliyeva ilə birlikdə sosial medianın iş bazarında daha populyar ixtisaslar, uzaq məsafədən iş həyatının çətinlik və fərqindən danışdıq.

Sürücülər tələskənlik səbəbindən hansı qaydaları pozurlar?
"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin pozduqları qaydalardan, tələskənliyin səbəb olduğu yol nəqliyyat hadisələrindən və s. danışdıq.

Piyada qəzalarının səbəbi sürücülərdir, yoxsa piyadalar?
"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı bizə piyada qəzalarının səbəbindən, sürücülərin diqqətsizliyindən və s. danışdı.