
Avto FM 107.7
1,000 episodes — Page 3 of 20

Təhlükəsizlik sistemlərində insan amilinin rolu nədir? I Şəhər adamı #163
"Şəhər adamı"nda qonağımız olan təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev ilə yanğın hadisələrindən, ölkədə artan yanğın hadisələrinin səbəblərindən, yanğın təhlükəsizlik tədbirlərindən, baş verən təhlükəli hadisələrdən ən az zərər ilə necə xilas olmaqdan və digər maraqlı mövzulardan bəhs etdik.

Sürücülər və piyadalar niyə qaydalara əməl etmirlər?
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin və piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşması, sürmə mədəniyyətinin formalaşdırılması, cərimə və maarifləndirmənin rolu, aqressiv və diqqətsiz davranışların yaratdığı problemlərdən bəhs etdik.

“İnsanlar niyə eyni səhvləri təkrar edirlər?” I Şəhər adamı #162
"Şəhər adamı"nda qonağımız olan psixoloq Nizami Orucov ilə insanların niyə eyni səhvləri təkrar etməsindən, münasibətdə ən çox edilən psixoloji səhvlərdən, kişilərin azad yaşamaq istəklərindən və digər maraqlı mövzulardan bəhs etdik.

"Dumanlı havada sürücülər bu səhvləri edirlər"
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə dumanlı havada sürücülərin yol verdiyi əsas qayda pozuntuları, aşağı görünüş şəraitində sürətin azaldılmamasının yaratdığı risklər, işıqlardan düzgün istifadə olunmaması, təhlükəli ötmələr, məsafənin saxlanmaması haqqında danışdıq.Aparıcılar: Cavid Neymətzadə Rəhman Rəsulov

Balıq bişdikdə niyə pis qoxur? I Şəhər adamı #161
Şəhər adamı"nda qonağımız olan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov ilə Xəzərdə balıqların azalmasının səbəblərindən və təhlükələrindən, balıq seçərkən diqqət etməli olduğumuz məqamlardan, balıqlarda qoxu yaradan əsas nüanslardan və digər maraqlı mövzulardan bəhs etdik.Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov

Sürücülər niyə aqressivdirlər?
"Qaydaları Pozma" verilişində BDYPİ-nin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev ilə stress, tıxaclar, vaxt itkisi və məsuliyyətsizlik amillərinin sürücülük davranışına təsiri, aqressiv sürücülüyün yaratdığı risklər, cərimə və maarifləndirmənin rolu, həmçinin yol mədəniyyətinin yüksəldilməsi haqqında danışdıq.

İtaliyadan Azərbaycana gətirilən heyvanlar I Şəhər adamı #160
"Şəhər adamı"nda qonağımız olan biomüxtəliflik üzrə ekspert Zülfü Fərəcli ilə yırtıcıların təbiətdəki rolundan, fillərin niyə xərçəng olmamasından, İtaliyadan Azərbaycana gələn kərtənkələlərdən və digər maraqlı məqamlardan bəhs etdik.

"Xaricdən yükləri multimodal daşıma ilə sürətli çatdırırıq" I Şəhər adamı #159
"Şəhər adamı" rubrikasında qonaq olan “166 Yükdaşıma və Logistika” şirkətinin Multimodal departamentinin rəhbəri Məsmalı Qasımzadə ilə birlikdə quru yol daşımaları, konteyner daşımaları, multimodal və intermodal daşımaların fərqləri, müştərilərin bu xidmətlərdən istifadə edərkən diqqət etməli olduqları məqamlar barədə məlumat verildi.

Niyə kiçik ölçülü avtomobillərə üstünlük verilmir? I Bir Avto
"Bir Avto" verilişində kiçik ölçülü avtomobillərin parklanma problemi, tıxac və yanacaq sərfiyyatı kimi amillərin nəzərə alındığı şəraitdə - nə qədər funksional və qənaətcil olduğundan danışdıq.

Çindən hansı avtomobillər alınır? I Şəhər adamı #158
"Şəhər adamı" rubrikasında qonaq olan satış təmsilçisi LiShiJia ilə birlikdə hazırda ölkəmizdə ən çox satılan avtomobil modelləri, istehlakçıların seçim meyarları, qiymət aralığı, Çin avtomobillərinə tələbat, həmçinin hansı növ avtomobillərin populyarlaşdığı mövzularını müzakirə etdik.

Avtomobildə texnoloji yeniliklərə güvənmək olar? I Bir Avto
"Bir Avto" verilişində qonaq olanü texnobloqer Valid Fərmanoğlu ilə birlikdə avtomobillərdəki texnoloji trendləri, süni intellekt dəstəyi, avtomatik parklanma, zolaq saxlama, təhlükə zamanı xəbərdarlıq sistemləri, sürücülərin bu sistemlərə münasibətini müzakirə etdik

Sıxlıq zamanı ən çox edilən səhvlər
"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqda ən çox edilən səhvlərdən danışdıq.

İcbari Tibbi Sığorta: sistem necə işləyir və bizi nələr gözləyir? I Şəhər adamı #157
"Şəhər adamı" rubrikasında qonaq olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətinin baş məsləhətçisi Afaq Kazımova ilə birlikdə icbari tibbi sığorta sisteminin əhatə dairəsi - hansı xidmətlərin bu sistemə daxil olduğu, hansı xəstəxanalarda vətəndaşların bu xidmətlərdən necə yararlana biləcəyi, müraciət mexanizmləri, təminat çərçivəsi, göstərilən xidmətlərin keyfiyyəti və əlçatanlığı ətrafında müzakirələr apardıq.

Piyadalaşdırılmanın önəmi
"Qaydaları pozma" verilişində qonağımız olan memar Dilqəm İsmayılov ilə piyadalaşmanın şəhərə təsirləri barədə danışdıq.

Avtomobilinizi hansı səbəbdən seçmisiniz? IBir Avto
"Bir Avto" verilişində avtomobil seçiminin səbəbləri, populyar markalara olan münasibət, lüks və ya sərfəli nəqliyyat vasitələri kimi məqamları müzakirə etdik.

"Bütün mədəni və sosial münasibətlər iqtisadi münasibətlər üzərində qurulur" I Şəhər adamı #156
"Şəhər adamı" rubrikasında qonaq olan sosioloq Yusif Nəbiyev ilə birlikdə ailə institutunun mövcud vəziyyəti, boşanma hallarının artmasının səbəbləri, ailə büdcəsinin düzgün planlanmaması və cütlüklər arasında maliyyə mövzusunda danışdıq.

Premium avtomobil necə olmalıdır? I Bir Avto
"Bir Avto" verilişində bu dəfə sükan arxasında fərqi hiss etdirən premium avtomobillərdən danışdıq. Premium avtomobillərin dizayn detalından tutmuş, mühərrik performansı, yanacaq effektivliyi və sürüş rahatlığı kimi texniki xüsusiyyətlərinə qədər bütün aspektləri nəzərdən keçirdik.

Qəza zamanı hadisə yerində düzgün davranış
"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı hadisə yerində düzgün davranışdan danışdıq.

Gənclər niyə peşə təhsilini seçməlidirlər? I Şəhər adamı #155
"Şəhər adamı" rubrikasında qonaq olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva ilə birlikdə gənclərin peşə təhsilinə marağı, mövcud imkanlar, texniki bacarıqların əmək bazarında rolu və gələcək planları müzakirə etdik.

Manevretmə qaydalarının pozulmasına görə baş verən qəzalar
"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə manevr etmə qaydalarının pozulmasına görə baş verən qəzalar haqqında danışdıq.

Avtomobil restavrasiyası və ikinci əl bazar I Bir avto
"Bir Avto" verilişində qonaq olan avtobloqer Əli Məmmədov ilə birlikdə ikinci əl avtomobil bazarında vəziyyət, alıcıların qarşılaşdığı riskləri və eyni zamanda avtomobil restavrasiyası kimi yüksələn bir tendensiyanı müzakirə etdik.

Dərimiz bizə nə "deyir?" I Şəhər adamı #154
"Şəhər adamı" rubrikasında qonaq olan dermatoveneroloq Quba Rüstəmova ilə həm dəri sağlamlığı, həm də cəmiyyətimizdə tez-tez qarşılaşılan dəri problemləri haqqında danışdıq, həkim qonağımız allergiyalar, dəri baxımı və gigiyena ilə bağlı məqamları bölüşdü.

BYD Destroyer 05 yoxsa, Changan A05 I Bir Avto
"Bir Avto" verilişində iki populyar Çin sedanı – BYD Destroyer 05 və Changan A05 modellərini müzakirə etdik.Hər iki modelin güc aqreqatları, interyer rahatlığı, texnoloji imkanları və yol tutumu kimi əsas xüsusiyyətlərini dinləyicilərlə birlikdə müqayisə etdik.

"Övladlarına əziyyət verməyənlərin nəvələri ac qalacaq" l Şəhər adamı #153
"Şəhər adamı"nda qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə sahibkar valideyn və onların uşaqları, biznesi necə ötürməli olduqları, daşınmaz əmlaka yatırım etməyin qaydaları haqqında müzakirə etdik

Avtomobilin dizaynı önəmlidir? I Bir Avto
"Bir Avto" verilişində qonaq olan avtomobil rəssamı, hiperrealism üslubunda avtomobil rəsmləri çəkən Hümbət Kərimli ilə birlikdə ilham mənbələrindən və avtomobil dizaynının incəliklərindən danışdıq.

Şəhərə giriş ödənişli olsa, tıxaclar azalar? I Bir Avto
Bu dəfə "Bir Avto" verilişində şəhər mərkəzinə girişin ödənişli olması məsələsini müzakirə edirik. Tıxacların azalması üçün belə bir addım nə qədər effektivdir? İnsanlar ödənişdən sonra nə dərəcədə avtomobil istifadəsindən imtina edər?

Ödənişli hərəkət zonaları yollara necə təsir edəcək?
"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradllı ilə ödənişli hərəkət zonalarının yollara təsirindən danışdıq.

Dünya ölkələrində sıxlıqla mübarizə yolları
"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqla mübarizə yollarından danışdıq.

Müasir dövrdə valideyn necə olmalıdır? I Şəhər adamı #152
"Şəhər adamı" rubrikasında qonaq olan təlimçi, psixopedaqoq Məsməxanım Hacıyeva ilə birlikdə uşaqların emosional inkişafı, valideyn-müəllim münasibətləri və məktəb dövründə rast gəlinən həm pedaqoji, həm də psixoloji çətinliklər haqqında danışdıq.

Düzgün ara məsafəsinin önəmi
"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə ara məsafəsinin önəmindən danışdıq.

Avtomobilsiz mümkündür? I Şəhər adamı #151
"Şəhər adamı" rubrikasında qonaq olan Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçi, velosiped təlimçisi Səhər Mehman ilə birlikdə “Avtomobilsiz gün” münasibətilə velosiped sürməyin sağlamlığa, ətraf mühitə və şəhər həyatına təsirindən danışdıq. Velosiped mədəniyyəti, təhlükəsizlik qaydaları, şəhərdə infrastrukturun vəziyyəti haqqında maraqlı fikirlər bölüşdük.

Azərbaycan dünya robotexnika yarışında l Overtime
Dünya Robotexnika Yarışında gənclərimiz həm qızıl, həm də gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edən Fərid Həmidli, Paşa Rüstəmov, Nəcmin Əliyev, Məhəmməd Cəfərli, Ümid Nəzərli və komandanın baş məşqçisi - Rəhman Rəsulzadə "Overtime" verilişində qonaq oldular.

Formula 1-in həyəcanı və Bakı Qran Prisinin təsiri I Bir Avto
"Bir Avto" verilişində Formula 1 haqqında danışdıq - sürət, taktika, texnologiya və adrenalin dolu yarışların sirrlərinə nəzər saldıq. Bakı Qran Prisinin şəhərə və insanlara təsiri, azarkeş marağı, komandalar arasındakı rəqabət və F1 dünyasında baş verən yenilikləri dinləyicilərimizlə paylaşdıq.

"Öz taleyimizi müəyyənləşdirmək bizim suverenliyimiz idi" I Şəhər adamı #150
"Şəhər adamı" rubrikasında qonaq olan Milli Məclisin deputatı Naqif Həmzəyev ilə birlikdə "Suverenlik ili" çərçivəsində atdığı addımları, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının mahiyyətini və regionda yaranan yenilikləri müzakirə etdik.

İkinci əl avtomobil almaq yaxşıdır? I Bir Avto
"Bir Avto" verilişində qonaq olan avtobloqer Nurlan Qurbanov ilə birlikdə ikinci əl bazarı və rəsmi servisdən alınan avtomobillər arasındakı qiymət fərqləri, təhlükəsizlik, avtomobilin texniki vəziyyəti və alıcı üçün risklər kimi məqamları müzakirə etdik.

İntellekt, inkişaf, təşəbbüs ruhu I Overtime
"Overtime" verilişində qonaq olan Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə birlikdə intellektual hərəkatdan, gənclərin sosial fəallığından, komandaların qurulmasından və yarışlara hazırlıq prosesindən danışdıq.

Elektrikli, plagin hibrid ya benzin - dizel? I Bir Avto
"Bir Avto" verilişində plagin, dizel və elektrikli avtomobillərin üstünlükləri və çatışmazlıqları barədə dinləyicilərlə birlikdə müzakirə etdik.

Yol hərəkətinin təşkilində edilən dəyişikliklər
"Qaydaları pozma" verilişində qonağımız olan AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmov ilə yeni görülən işlərdən, yol hərəkətində edilən dəyişikliklərdən danışdıq.

Yağışlı havalarda ən çox pozulan yol hərəkəti qaydaları
"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yağıçlı havalarda qəzaların səbəbindən danışdıq.

Çimərlik futbolu üzrə Avropa 3-cüləri I Overtime
Çimərlik futbolu üzrə Avropa 3-cüsü olan Azərbaycan milli komandasının üzvləri qapıçı, qapıçılar üzrə məşqçi - Elçin Qasımov, hücumçular - Sabir Allahquliyev, Bayram Bayramlı, müdafiəçi - Kamil Hüseynov "Overtime" verilişində qonaq oldular.

Ani dəyişən hava sağlamlığımıza təsir edir? l Şəhər adamı #149
"Şəhər adamı" rubrikasında qonaq olan terapevt Mətanət Cəfərova ilə birlikdə qidalanma rejimi,mədə - bağırsaq sağlamlığı, gündəlik vərdişlər və bu amillərin bir-birinə bağlı şəkildə insan həyatına təsiri barədə söhbət etdik.

Qəzalar zamanı sığortanın önəmi
"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın önəmindən danışdıq.

Bizneslərə böyümək üçün nə lazımdır? I Şəhər adamı #148
"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə söhbətimizin mövzusu biznes idi — qurmaq, böyütmək, davam etdirmək və dəyişən bazara uyğunlaşmaq.

Elektromobillər sərfəlidir? I Bir Avto
"Bir avto" verilişində qonaq olan elektromobil bloqeri İlkin Mustafayev ilə birlikdə elektromobillərin üstünlükləri, yayılmış miflər, şarj infrastrukturu, batareya ömrü və Azərbaycanda bu texnologiyanın inkişaf perspektivləri haqqında müzakirə etdik.

Ən çox pozulan 10 yol hərəkəti qaydası
"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bizə ən çox pozulan 10 qayda haqqında danışdı.

Təhlükəsiz qidalanma nə deməkdir? I Şəhər adamı #147
"Şəhər adamı" rubrikasında qonaq olan qida mütəxəssisi Seymur Qafarov ilə birlikdə söhbətimiz zamanı gündəlik yemək vərdişlərindən tutmuş, sağlam seçimlərin necə formalaşmalı olduğuna qədər bir çox vacib məqamlara toxunduq.

Təhsil sahəsində problemlər var? I Şəhər adamı #146
"Şəhər adamı" rubrikasında qonaq olan təhsil eksperti Elnur Hacıyev ilə birlikdə təhsildə ümumi vəziyyəti, həm də aktual problemləri müzakirə etdik. Məktəb təhsili, kurikulumun tətbiqi, müəllim hazırlığı, valideyn-məktəb münasibətləri haqqında danışdıq.

Yeni tədris ilinin başlaması ilə bağlı yollarda hansı tədbirlər görülür?
"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yeni tədris ilində yollardakı vəziyyət barədə danışdıq.

"Emosional verdiyimiz bütün qərarlar səhvdir" l Şəhər adamı #145
"Şəhər adamı" rubrikasında qonaq olan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə birlikdə insan tipləri, şəxsiyyət quruluşları, emosional ehtiyaclar, narsist və özgüvənli insanlar arasındakı fərqlər, eləcə də qadın və kişilər arasında cəmiyyətdə formalaşmış gözləntilər, stereotiplər və psixoloji təsirlər barədə danışdıq.

Yeni tədris ilində təhlükəsizlik qaydaları
"Qaydaları pozma" verilişində qonağmız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə yeni tədris ilində təhlükəsizlik qaydalarından danışdıq.