PLAY PODCASTS
Avto FM 107.7

Avto FM 107.7

1,000 episodes — Page 4 of 20

Evinizlə bağlı risk və ya zərər halına qarşı nə etməlisiniz? I Şəhər adamı #144

"Şəhər adamı" rubrikasında qonaq olan Paşa Sığorta-nın "Yuvam" məhsulu üzrə məhsul sahibi, sığorta mütəxəssisi Mehralı Əhmədli ilə birlikdə əmlak sığortasının mahiyyəti, evimizi nələrə qarşı necə sığortalaya biləcəyimiz, tez-tez qarşılaşılan risklər və “Yuvam” məhsulunun bu ehtiyaclara necə cavab verdiyi barədə danışdıq.

Sep 11, 202533 min

Yük maşınlarının səbəb olduğu qəzalar

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yük maşınlarının törətdikləri qəzalardan danışdıq.

Sep 10, 202531 min

Bizneslər niyə xarici bazara çıxa bilmirlər? I Şəhər adamı #143

"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, psixoloq Zahid Adıgözəlovla birlikdə Azərbaycan məhsullarının və xidmətlərinin xarici bazarlara çıxışındakı çətinlikləri, ən çox rast gəlinən strateji və menecment səhvləri, brendin düzgün qurulması haqqında danışdıq.

Sep 10, 202534 min

Qəzaların səbəbləri

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə qəzaların səbəblərindən danışdıq.

Sep 10, 202532 min

Su həyatdır, amma onu itiririk... I Şəhər adamı #142

"Şəhər adamı" rubrikasında qonaq olan ətraf mühit üzrə ekspert, hüquqşünas Samir İsayev ilə birlikdəsu ehtiyatlarının azalması, quraqlıq riski, israfın miqyası və gündəlik vərdişlərimizin təbiətə təsiri barədə danışdıq. Həm ölkəmizdə, həm də dünyada su ilə bağlı kritik vəziyyətə nəzər saldıq, qarşısını almaq üçün fərdi və ictimai səviyyədə nə etmək lazım olduğunu müzakirə etdik.

Sep 9, 202535 min

Yollarda təhlükəsizlik qaydaları

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yollarda təhlükəsizlik qaydalarından danışdıq.

Sep 8, 202530 min

İdmanda hüquq pozularsa, kim cavabdehdir? I Şəhər adamı #141

"Şəhər adamı" rubrikasının qonağı olan, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində fəaliyyət göstərən vəkil Elcan Həsənli ilə birlikdə idman dünyasında tez-tez rast gəlinən hüquqi məsələlər, idmançılar və klublar arasında müqavilələr, futbol və digər idman növlərində hüquq haqqında söhbət etdik.

Sep 8, 202543 min

İnvestisiya etməyə haradan başlayaq? I Şəhər adamı #140

"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, "İnvest Akademiya" layihəsinin həmtəsisiçisi Fərid Əbdülzadə ilə birlikdə uğurlu biznesin sirrləri, səhvlər, ideyanın bazara çevrilməsi, pulun dəyəri, investisiya imkanları, risklər və uzunmüddətli yatırımlar barədə danışdıq.

Sep 5, 202534 min

Təhsildə yeniliklər və ilham dolu hekayələr I Şəhər adamı #139

"Şəhər adamı" rubrikasında qonaq olan Kamil Əyyubov adına 12 nömrəli məktəbin ibtidai sinif müəllimi Günel Əkbər ilə birlikdə təhsil sahəsindəki təcrübələrindən, müəllimlik peşəsinin çətinlikləri və gözəlliklərindən danışdıq. Yeni tədris metodları, şagirdlərlə effektiv ünsiyyət yolları və innovativ yanaşmaları, təhsil sistemindəki dəyişikliklər barədə müzakirə etdik.

Sep 4, 202539 min

Yolda hərəkət çətindirsə, problem kimdədir?

"Qaydaları pozma" verilişində qonaq olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə yollarda çətinlik yaradan nəqliyyat vasitələrindən, sürücülərin etdikləri qayda pozuntularından danışdıq.

Sep 4, 202529 min

Azərbaycanın turizm xəritəsi I Şəhər adamı #138

"Şəhər adamı" rubrikasında qonaq olan Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva ilə birlikdə 2025-ci ilin yay turizmi, daxili səfərlər, istirahət mədəniyyəti və yeni turizm imkanları haqqında danışdıq.

Sep 4, 202534 min

Niyə ictimai nəqliyyatı seçək?

"Qaydaları Pozma" verilişində qonaq olan nəqliyyat eksperti Elməddin Murdalı ilə birlikdə gündəlik həyatımızın ayrılmaz hissəsi olan yollar, nəqliyyat, sıxlıq, parklanma və sürücülük mədəniyyəti haqqında söhbət etdik.

Sep 4, 202538 min

İctimai nəqliyyatda qiymət və keyfiyyət bərabərdir? I Şəhər adamı #137

"Şəhər adamı" rubrikasının qonağı olan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə birlikdə ictimai nəqliyyatda gediş haqqı və xidmət keyfiyyəti mövzusunu, digər ölkələrin ictimai nəqliyyat sistemini müzakirə etdik.

Sep 2, 202539 min

İtlər insanları başa düşür? I Şəhər adamı #136

"Şəhər adamı"nda qonaq olan kinoloq Nicat Əhmədli ilə birlikdə itlərin davranışları, baxışları, hərəkətləri, tərbiyə prosesi və insanlarla münasibəti haqqında söhbət etdik.

Aug 29, 202533 min

Uğur planla başlayır? I Şəhər adamı #135

"Şəhər adamı"nda qonaq olan biznes konsultant, mentor, kouç Elçin Hüseynov ilə birlikdə şəxsi inkişaf, biznes quruculuğu, uğursuzluqlardan dərs çıxarma və məqsədə çatmaq üçün doğru strategiyalar, startaplar, kiçik bizneslər üçün ən çox buraxılan səhvlər barədə söhbət etdik.

Aug 29, 202535 min

"Bədən dili yanlış danışmır" I Şəhər adamı #134

"Şəhər adamı"nda qonağımız olan biznes strategiyası, liderlik və qlobal bədən dili eksperti Anar Heydərov ilə birlikdə bədən dilinin insan münasibətlərindəki rolu, gündəlik həyatda və peşəkar aləmdə bədən dili ilə düzgün mesajlar verə biləcəyimiz bir çox mövzunu müzakirə etdik.

Aug 27, 202536 min

Hər kəs qolf oynaya bilər? I Şəhər adamı #133

"Şəhər adamı"nda qonağımız olan qolf üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Tural Vəlizadə ilə birlikdə Golfun ölkəmizdəki inkişafı, gənc istedadların hazırlığı, beynəlxalq turnirlərdə təcrübələr və qarşıdakı planlar barədə danışdıq.

Aug 26, 202537 min

Riyaziyyatı uşaqlara necə sevdirmək olar? I Şəhər adamı #132

"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin riyaziyyat müəllimi Nərmin Piriyeva ilə hesablamaları, riyazi istedadın genetikadan asılılığını, süni intellektin riyaziyyata təsirini, metodikaları, SAT ilə kalkulus arasındakı fərqləri, SAT imtahanlarında köçürmənin qarşısının alınması yollarını və uşaqlarda riyaziyyata olan marağın artırılmasını müzakirə etdik.

Aug 22, 202534 min

Qəzanın baş verməməsi üşün nə edirsiniz?

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə qəzalardan qorunmağın yollarından danışdıq.

Aug 21, 202526 min

İş müsahibəsi zamanı nələrə diqqət etməliyik? I Şəhər adamı #131

"Şəhər adamı"nda qonağımız olan insan resursları üzrə ekspert Nərgiz Nəbiyeva ilə müsahibəyə hazırlaşma qaydasından, müsahibədə bədən dilindən istifadə qaydasından, iş axtararkən istifadə edilən mənbələrdən, düzgün cv hazırlamaqdan, müsahibə zamanı ünvanlanan suallara düzgün cavab verməyin üsüllarından danışdıq.

Aug 21, 202533 min

Düzgün yol infrastrukturu necə olmalıdır?

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Eldəniz Cəfərov ilə düzgün yol infrastrukturundan danışdıq.

Aug 20, 202529 min

Nitq qüsurlu uşaqların müalicəsi zamanı istifadə edilən metodlar I Şəhər adamı #130

"Şəhər adamı"nda qonağımız olan defektoloq, loqoped Səbinə Şahlarova ilə nitq qüsurları və onların müalicə metodlarından, texnoloji alətlərin nitqə təsirindən, dil masajından, kəkələmənin yaranma səbəblərindən, qorxunun nitqə təsirindən, motorikadan və hiperaktiv uşaqlarla davranış qaydalarından danışdıq.

Aug 20, 202536 min

Azərbaycanda xidmət sektorunu inkişaf etdirmək üçün nə etmək lazımdır? I Şəhər adamı #129

"Şəhər adamı"nda qonağımız olan "food blogger" Miryusif Mirzəzadə ilə "food blogger"likdən, təamların növlərindən, xarici mətbəxlərdən, ölkəmizin xidmət sektorunun xarici ölkə ilə müqayisəsindən, xidmət sektorundakı boşluqlardan, restorandakı konseptlərdən, həmçinin xidmət sahəsini asanlaşdırmaq üçün təşkil olunacaq layihələrdən bəhs etdik.

Aug 19, 202531 min

Sürücülük təlimi və yol təcrübəsi

"Qaydaları pozma" verilişində qonağımız olan Beynəlxalq dərəcəli təlimçi Adil Nəbiyev ilə sürücülük təlimi haqqında danışdıq.

Aug 18, 202528 min

Uğurlu alpinist olmaq üçün nələri bilmək vacibdir? I Şəhər adamı #128

"Şəhər adamı"nda qonağımız olan alpinizm üzrə idman ustası, beynəlxalq dərəcəli hakim İsrafil Aşurlı ilə alpinizmdən, alpinist psixologiyasından, zirvələrdən, hündür zirvələrdə baş verən çətinliklərdən, dağlara dırmanarkən rast gəlinən təhlükələrdən və istifadə edilən avadanlıqlardan danışdıq..

Aug 18, 202536 min

Ev heyvanına sahiblənərkən nələrə diqqət etməliyik? I Şəhər adamı #127

"Şəhər adamı"nda qonağımız olan veterinar Fərman Həsənzadə ilə ev heyvanları, onların peyvəndlənmələrindən, sağlamlıqlarının qorunmasından, ev heyvanına sahiblənərkən diqqət etməli olduğumuz məqamlardan, qidalandırma ilə bağlı yanlışlardan, ev şəraitində edilən qulluqdan, qısırlaşdırmadan və quduzluqdan danışdıq.

Aug 15, 202533 min

Şəxsi inkişaf nədən başlayır? I Şəhər adamı #126

"Şəhər adamı"nda qonağımız olan şəxsi inkişaf üzrə beynəlxalq təlimçi, "kouç" Gülgün Quliyeva ilə şəxsi inkişafdan, keçmiş və indiki nəslin düşüncələrinin müqayisəsindən, seçim çoxluğunun müasir nəsildə yaratdığı passivlikdən, valideynlərin övladlarının inkişafındakı rollarından və qadın-kişi münasibətlərindən bəhs etdik.

Aug 14, 202540 min

Tatu ilə qalıcı "make up"ın fərqləri I Şəhər adamı #125

"Şəhər adamı"nda qonağımız olan qalıcı "make up" ustası Zərifə Sultanlı ilə tatudan, permanentdən, tatu etdirərkən bilməli olduğumuz vacib məqamlardan, rəssamlıqdan, həmçinin motosiklet sürərkən diqqət etməli olduğumuz faktorlardan, sürət həddindən və yeni başlayanların bilməli olduğu vacib məqamlardan bəhs etdik.

Aug 13, 202530 min

Dil öyrənərkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #124

"Şəhər adamı"nda qonağımız olan Dünya Poliqlotlar Cəmiyyətinin yeganə azərbaycanlı üzvü, poliqlot Aslan Məmmədzadə ilə dil öyrənərkən diqqət etməli olduğumuz məqamlardan, dil biliklərinin inkişaf yollarından, Poliqlotlar Cəmiyyətindən, dil öyrənmək üçün lazımlı proqramlardan və dil öyrənərkən doğru bildiyimiz yanlışlardan danışdıq.

Aug 12, 202542 min

Piyada vurulma hadisələri

"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə piyada vurulma hadisələrindən, bunun səbəblərindən və qorunma yollarından bəhs etdik.

Aug 12, 202541 min

Pul yığmaqda “Dama-Dama"nın köməyi nədir? I Şəhər adamı #123

"Şəhər adamı"nda qonağımız olan ABB-də baş məhsul sahibi Firuz Manafov və müştəri təcrübələri üzrə ekspert Nihad Salmanlı ilə pul yığmaqda “Dama-Dama"nın köməyindən, “Dama-Dama"nın işləmə prinsipindən, “Dama-Dama" üçün nəzərdə tutulan yeniliklərdən bəhs etdik.

Aug 11, 202536 min

Yay mövsümü və avtomobil sığortası

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə yay mövsümü və avtomobil sığortasının önəmindən bəhs etdik.

Aug 11, 202535 min

Piyada təhlükəsizliyi necə tənzimlənməlidir?

"Qaydaları pozma" verilişində qonağımız olan Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə piyada təhlükəsizliyindən danışdıq.

Aug 7, 202523 min

Xanımlar hansı biznes sahələrində daha uğurlu olurlar? I Şəhər adamı #122

"Şəhər adamı"nda qonağımız olan "Bloom Group" marketinq agentliyin təsisçisi Səbinə Pərvizi ilə sahibkarlıqdan, sosial şəbəkələrdəki marketinq trendindən, özünüinkişafdan, marketinq təlimlərindən və süni intellektin marketinqə təsirindən danışdıq.

Aug 7, 202537 min

Ev almaq, yoxsa kirayə yaşamaq? I Şəhər adamı #121

"Şəhər adamı"nda qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə daşınmaz əmlakdan, evlərin qiymət artımına təsir edən faktorlardan, süni qiymət artımlarından, əlimyandı mənzillərdən və daşınmaz əmlak bazarının gələcəyindən danışdıq.

Aug 6, 202536 min

Dalğıclığa yeni başlayanlara hansı bacarıqlar öyrədilir? I Şəhər adamı #120

"Şəhər adamı"nda qonağımız olan "Baku Divers" milli dalğıc klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı, dalğıc Elsevər Əliyev ilə dalğıclığın sirrlərindən, riskli tərəflərindən, bu sənətdə yayılan miflərdən və dənizdə boğulma təhlükələrindən bəhs etdik.

Aug 5, 202538 min

Moped və motosikletlərin təhlükəsizlik qaydaları

"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə moped və motosikletlərin təhlükəsizlik qaydalarından danışdıq.

Aug 5, 202531 min

Yollarda təlim maşınlarına güzəşt

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda təlim maşınlarına olunan güzəştlərdən danışdıq.

Aug 5, 202531 min

"ABB Mobile"da sənədlərin rəqəmsal imzalanması müştəri üçün hansı üstünlükləri yaradır? I Şəhər adamı #119

"Şəhər adamı"nda qonağımız olan "ABB Mobile"da təhlükəsizlik və qeydiyyat üzrə baş məhsul sahibi olan Səyyarə Axundova ilə bank xidmətlərindən, müştəri əməliyyatlarının təhlükəsizliyindən, müştərilər üçün yeni rəqəmsal imkanlardan, onlayn etibarnamə və elektron imza funksiyalarından, həmçinin banka edilən investisiyadan danışdıq.

Aug 4, 202531 min

Qəzalar ən çox hansı səbəblərdən baş verir?

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə qəzaların baş vermə səbəblərindən danışdıq.

Aug 1, 202534 min

Sığorta müqaviləsini oxumasaq nə baş verər?

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığorta müqaviləsi haqqında danışdıq.

Aug 1, 202532 min

Dişimizi fırçalayarkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #118

"Şəhər adamı"nda qonağımız olan stomatoloq Mahnur Həsənzadə ilə diş əti xəstəliklərindən, dişlərin fırçalanma qaydasından, ağız baxımı zamanı edilən yanlışlardan, stomatologiya ilə bağlı tendensiyalardan və faydalı diş məcunlarından bəhs etdik.

Aug 1, 202530 min

Musiqidə bəstə necə yaranır? | Şəhər adamı #117

"Şəhər adamı"nda qonağımız olan pianoçu, bəstəkar və musiqi prodüseri Emil Əfrasiyab ilə musiqi və bəstəkarlıq fəaliyyətindən, Amerika və Azərbaycanda aldığı musiqi təhsillərindən, III MDB Oyunlarından, klassik və caz musiqilərindən bəhs etdik.

Jul 31, 202541 min

Sükan arxasında düzgün geyim seçimi

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı ilə sükan arxasında düzgün geyim seçimindən danışdıq.

Jul 30, 202533 min

Təhsildə rəqəmsallaşma özünü necə göstərir? | Şəhər adamı #116

"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin rəhbəri Rüstəm Piriyev ilə təhsildə rəqəmsallaşmadan, beynəlxalq proqramlardan, valideynlərin xaricdə təhsilə yanaşma prinsiplərindən və xaricdə təhsil alan tələbələrə qarşı edilən dələduzluqlardan bəhs etdik.

Jul 30, 202537 min

Sizi qəzalardan qoruyacaq 15 məsləhət

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sizi qəzalardan qoruyacaq 15 məsləhət haqqında danışdıq.

Jul 29, 202533 min

Yollarda etik davranışlar

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik -Leytenant Mübariz Ağayev ilə yollarda etik davranışlardan danışdıq.

Jul 29, 202534 min

Sığorta etməsək nə olar?

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın vacibliyindən danışdıq.

Jul 29, 202533 min

Brendin düzgün pozisiyalanması nədir? I Şəhər adamı #115

"Şəhər adamı"nda qonağımız olan ABB-nin Brendin idarəedilməsi şöbəsinin rəhbəri Könül Hilal ilə brend pozisiyalandırılmasından, ABB-nin imtiyazları və perspektivlərindən ,bu sahədəki rəqiblərdən və brendin sosial şəbəkədə yerləşdirilməsindən danışdıq.

Jul 29, 202529 min

Yollarda qəza keçirməmək üçün nə edirsiniz?

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda qəza keçirməmək üçün görülməli olan tədbirlərdən danışdıq.

Jul 28, 202536 min