PLAY PODCASTS
Avto FM 107.7

Avto FM 107.7

1,000 episodes — Page 7 of 20

Piyadalar qəzaya necə səbəb olurlar?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə piyadalar və onların yollarda qəzalara səbəb ola biləcək davranışları haqqında danışdıq.

Apr 22, 202530 min

Biznes qurmaq istəyənlər nələri bilməlidirlər? I Şəhər adamı #68

"Şəhər adamı"nda qonağımız olan sahibkar Fəridə Əsgərzadə ilə Azərbaycanda sahibkarlığın inkişafından, alıcıların reaksiyasından, uğurlu biznes və marketinqdən və s. danışdıq.

Apr 21, 202531 min

Marafon qaçışı üçün yaş önəmli deyil I Yol əhvalatı #551

"Yol əhvalatı"nda qonağımız olan "Ironman" Firdovsi Kərimov ilə sağlam olmağın sirrindən, soyuq və buzlu suya girməyin faydasından, "Marafon" klubu ideyasından və s. danışdıq.

Apr 21, 202530 min

"Avtomobil idarə etmək əyləncə ola bilməz"

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə avtomobil idarə etməyin məsuliyyətlərindən, səhhətində problem olan sürücülərin sükan arxasında diqqət etməli olduqları məqamlardan danışdıq.

Apr 21, 202536 min

Sığorta təbii fəlakətlərin verdiyi zərəri qarşılayır?

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təbii fəlakətlər baş verdiyi hallarda sığorta təminatı haqqında danışdıq və dinləyicilərlə müzakirələr etdik.

Apr 18, 202534 min

4-cü sənaye inqilabı nədir? IŞəhər adamı #67

"Şəhər adamı"nın qonaqları olan 4SİM-in Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və 4SİM-in Mətbuat Katibi Kamil Piriyev ilə sənaye inqilabının nə olduğundan, insan kapitalının inkişafından, "Startup" layihələrindən və s. danışdıq.

Apr 17, 202530 min

Nəqliyyatın yağışla sınağı

"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə güclü külək və yağışlı hava şəraiti səbəbindən paytaxt yollarında yaranan çətinlik, problemlər və onların həlli barəsində danışdıq.

Apr 17, 202530 min

Yağışlı havada sürücülər nələrə diqqət etməlidirlər?

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin yağışlı hava şəraitində üzləşdikləri problemləri müzakirə edib, diqqət etməli olduqları məqamlardan danışdıq.

Apr 16, 202531 min

Xaricdə olarkən telefonlarınızdan ehtiyyatlı olun! I Yol əhvalatı #550

"Yol əhvalatı"nda qonağımız olan psixoloq, yoqa müəllimi Nərgiz Əliyeva ilə İtaliya və İspaniya səyahətləri zamanı oğurluq hadisələrindən, başına gələn ən maraqlı əhvalatlardan danışdıq.

Apr 16, 202528 min

Siz özünüzü peşəkar sürücü hesab edirsiniz?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə peşəkar sürücünün xüsusiyyətlərindən danışıb, dinləyicilərlə bu mövzuda müzakirələr etdik.

Apr 15, 202537 min

Erkən rezervasiya etməklə ödənişi hissəli ödəyə bilərsiniz! I Yol əhvalatı #549

"Yol əhvalatı"nda qonağımız olan turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva ilə erkən rezervasiyaların önəmindən, Türkiyədə gediləcək ən maraqlı istiqamətlərdən, və qiymətlərdən danışdıq.

Apr 15, 202531 min

Bali səyahətini planlaşdıranlar nələri bilməlidirlər? I Yol əhvalatı #548

"Yol əhvalatı" rubrikasının qonağı Ruhanə Əhmədova iş fəaliyyətindən, Çinin dəmir yollarından, qidalanmasından, Bali səyahəti zamanı yoluxan xəstəlikdən və digər maraqlı məqamlardan bəhs etdi.

Apr 14, 202534 min

Qəzalardan dərs çıxara bilirik?

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə ölkə ərazisində baş verən qəzalara səbəb olan yol hərəkəti qaydalarının pozuntusu və sürücülərin yollarda daha çox diqqət etməli olduqları yol hərəkəti qaydalarından danışdıq.

Apr 14, 202535 min

Kasko sığortası hansı hallarda ödəniş etmir?

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə kasko sığortasının əhatə dairəsi, ödəniş etmədiyi hallar və işləmə prinsiplərindən danışdıq.

Apr 11, 202521 min

Azərbaycanın boşanmaların sayına görə Avropada üçüncü olmasının səbəbi nədir? l Şəhər adamı #66

"Şəhər adamı"nın qonağı psixoloq Lalə Allahverdiyeva kişi-qadın münasibətlərindən, boşanmaların səbəblərindən, qadınların həmişə qurban kimi göstərilməsindən və manipulyasiyalardan, çoxlu şəxsiyyət və "borderline" pozuntularından və digər maraqlı məqamlardan bəhs etdi.

Apr 11, 202552 min

Yollarda süni tıxaclar necə yaranır?

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yollarda yaranan süni tıxaclar, səbəb olduğu problemlər və onların hərəkətə təsirindən danışdıq.

Apr 11, 202536 min

Sürücülər tərəfindən ən çox hansı qaydalar pozulur?

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin ən çox pozduqları yol hərəkəti qaydaları, bu pozuntuların yaratdıqları təhlükələrdən danışdıq.

Apr 10, 202533 min

Azərbaycan İdman Akademiyasının magistr proqramlarının üstünlükləri l Şəhər adamı #65

"Şəhər adamı"nın qonaqları Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva və prorektorun müşaviri Zərifə Kamilova Azərbaycan İdman Akademiyasının fəaliyyətindən, mövcud olan ixtisaslar, magistr proqramlarının üstünlüklərindən və digər maraqlı məqamlardan bəhs etdilər.

Apr 10, 202534 min

İbizada istirahət etmək turistlərə nələr vəd edir? I Yol əhvalatı #547

"Yol əhvalatı" rubrikasının qonaqları Əliyev Hüseyn və Əliyeva Səma İbiza səyahətindən, bu səyahət üçün düzgün planlamanın qurulmasından və digər maraqlı məqamlardan bəhs etdi.

Apr 9, 202533 min

Sürücülərin qəzalara səbəb ola biləcək 10 səhvi

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin yollarda qəzalara səbəb olacaq əsas 10 səhvindən və diqqət etməli olduqları məqamlardan danışdıq.

Apr 8, 202537 min

Yaponiya və Cənubi Koreya səyahətlərində nələrlə qarşılaşa bilərsiniz? I Yol əhvalatı #546

"Yol əhvalatı" rubrikasının qonağı turizmçi Hilal Abdullayeva Yaponiya və Cənubi Koreyaya etdiyi səyahətdən, görməli yerlərindən, mətbəxlərindən və digər maraqlı məqamlardan bəhs etdi.

Apr 8, 202530 min

Turistlər niyə görə az bilinən istiqamətlərə səyahət edirlər? I Yol əhvalatı #545

"Yol Əhvalatı" rubrikasının qonağı Abidin Məmmədli ilə tur şirkətləri seçərkən diqqət etməli olduğumuz məqamlardan, ölkə daxili turlardan, Laos , Kamboca kimi ölkələrdən söhbət açdıq.

Apr 7, 202532 min

İcbari sığorta ilə bağlı sürücülər nələri bilməlidirlər?

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığortanın işləmə prinsipləri və sürücülərin diqqət etməli olduqları məqamlardan danışdıq.

Apr 4, 202536 min

İşçilər üçün ideal iş mühiti necə olmalıdır? l Şəhər adamı #64

"Şəhər adamı"nın qonağı insan resursları üzrə biznes tərəfdaş Nisə Əbülhəsənova ilə iş yerində düzgün əlaqələrin qurulması, CV hazırlayarkən edilən səhvlər haqqında ətraflı söhbət etdik.

Apr 4, 202535 min

Düzgün parklanma etməyənlərə irad bildirməliyik?

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yolun hərəkət hissəsində düzgün parklanma etməyən sürücülər və onların hərəkətə təsirindən danışdıq.

Apr 3, 202535 min

Afinada turistləri niyə sevmirlər? I Yol əhvalatı #544

"Yol əhvalatı" rubrikasının qonağı Şəfəq Mehrəliyeva ilə 26 il sonra yenidən baş tutan Afina səyahətindən danışdıq.

Apr 3, 202536 min

Şəxsi avtomobillərinizdən imtina etməyə hazırsınız?

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ictimai nəqliyyatdan istifadənin effektivliyi və əlçatanlığından, şəhər mərkəzində avtomobilsiz həyatın üstünlüklərindəndanışdıq.

Apr 2, 202527 min

Tanzaniya səyahəti turistlər üçün niyə görə sərfəlidir? I Yol əhvalatı #543

"Yol Əhvalatı" rubrikasının qonaqları turizmçi İbrahim Məmmədli və tur meneceri Səfanə Məmmədova ilə Zənzibara səyahət etməyin yolları haqqında ətraflı söhbət etdik.

Apr 2, 202525 min

Bir insanın yalan danışdığını necə müəyyən edə bilərik? l Şəhər adamı #63

"Şəhər adamı"nın qonağı akmeoloq, psixoloq Rəvan Soltan ilə "Necə edək ki, yalanı başa düşək və az aldanaq ? " mövzusunda ətraflı söhbət etdik.

Apr 2, 202530 min

İlin hansı günlərində Avropaya səyahət etməməliyik? Yol əhvalatı #542

"Yol Əhvalatı" rubrikasının qonaqları influenserlər İlkin və İlkanə Zülfüqarlı ilə Avropa ölkələrinə olan səyahətlərindən söhbət açdıq.

Mar 19, 202537 min

Yollarda təhlükəsizliyinizi artıracaq 11 məsləhət

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülərin diqqət etməli olduqları 11 nüansdan, qəza şəraiti yaradan amillərdən danışdıq və mütəxəssis sürücülərə məsləhətlər verdi.

Mar 18, 202533 min

Şri- Lanka səyahətində turistlər nələri nəzərə almalıdırlar? I Yol əhvalatı #541

"Yol Əhvalatı" rubrikasının qonağı turizmçi Aida Əliyeva ilə tur operatorları seçərkən diqqət edilməli məqamlardan, Şri-Lankanın paytaxtı haqqında maraqlı məqamlardan söhbət açdıq.

Mar 18, 202534 min

Təlimlər insan xarakterini dəyişə bilər? l Zaman maşını #95

"Zaman maşını" verilişinin qonağı olan təlimçi Cəfər İbadov ilə düzgün nəfəs almamağın yaratdığı çətinliklərdən, təlimlərin faydalarından danışdıq.

Mar 18, 202535 min

Səhv yazılan inzibati cərimələr

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yanlış yazılan inzibati cərimələrdən,bu məsələdə sürücülərin səhvlərindən, həmçinin moped və motosikletlərin yollarda yaratdıqları təhlükərlərdən danışdıq.

Mar 17, 202540 min

Avtobus zolaqları ilə bağlı hansı yeniliklərə ehtiyac var?

"Qaydaları Pozma" verilişində beynəlxalq sürücülük təlimçisi Adil Nəbiyevlə birlikdə avtobus və velosiped zolaqları ilə bağlı vəziyyətdən, təkliflərdən, çəkilməsi planlaşdırılan yeni yollardan və onların tıxaclara təsirindən danışdıq.

Mar 17, 202542 min

Sabunçuda yüzlərlə tarixi bina var. l Şəhər adamı #62

"Şəhər adamı"nın qonağı tarixçi Müşfiq Əkbər ilə Sabunçunun tarixindən, burada var olan tarixi binalardan, məşhur Sabunçu bazarının tarixindən danışdıq.

Mar 17, 202539 min

Teatr hər kəs üçün olmalıdır? l Zaman maşını #94

"Zaman Maşını" verilişinin qonağı teatrşünas Elçin Cəfərov ilə Azərbaycanda teatrın inkişaf prossesindən , teatr sahəsində olan çatışmazlıqlardan bəhs etdik.

Mar 17, 202536 min

"Avroviziya" Mahnı Müsabiqəsinə maraq azalıb? l Şəhər adamı #61

"Avroviziya 2025"in Azərbaycan üzrə media rəhbəri Turab Teymurov ilə təmsilçimiz "Mamagama" qrupundan, "Avroviziya 2025" üçün ölkələrin təqdim etdikləri mahnılardan söhbət açdıq.

Mar 17, 202536 min

"Avroviziya 2025" mahnımız "Run With U" necə yarandı?

"Zaman maşını" verilişində "Avroviziya 2025" təmsilçimiz "Mamagama"ilə Avroviziya hazırlıqlarından, mahnımızın yazılma prossesindən, yeniliklərdən bəhs etdik və qrup üzvlərini daha yaxından tanıdıq.

Mar 14, 202531 min

Ronaldonun saçını düzəldən gözəllik salonu sahibi. l Şəhər adamı #60

"Şəhər adamı" rubrikasının qonağı radio aparıcı və gözəllik salonu rəhbəri Nərgiz Tahirova ilə aparıcılqdan, sahibkarlıqdan , maraqlı səyahətlərindən bəhs etdik.

Mar 13, 202532 min

Nəqliyyat vasitələri hansı hallarda duracağa yerləşdirilə bilər?

"Qaydaları Pozma" verilişində "Qanuna Zidd" layihəsinin rəhbəri Hüseyn Məmmədzadə ilə birlikdə nəqliyyat vasitələrinin duracağa yerləşdirilmə qaydalarından, bu prosesdə sürücülərin bilməli olduqları məqamlardan, konstruksiya dəyişikliyindən və sürücünün cərimə oluna biləcəyi hallardan danışdıq.

Mar 13, 202539 min

Palma yağı düşünüldüyü qədər zərərli deyil. I Zaman maşını #93

"Zaman maşını" verilişinin qonağı nutrisioloq Emil Allahverdiyev ilə qidalanma ilə bağlı doğru bildiyimiz yanlışlardan danışdıq.

Mar 13, 202536 min

Yunanıstan səyahətində turistlər haraları görməlidirlər? I Yol əhvalatı #540

"Yol əhvalatı" rubrikasının qonaqları PAŞA Travel şirkətinin baş icraçı direktoru Bəhruz Əsgərov və satış üzrə meneceri Nicat Əmirov ilə Yunanıstana asan səyahət üsullarından, görülməli ərazilərdən bəhs etdik.

Mar 12, 202540 min

Bakının hansı küçələrində hərəkət düzgün qurulmayıb?

"Qaydaları Pozma" verilişində nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə birlikdə Bakıda hərəkətin düzgün təşkil edilmədiyi küçə və prospektlərdən, bunların mümkün həlli yollarından, tıxacların artmasının səbəblərindən danışdıq.

Mar 12, 202518 min

Müasir dövrdə bir mahnı necə hit olur? I Zaman maşını #92

"Zaman maşını" verilişinin qonağı müğənni VVSVAUPRA gənc müğənnilərin inkişafı üçün lazım olan səbəblərdən bəhs etdik.

Mar 12, 202533 min

Avtomobilin ən vacib texniki xüsusiyyəti hansıdır?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dumanlı hava şəraitində sürücülərin diqqət etməli olduğu məqamlardan, avtomobilin ən vacib texniki xüsusiyyətlərindən, sürücülərin texniki yeniliklərə nə dərəcədə hazır olmasından danışdıq.

Mar 11, 202538 min

"Orxideya" ən çox tələb görən güldür. l Şəhər adamı #59

"Şəhər adamı" rubrikasının qonağı bitki mütəxəssisi Rufan Əmiraslanov ilə bitkilərin yaddaşından, bitkilərə düzgün qulluq qaydalarından danışdıq.

Mar 11, 202534 min

Rəssamlar maddi gəlir və sənətkarlıq arasında seçim etməli olurlar. l Şəhər adamı #58

"Şəhər adamı" verilişinin qonağı rəssam Mahizər Sadıqlı ilə İtaliyada Azərbaycan rəssamlarının iştirakı ilə keçirilən "Art of Cultural Diplomacy- Art for Peace" sərgisindən bəhs etdik.

Mar 11, 202524 min

Mahnılarımı melanxoliya vəziyyətində yazıram. I Zaman maşını #91

"Zaman maşını" verilişinin qonağı Orxan Zeynallı ilə konsertləri, mahnıları, Azərbaycana geri qayıtmaq qərarı və daha bir çox maraqlı məqamlar barədə söhbət etdik.

Mar 11, 202532 min

Daha çox hansı qayda pozuntularına görə qəzalar baş verir?

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polis polkovnik leytenantı Mübariz Ağayevlə birlikdə son zamanlar qəzaların səbəblərindən, qəzalara səbəb olan qayda pozuntularından danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Mar 10, 202535 min