
Avto FM 107.7
1,000 episodes — Page 1 of 20

Təbii Fəlakətlərdə Avtomobil Zədələri: Sığorta Nəyi Ödəyir, Nəyi Yox? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə intensiv yağış və təbii fəlakətlər zamanı avtomobillərə dəyən ziyanın sığorta tərəfindən qarşılanması qaydaları, həmçinin sürücülərin belə hava şəraitində yol verdiyi kritik səhvlər və sığorta ödənişi almaq üçün atmalı olduqları addımlar barədə danışdıq.

MO, MO1 və MO-S fərqləri – təkər alanda bunu bilməlisiniz! I Bir Avto
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkər seçimində homoloqasiya anlayışı, MO–MO1–MO-S fərqləri, mühəndislər tərəfindən təsdiqlənmiş təkərlərin təhlükəsizlik və komforta təsiri, həmçinin düzgün və uyğun təkər seçiminin vacibliyi haqqında danışdıq.

Yolun Ortasında Dayanan Sürücülərin Yaratdığı Təhlükə I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yağışlı havada qəza risklərinin artma səbəbləri, sürücülərin sürüşkən yollarda yol verdiyi tipik səhvlər, yolun hərəkət hissəsində dayanmağın yaratdığı ciddi təhlükələr və qəza zamanı düzgün davranış qaydaları haqqında müzakirə apardıq.

Yol Qəzası Baş Verdikdə Nə Etməli? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə qəza anında ilk addımlar, avtomobilin hansı hallarda tərpədilməməsi, xəsarət olduqda görüləcək tədbirlər, kiçik maddi ziyanlı hallarda razılaşma imkanı, qəza yerini tərk etməyin hüquqi nəticələri və sürücülərin ən çox etdiyi səhvlərdən danışdıq.

Brend məhsulların keyfiyyətinə necə nəzarət olunur? - Məişət texnikalarında yeniliklər I Şəhər adamı #206
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.

Qəzaların Əsl Səbəbi: Qayda Bilməmək, Yoxsa Bilərəkdən Risk? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.

Çin avtomobilləri: Texnologiya, servis və reallıqlar I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.

Gələcəyin qazandıran peşələri - Data analitika və dizayn proqramlarının süni intellektlə əlaqəsi I Şəhər adamı #205
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.

Sükan Arxasında Niyə Dəyişirik? Aqressiyanın Gizli Səbəbləri I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.

Müasir dövrdə Novruz adət-ənənələri I Şəhər adamı #204
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.

Piyada Vurulduqda Kim Günahkardır? – Sürücü, Yoxsa Piyada I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyada qəzalarının artmasının səbəbləri, sürət həddinin aşılması, sürücü diqqətsizliyi, piyadaların yol hərəkəti qaydalarını pozması, hadisələrin daha çox baş verdiyi nizamlanmayan piyada keçidləri və magistral yollar, eləcə də qaydanı pozan tərəfləri gözləyən inzibati cərimələr barədə danışdıq.

On ilin qonşuşu - Mərdan Kazımovla Oba-nın 10 illiyinə həsr olunan klipi I Şəhər adamı #203
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Müğənni Mərdan Kazımov, Brend imicinin idarəedilməsi şöbəsinin müdiri Nəzrin Əliyeva oldu. Veriliş zamanı Obanın 10 illiyi üçün Mərdan Kazımovla olan əməkdaşlığından, bu əməkdaşlıqdan yaranan reklamın insanlarda hansı təəssüratı yaratdığından, Obanın gələcək məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.

Hansı təkər yaxşıdır: Çin, yoxsa ABŞ? I Bir Avto
Bu dəfə “Bir Avto” verilişimizin qonağı "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev oldu. Veriliş zamanı şin müayinəsinin növlərindən, şinlərin şişməsinin səbəblərindən, "yaxşı təkər" anlayışından və digər maraqlı mövzulardan bəhs etdik.

Genetik xəstəliklərin əsas səbəbləri - Qohum evliliklərinin yaratdığı genetik xəstəliklər I Şəhər adamı #202
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı həkim- genetik Dr.Əmirli Günay oldu. Veriliş zamanı genetik həkim niyə vacibdir, ən çox yayılan genetik xəstəliklər, qohum evliliklərinin yaratdığı genetik təhlükələr haqqında ətraflı müzakirə apardıq.

Bakı yollarında "Sol Zolaq" problemi: Niyə sağa keçmirik? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sol zolağın düzgün istifadəsi, bu zolağın əsassız zəbt edilməsinin səbəbləri, arxadan işıq siqnalı ilə yol tələb etməyin hüquqi tərəfi və qəza riski, sol zolağın "sürətli zolaq" olması ilə bağlı yanlış təsəvvürlər haqqında danışdıq.

Kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi I Şəhər adamı #201
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Odlar Yurdu Universitetin dosenti, "Irrigation.az" MMC - nin təsisçisi İbadov Fuad oldu. Veriliş zamanı qlobal su böhranından, su ehtiyatlarının səmərəli istifadəsindən, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqindən, iqlim stansiyalarının gətirdiyi üstünlüklərdən və digər maraqlı mövzulardan bəhs etdik.

Uşaqlarda kəkələmə və nitq ləngiməsi - Telefon istifadəsinin azaldılması I Şəhər adamı #200
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı defektoloq-loqoped Esmira Kazımova oldu. Veriliş zamanı uşaqlardakı danışıq pozğunluğunun əsas səbəblərindən, günümüzdə bu problemlərin artmasından, dəblə ayaqlaşmaq üçün uşaqlarını başqa dildə təhsilə yönəldən valideynlərdən və digər maraqlı mövzulardan bəhs etdik.

Qəza zamanı sığorta ödənişi necə hesablanır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı zərərin hesablanması qaydaları, bu prosesdə həyata keçirilən addımları, araşdırmanın obyektivliyi və ödənişdən narazı qalınan zaman diqqət yetirilən hüquqi məsələlər müzakirə edildi.

Dubayda qalan həmvətənlərimiz geri qaytarılır I Şəhər adamı #198
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı aviasiya üzrə ekspert Zöhrab Əliyev oldu. Veriliş zamanı Dubaydan Bakıya həmvətənlilərimizin ölkəyə gətirilməsindən, ölkəyə qayıtmaq üçün nəzərdə tutulmuş yollardan, qısa zamanda təyyarə biletini necə əldə etməli olduqlarından və digər maraqlı mövzulardan bəhs etdik.

""Wolt" texnologiya tətbiqidir" I Şəhər adamı #199
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Wolt" şirkətinin marketinq meneceri Nərmin Əyyubova oldu. Veriliş zamanı marketinq təhsilindən, "Wolt" şirkətinə məxsus olan maraqlı kampaniyalar və ideyalardan, "öncədən sifariş" ideyasının üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.

"Moped sürücüləri üçün qaydalar sərtləşdirildi" I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə moped sürücülərinin iştirakı ilə artan qəza statistikası, onların törətdiyi qayda pozuntuları və dəbilqəsiz hərəkətin riskləri fonunda 26 martdan tətbiq ediləcək A1 kateqoriyası və dövlət qeydiyyatı qaydalarının yol hərəkəti təhlükəsizliyini necə artıracağı barədə danışdıq.

Moped Qəzaları: Ölümcül Səhvlər və Qorunma Yolları I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə yollarda moped və motosikletlərin iştirakı ilə baş verən qəzalar, onların əsas səbəbləri, yüksək sürət, qoruyucu vasitələrdən imtina və digər sürücülərin diqqətsizliyi barədə danışdıq.

Həyatınızı dəyişdirin! - Effektiv danışmağın yolları - Bədən dili analizi - Liderlik bacarıqları I Şəhər adamı #197
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Biznes strategiyası, liderlik və qlobal bədən dili üzrə ekspert Anar Heydərov oldu. Veriliş zamanı işinin mütəxəssisi olmaqda bədən dilinin önəmindən, effektiv danışmağın yollarından, bədən dili analizindən və digər maraqlı mövzulardan bəhs etdik.

Nəqliyyatda İnqilab: Nələr dəyişiləcək? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə birlikdə ictimai nəqliyyatda vaxt itkisi və komfort problemləri, intervalların azaldılmasının əhəmiyyəti, avtobus zolaqlarının effektivliyi, təmiz nəqliyyatın psixoloji üstünlükləri, eləcə də mikromobillik infrastrukturunun reallığı məsələlərindən danışıldı.

Yolda Mədəniyyət: Problem və Həllər I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücü davranışı və yol etikası, qanunların tətbiqi və nəzarətin gücləndirilməsi, piyada və sərnişin mədəniyyəti, sürücülük təlimində müəllim seçiminin rolu, infrastruktur problemləri, ailə faktorunun təsiri və peşəkar sürücülərin nümunəvi davranışının mədəni mühitin formalaşmasına təsiri müzakirə olundu.

Kimlər maşinist ola bilməz? - Metropoliten əməkdaşlarının psixoloji sağlamlığı - İşə qəbul I Şəhər adamı #196
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Klinik psixoloq, Bakı Metropoliteni QSC-nin psixoloqu Orxan Məcnunov oldu. Veriliş zamanı metropolitenə maşinistlərin işə götürülmə qaydalarından, sərnişinlərdən ən çox gələn şikayətlərdən, insanları stresləndirən səbəblərdən və həll yollarından və digər maraqlı mövzulardan bəhs etdik.

Qeyri-adi astronomik hadisələr - Şamaxı Astrofizika Rəsədxanası haqqında - Azərkosmosun inkişafı I Şəhər adamı #195
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Həvəskar Astronomlar Cəmiyyəti" İctimai Birliyinin sədri Faiq Nağıyev oldu. Veriliş zamanı "Həvəskar Astronomlar Cəmiyyəti"ndən, bu cəmiyyətə üzv olan insanlardan, professional teleskoplardan və digər maraqlı mövzulardan bəhs etdik.

Yola Atılan Tullantılar: Təhlükə və Cərimələr I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə yola atılan tullantılar, onların səbəb ola biləcəyi yol-nəqliyyat hadisələri, tətbiq olunan inzibati cərimələr və texniki nəzarət mexanizmlərinin sərtləşdirilməsi nəticəsində bu halların qarşısının alınması məsələlərini müzakirə etdik.

Forumların sahibkarlara xeyiri nələrdir - Xaricdə keçirilən təhsil forumları və faydaları I Şəhər adamı #194
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Peak Group" təşkilatının direktoru Aysel Mirzəyeva oldu. Veriliş zamanı xaricdə təşkil etdiyi tədbirlərdən, təhsil forumlarından, bu forumların təhsilimizə gətirdiyi yeniliklərdən, etdiyi səyahətlərindən, kruiz turunun üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.

Sıxlığın əsl səbəbi: Sürücü səhvləri, yoxsa yol infrastrukturu? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla süni sıxlıqların yaranma mexanizmi, sürücülərin nizamsız zolaq dəyişməsi və işıqforda diqqətsizliyinin axına vurduğu ziyan, həmçinin yoldakı maraqlı hadisələrə baxmaq üçün yavaşlamanın yaratdığı ləngimə və sürücü psixologiyasının hərəkət intensivliyinə təsiri ətraflı şəkildə müzakirə olundu.

Özəl gün çəkilişlərində düzgün videoqraf və fotoqraf seçimi - Toy çəkilişlərində diqqətli olun I Şəhər adamı #193
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonaqları fotoqraf və səyahətçi Aysun və Davud Hasani cütlüyü oldu. Veriliş zamanı Avropada etdikləri toy çəkilişlərindən, toy fotosessiyasının qiymətlərindən, çəkiliş zamanı kompleksli cütlüklərlə düzgün işləmək formasından və digər maraqlı mövzulardan bəhs etdik.

Sığorta ödənişini necə almalı? İmtina edilsə, nə etmək lazımdır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "Bakı Sığorta" ASC-nin Ləğvetmə Komissiyasının sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Oqtay Şeydabəyov ilə birlikdə sığorta müqaviləsindəki qaranlıq məqamların hüquqi məsuliyyəti, hadisə zamanı atılmalı olan ilk addımlar, ödənişdən imtina halları və avtomobil qəzalarında qarşı tərəfin sığortası ilə bağlı yaranan mübahisələrin məhkəmə yolu ilə effektiv həlli yolları ətrafında danışdıq.

Şəhərdə tıxacın artmasına səbəb olan amillər - Alternativ nəqliyyat vasitələri I Şəhər adamı #192
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı səyahət sevən motosikletçi Sabir Aslanov oldu. Veriliş zamanı motosiklet sürməyə başlamasının səbəblərindən, Bakıda yaranan tıxac və sıxlıqdan, hansı nəqliyyat vasitələrinin daha əlverişli olmasından, ailədə uşaqlarla düzgün davranış qaydalarından və digər maraqlı mövzulardan bəhs etdik.

Peşəniz sürücülük tərziniz haqqında nə deyir? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə peşəkar fəaliyyətin sürücülük davranışlarına təsiri, müxtəlif sahə əməkdaşlarının reaksiya sürəti və emosional gərginliyin yol hərəkəti təhlükəsizliyinə yaratdığı risklər müzakirə olundu.

Azərbaycanda atçılığa olan maraq I Şəhər adamı #191
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı atçılıq üzrə Azərbaycan çempionu, Atçılıq Federasiyasının məşqçisi və at sahibi Adil Axundov oldu. Veriliş zamanı Azərbaycanda atçılığa maraqdan, həm məşqçi, həm at sahibi olmağın üstünlüklərindən, atların qidalanmasından və digər maraqlı mövzulardan bəhs etdik.

Şəhərdə Avtoxuliqanlıq: Yüksək Sürət, Drift və Təhlükəli Manevrlər I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə şəhər daxilində yüksək sürətlə yarışmaq, kəskin ziqzaq manevrlər etmək, qəsdən drift etmək, piyadaya və ya digər sürücüyə “dərs vermək” məqsədilə yaxın sürmək, səs-küy yaradaraq təkərləri sürüşdürmək, yol verməyən sürücülərə aqressiv təzyiq göstərmək və ümumilikdə avtoxuliqanlıq hallarından danışıldı.

Yaşıl enerjiyə ümumi baxış I Şəhər adamı #190
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı bərpa olunun enerji mənbələri üzrə mühəndis Kənan Arifli oldu. Veriliş zamanı müasir dünyanın niyə yaşıl enerjiyə keçid etməsindən, Azərbaycanda son illər yaşıl enerjiyə marağın artmasının əsas məqamlarından, ölkəmizdəki yaşıl enerji düşüncəsi və bu istiqamətdə atıla biləcək addımlardan və digər maraqlı mövzulardan bəhs etdik.

Çin Avtomobillərinin Yüksəlişi: Texnologiya və Rəqabət I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun servis müdiri Elcan Sarıyev və şirkətin direktor müavini Mahir Məlikli ilə Çin avtomobillərinə marağın artma səbəbləri, texnoloji üstünlükləri, Azərbaycan bazarında qiymət və ödəniş şərtləri, istehlakçı stereotipləri, elektrik və hibrid keçidin çətinlikləri müzakirə olundu.

Qiraətçilik pul qazandırır? I Şəhər adamı #189
“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı tədbirlər üzrə menecer, qiraətçi Dünya Bayramova oldu. Veriliş zamanı tibb sahəsindən tədbirlər üzrə menecer işinə keçməsindən, səyahət etdiyi ölkələrdən, qiraət fəaliyyətindən və gələcək planlarından bəhs etdik.

Piyada keçidindən istifadə etməyənlərin yaratdığı təhlükə I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə piyadaların təhlükəli davranışlarından, qırmızı işıqda və piyada keçidi olmayan yerlərdə keçməsinin nəticəsində yaranan qəzalardan və piyadalara tətbiq olunan cərimələrin artırılmasının nə dərəcə təsirli olacağından danışdıq.

Qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsi I Şəhər adamı #188
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı siyasi alim, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva oldu. Veriliş zamanı dünyada baş verən siyasi vəziyyətlərdən, qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsindən, müasir dövrdə süni intellektin elmi istiqamətdə rolundan və digər maraqlı mövzulardan bəhs etdik.

Hansı tip insanlar daha çox qəza edirlər? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə psixologiyada qəzaya meyilli sürücünün təsadüf yox, impulsivlik və aqressiya kimi xüsusiyyətlərlə formalaşan davranış modeli olmasından, kişilərin daha riskli, qadınların daha ehtiyatlı sürməsindən və qəza sonrası “mənim günahım deyildi” yanaşmasının müdafiə mexanizmi olmasından danışdıq.

Ümumdünya Şəhərsalma Forumu I Şəhər adamı #187
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov oldu.Veriliş zamanı Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) barədə — forumun mahiyyəti, məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.

Sürücülərin ən böyük səhvi: Qəzalar qaydaları bilməməkdən, yoxsa səhv düşüncədən başlayır? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yol təhlükəsizliyinin təkcə qaydaları bilmək deyil, təhlükəni əvvəlcədən hiss edib riskləri düzgün qiymətləndirmək və düşünmə tərzini idarə etməkdən ibarət olmasından, aqressiya, həddindən artıq özünə güvən və “mən haqlıyam” prinsipinin qərarverməni zəiflədərək gec reaksiya və təhlükəli vəziyyətlərə səbəb olmasından danışdıq.

Turizm sahəsinin incəlikləri I Şəhər adamı #186
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva idi.Onunla turizm sahəsinin incəlikləri, sektorda yaşanan problemlər, qiymət artımının səbəbləri və ümumilikdə turizmin mövcud vəziyyəti barədə ətraflı söhbət etdik.

Bir Siqnal, Bir Saniyə – Xüsusi günlərdə yol təhlükəsi I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə xüsusi günlərdə sevinc və emosiyaların sükan arxasında diqqəti azalda, qayda pozuntularına və təhlükəli hallara səbəb ola biləcəyi, siqnalın məqsədindən kənar istifadəsinin risk yaratdığı, belə vəziyyətlərdə məsuliyyət məsələsi və yolun sevinc yox, təhlükəsizlik məkanı olduğu vurğulandı.

Avtomobillərin Çindən Azərbaycana daşınması I Bir Avto
Bu dəfə “Bir Avto” verilişimizin qonaqları “Abşeron” Ticarət Mərkəzinin direktoru Erhan Topkaya və "NBK Motors" MMC-nin rəhbəri Ahati Aisaiti idi.Onlarla "NBK Motors"un fəaliyyəti, iş prinsipləri, avtomobillər, həmçinin avtomobillərin Çindən Azərbaycana daşınma prosesi və digər maraqlı mövzular ətrafında söhbət etdik.

Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət I Şəhər adamı #185
Bu gün qonağımız “BlackBull” restoranının sahibi və direktoru, “Pit Master” Şakir Nəcəfov idi. Onunla “Pit Master” anlayışının nə demək olduğunu, bu sahədə peşəkarlaşmaq üçün mütləq Texasa getməyin vacib olub-olmadığını, "smoker"in nə olduğunu və necə işlədiyini müzakirə etdik. Həmçinin müxtəlif steyklər arasında dad fərqinin necə hiss olunduğu, ətin marinad olunması qaydaları, bişirilmə üsulları, fərqli dadların yaranma xüsusiyyətləri və digər maraqlı məqamlar haqqında ətraflı danışdıq.

Avtokredit almazdan əvvəl bunları mütləq bilməlisiniz I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtokredit zamanı edilən əsas səhvlər, bankların KASKO tələbinin səbəbi, sığorta hadisəsində risk bölgüsü, tam sığorta ilə icbari sığorta arasındakı fərq və sığorta narazılıqlarının səbəbləri haqqında danışdıq.

Sürücülər niyə bilərək qayda pozurlar? I Qaydaları pozma
"Qaydaları Pozma" verilişində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla Suraxanı rayonu, Aeroport şosesində metal konstruksiyasının sökülməsi, qaydaları bilərək pozan sürücülər və digər aktual mövzulardan danışdıq.