
Avto FM 107.7
1,000 episodes — Page 17 of 20

Milanda bahalı mağazalara hər kəsi buraxmırlar I Yol əhvalatı #461
"Yol əhvalatı"nın qonağı Arzu Alyar bizə Milan və Romada insanların dəb anlayışından, Vyanada ikimərtəbəli metro qatarlarından, Praqada yediyi milli yeməklərdən danıışdı.

Eqoizm və özünəgüvənin fərqi nədir?
"Faydalı saat" verilişimizdə qonağımız psixoloq Nizami Orucovla birlikdə özünü sevməkdən, eqoizm və özünəgüvənin fərqli anlayışlar olduğundan, narsist insanların xüsusiyyətlərindən danışdıq.

Arıqlamağın ən effektiv üsulları nələrdir?
“Faydalı saat” verilişində qonağımız qida mühəndisi, nutrisioloq Fərid Səfərov ilə sağlam arıqlamağın yollarından, gündəlik yeməli olduğumuz qidalardan, qida mühəndisinin gördüyü işlərdən danışdıq.

Sıxlıq problemi öz həllini tapacaq?
"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə paytaxtdakı sıxlığın səbəbləri və həlli yollarından danışdıq.

Kralın evinə getdik I Yol əhvalatı #460
"Yol əhvalatında qonağımız Nilufər Qara Skandinaviya ölkələrində insanların həyat tərzi barədə bizə danışdı.

Körpəniz doğulduqdan sonra xəstəxanadan “topuq testi” tələb edin
"Faydalı saat" verilişində qonağımız Səhiyyə Nazirliyinin genetik məsələlər üzrə eksperti, doktor Zakir Bayramov ilə evlilik öncəsi genetik testlərin verilməyinin lazım olduğundan, körpə uşaqların doğulduqdan sonra mütləq dabanından qan alınmasının vacibliyindən, genetik xəstəliklərdən qorunmağın yollarından danışdıq.

Hava limanından 2 gün çıxa bilmədim I Yol əhvalatı #459
"Tam vaxtı" verilişimizdə qonağımız İlkin Həsəni Laçınla bağlı təəssüratlarından və İspaniyanın Sevilya şəhərindəki başına gələn maraqlı macəralarından bizə danışdı.

Sükan arxasındakı aqressivliyimiz bizi qəzaya sala bilər?
"Qaydaları pozma" verilişimizdə Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin aqressivliyinin səbəbi barədə danışdıq.

Uşaqları qəzalardan necə qoruyaq?
"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli və uşaq Hüseynov Nihat ilə yollarda uşaqları qorumağın üsullarından danışdıq.

Qalxanabənzər vəzi xəstəliklərinin qarşısını necə alaq?
Faydalı saat" verilişində endokrinoloq Ayna Süleymanova ilə arıqlamağa mane olan hormonlardan, zərərli preparatlardan, qalxanabənzər vəzinin funksiyasından və endokrin sistem problemlərindən danışdıq.

Hindistanda bayramlarda toy etmirlər I Yol əhvalatı #458
Bu günkü qonağımız Sevil Rəsulzadə ilə birlikdə Hindistanın bir çox şəhərləri haqqında danışdıq.

Qidaları düzgün şəraitdə necə saxlayaq?
"Faydalı saat" verilişində "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəli ilə birlikdə təhlükəli qidalardan, qidaların düzgün saxlanma şəraitindən, günümüzdə gənclərin məşğuliyyətindən danışdıq.

Avtomobilinizin rəngini nəyə əsasən seçirsiniz? I Yolayrıcı
Bu gün "Yolayrıcı" da avtomobilin rənginin xarakterimizə təsirindən,dünyada ən populyar avtomobil rənglərindən danışdıq.

Portuqaliyada da cehiz verilir I Yol əhvalatı #457
Qonağımız Mədinə Şahmuradlı Portuqaliyada qış aylarında istilik sistemi olmadığından insanların odun qırıb isinməsindən və Niderlandda insanların yaşayış tərzindən bizə danışdı.

Kruiz seçərkən nələrə diqqət edək? #456
Qonağımız Vüqar Quliyev kruiz səyahətinin üstünlüklərindən, VİP turların təşkilindən, kruiz səyahətində diqqət edilməsi lazım olan məqamlardan danışdı.

Vaxtında edilən mammoqrafiya müayinəsi həyatınızı xilas edə bilər!
"Faydalı saat" verilişində tibb üzrə fəlsəfə doktoru, mammoloq-cərrah Kəmalə Əliyeva ilə birlikdə onkoloji xəstəliklərin yeni müalicə üsullarından, süd vəzi xərçəngi yarada biləcək qidalardan, süd vəzi xərçənginin ilkin mərhələsinin simptomlarından danışdıq.

Özünəgüvən problemini aradan qaldırmaq üçün nələr etməliyik?
"Faydalı saat" verilişində psixoloq Leyla Əliyeva ilə birlikdə insanların xarakter dəyişkənliyindən, xarakteri formalaşdıran amillərdən,özünəgüvən probleminə qalib gəlməyin yollarından danışdıq.

İpoteka üçün minimal ilkin ödəniş nə qədər olmalıdır? I İş saatı #2
Qonaqlarımız, ABB-də Pərakəndə seqment sahəsinin baş mütəxəssisi Anar Hüseynov və ABB-də İpoteka sahəsi üzrə məhsul sahibi olan Vüsal Bağırov ilə sərfəli ipoteka şərtləri barədə danışdıq.

Danışır sahibkar I Aydan Hacıyeva
Qonağımız Aydan Hacıyeva qadın sahibkar olmağın üstün və mənfi cəhətləri barədə danışdı.

Yay aylarında dəri xəstəliklərindən necə qorunaq?
"Faydalı saat" verilişində dermatoonkoloq uzman Mehdi İskəndərli ilə birlikdə dəri xərçənginin əlamətlərindən, müayinə və müalicəsindən, dəri xərçəngi olma ehtimalı çox olan şəxslərdən, yay aylarında dərini qorumağın yollarından, dəridəki ləkələrdən və müxtəlif dəri xəstəliklərindən danışdıq.

17 000-dən çox adası olan ölkə I Yol əhvalatı #455
Qonağımız Nərgiz Məmmədova İndoneziyada səyahət etdiyi adalardan, Saxara səhrasında dəvə ilə 7 saatlıq gəzintisindən bizə danışdı.

Niyə qəzaların əksəriyyətini sürücülük təcrübəsi çox olanlar törədir?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolları yaxşı tanıyan sürücülərin arxayınlığından, sürücü məsuliyyətsizliyinin yaratdığı təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Sağlam ağciyərlər üçün tütündən necə imtina edək?
"Faydalı saat" verilişində Tütünlə Mübarizə Günü ilə bağlı pulmonoloq Çağla Xurşud Hüseynova ilə birlikdə maraqlı və faydalı söhbətimiz oldu.Siqaret istifadəsi bizdən nələri alır?Elektron siqaretin bilmədiyimiz mənfi təsirləriSiqaretdən imtina niyə çətin görünür?Tütündən imtina etmək üçün vasitələr

Paytaxtın hansı küçələrində hərəkətin təşkilində problem var?
"Qaydaları Pozma" layihəsində bu dəfə paytaxtın yol hərəkətində olan dəyişiklikləri, sürücülərin problem yaşadığı küçə və prospektləri BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmovla birlikdə müzakirə etdik.

"Miles" kartların üstünlükləri I İş saatı #1
Qonağımız ABB-nin əməkdaşı Anar Hüseynov "Miles" kartların üstünlüyündən,sadə və premium kartların fərqindən danışdı.

Qaraciyərimizi hepatitlərdən və yağlanmadan necə qoruyaq?
"Faydalı saat" verilişində hepatoloq Hicran Xıdırova ilə birlikdə qaraciyər sağlamlığından, hepatitlərin xüsusiyyətlərindən və onlardan qorunmaq yollarından, qaraciyəri xəstə edən faktorlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Qeyri-peşəkar turizm agentliklərinə aldanmamaq üçün nə etmək lazımdır? I Yol əhvalatı #454
Qonaqlarımız, Air Arabianın ölkəmizdəki nümayəndəsi Zöhrab Əliyev və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, turizm agentliyi seçərkən diqqət edilməli məqamlar barədə ətraflı danışdılar.

Səhra və okeanın birləşdiyi yer I Yol əhvalatı #453
Qonağımız fotoqraf Əli Əkbər Namibiyaya getməyin yollarından və qəbilənin tərkibində yaşamaq təcrübəsindən söhbət açdı.

Çində sarımsaq iyindən boğulmamaq üçün maska götürün! I Yol əhvalatı #452
Qonağımız Nigar Mirzəyeva Çinin Pekin,Haynan,Quandjo şəhərlərində insanların həyat tərzi barədə müşahidə etdiklərini bizə danışdı.

Yollardakı məsuliyyətsizliyin səbəbi nədir?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubla birlikdə sürücü məsuliyyətsizliyinin səbəblərindən, yollardakı kobud qayda və etika pozuntularından danışdıq.

Niyə xəstəlik "canımızdan çıxmır"?
Mövsümi xəstəliklərin səbəbi nədir? Niyə yaz və payız xəstəliklər mövsümü hesab olunur? Ev şəraitində müalicənin müsbət və mənfi tərəfləri nələrdir? İmmunitetə təsir edən əsas faktorlar nələrdir?Bu suallara "Faydalı saat" verilişində pediatr, epidemioloq tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova ilə birlikdə cavab verdik.

Danışır sahibkar I Fərman İslamlı
Qonağımız "Foriella MMC-nin" direktoru Fərman İslamlı mebellərin keyfiyyətindən, sahibkar olmağın müsbət və mənfi tərəflərindən danışdı.

Dönmə işıqlarından niyə istifadə olunmur?
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dönmə və qəza işıqlarından düzgün istifadədən, səs siqnallarını yersiz istifadə edən sürücülərdən, işıq və səs siqnallarından istifadənin sürücülərə hansı üstünlükləri qazandırmasından danışdıq.

Piylənmənin qarşısını necə alaq?
Piylənmə niyə yaranır? Piylənmə irsi ola bilərmi? Piylənməni bilmək üçün hansı testlərdən keçmək lazımdır? Hansı qidalar bizi xəstələndirə bilər?"Faydalı saat" verilişində həkim-nutrisioloq Emil Hidayətli ilə birlikdə bu suallara cavab tapdıq.

Sükan arxasında niyə və hara tələsirik?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə sürət həddini aşan sürücülərdən, tələskənliyin yollarda yaratdığı problemlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.

Ürəyimiz niyə zəifləyir?
Dünya Hipertoniya Günündə "Faydalı saat" verilişində kardioloq Cəmil Babayevlə ürək sağlamlığı ilə bağlı bir sıra məqamlara toxunduq:Kimlər ürək-damar xəstəliklərinin risk qrupuna daxildir?Ürəyi zəif olan insanlar kimlərdir? Ürəyimiz niyə zəifləyir?Qan təzyiqini normada necə saxlayaq?Yuxunun ürək sağlamlığına təsiri

Sürəti radara görə tənzimləmək hansı təhlükələri yaradır?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli radara ehtiyac olan küçələrdən, sürəti radara görə müəyyənləşdirən sürücülərin yaratdığı təhlükələrdən, yüksək sürət səbəbindən baş verən qəzalardan danışdı.

Həzm sistemimizi pozan qida və davranışlar
"Faydalı saat" verilişində qastroenteroloq Sevindik Arazovla birlikdə bir sıra maraqlı məqamlara toxunduq: Hansı qidalar həzm sistemimizə mənfi təsir göstərir? Köp yaradan əsas səbəblər Bədənimizdəki şişkinlik nədən xəbər verir? Qida qəbulu üçün ən ideal saatlar

Hər fəsildə gedə biləcəyiniz ada I Yol əhvalatı #451
Qonağımız,səyahətçi Malik Abdullayev İspaniya ərazisində yerləşən Kanar adalarında və İsveçrə olarkən başına gələn maraqlı əhvalatları bizimlə bölüşdü.

Hansı qayda pozuntuları avtoxuliqanlıq hesab olunur?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli avtoxuliqanlıq hallarından, avtoxuliqanlığa görə qanunda nəzərdə tutulan cərimə və cəzalardan danışdı, dinləyicilərin suallarını cavablandırdı.

Nadir qan xəstəliyi olan hemofiliyanın yaranma səbəbi nələrdir?
"Faydalı saat" verilişində qonaq olan Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov hemofiliyanın səbəblərindən, ona təsir edən amillərdən, müalicə dövründən danışdı.

Sürücülər niyə yolda telefondan imtina edə bilmirlər?
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli ilə birlikdə sükan arxasında telefondan istifadə hallarından, bu halda təyin olunan cərimələrdən, telefon istifadəsinin dünya təcrübəsində necə müəyyənləşdirildiyindən danışdıq.

Göz zəifliyi zamanı niyə ikinci əməliyyata ehtiyac duyulur?
"Faydalı saat"da oftalmoloq-cərrah Aygün Rəhimzadə ilə birlikdə göz zəifliyinin səbəblərindən, göz əməliyyatlarının müxtəlifliyindən, müalicə növlərindən danışdıq.

Bu kəndə maşınla girmək qadağandır I Yol əhvalatı #450
Bu günkü qonağımız Gülnar Baxşəliyeva, İsveçrədə Alp dağlarındakı hiking təcrübəsindən və Balidə keçirilən yoqa təlimlərindən söhbət açdı.

Paytaxtda parklanma problemləri I Yolayrıcı
Bu günkü efirimizdə, paytaxtdakı sıxlıqlardan və parklanma problemlərindən danışdıq.

Təhlükəsiz idarəetmə hansı elementlərdən ibarətdir?
"Qaydaları Pozma" layihəsində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtomobili təhlükəsiz idarə etmək üçün lazım olan təməl elementlərdən, dönmə işıqlarından düzgün istifadədən, ötmə əməliyyatı zamanı məsafəni və sürəti doğru müəyyənləşdirməkdən danışdı və faydalı məlumatlar səsləndirdi.

Qadınlar kişilərdən nə istəyir?
"Faydalı saat" verilişində psixoloq Nizami Orucovla birlikdə qadın-kişi münasibətlərindən, qadınların kişilərdən istədiklərindən, cəmiyyətdə kişilərin və qadınların mənəvi borclarından danışdıq.

Hindistanda 5 ulduzlu hotellər ucuzdur I Yol əhvalatı #449
Bu günkü qonağımız “İZ Azərbaycan” layihəsinin müəllifi, Rüstəm Nəbizadə Hindistanın az gedilən şəhərləri olan Varanasi,Aqra,Delhi haqqında danışdı.

Danışır sahibkar I Həmid Fərəməzov
"Danışır sahibkar" da qonağımız olan "Nobel boya və Kimya" MMC-nin direktoru Həmid Fərəməzov ilə boya sənayesi barədə danışdıq.

Yollarda təhlükəsizliyimiz necə təmin olunur?
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə təhlükəsizliyin təmin olunmasından, magistral yollarda ən çox pozulan qaydalardan, sürücülərin məsuliyyətindən danışdıq.