PLAY PODCASTS
Avto FM 107.7

Avto FM 107.7

1,000 episodes — Page 13 of 20

"Face art" işindən pul qazanmaq olur? l Şəhər adamı #10

"Şəhər adamı"nda qonaq olan Elmira Qədirova rəssamlıq və "face art" fəaliyyətindən, Cənubi Afrika səyahətindən, başına gələn əhvalatlardan və digər maraqlı məqamlardan danışdı.

Oct 15, 202435 min

Bakıda qadın taksi sürücülərinin sayı niyə azdır?

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə taksi sahəsi ilə bağlı məsələlərdən, qadın taksi sürücülərinin sayının çox az olmasının səbəblərindən danışdıq.

Oct 14, 202439 min

Sahibkarların biznes kreditlərinə əlçatanlığı I Danışır Sahibkar

"Danışır Sahibkar"da qonaq olan "Agah Group" MMC-nin təsisçisi Gündüz Nəzərov biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Oct 14, 202431 min

Geyim psixologiyadır! l Şəhər adamı #9

"Şəhər adamı"nda qonaq olan Rəna Melech geyimimizdəki rənglərin psixologiyamızdan xəbər verməsindən, ən dəbli ölkələrdən, bu işin təhsilindən və digər maraqlı məqamlardan danışdı.

Oct 14, 202422 min

Rejissorlar nə kitab oxuyur, nə də filmə baxırlar! I Zaman maşını #17

"Zaman maşını"nda qonağımız rejissor Vüsal Əhmədzadə bizə rejissorların özlərini inkişaf etdirməməsindən, "Qapı" və "Alatava" filmlərindən, filmlər üçün maliyyənin az olmasından danışdı.

Oct 11, 202433 min

Əlimdəki çip vasitəsi ilə evi idarə edirəm I Zaman maşını #16

"Zaman maşını"nda qonağımız olan "ağıllı" evlər üzrə mütəxəssis Aqil Ömərli bizə çiplərin üstünlüklərindən, "ağıllı" evin funksiyalarından, qiymətlərindən bizə danışdı.

Oct 11, 202432 min

Kişi rejissorlar mənə paxıllıq edirlər I Zaman maşını #15

"Zaman maşını"nda qonağımız olan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə ilə qadın rejissorların sayının azlığından, öz tamaşalarından, bu sahəyə marağından və s. bizə danışdı.

Oct 11, 202440 min

Zibili yerə atmamaq mədəniyyəti hələ formalaşmayıb I Zaman maşını #14

"Zaman maşını"nda qonağımız ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova ilə yerə tullantı atan insanlardan və onları maarifləndirmək üçün görülən tədbirlərdən danışdıq.

Oct 11, 202438 min

Qəbilələrdə pulu necə qazanırlar? I Zaman maşını #13

"Zaman maşını"nda qonağımız olan fotoqraf, səyahətçi Əli Əkbər bizə ekstrimə olan marağının yaranmasından, qəbilələrin tərkibində qalmasından, çəkdiyi maraqlı kadrlardan danışdı.

Oct 11, 202435 min

Elektrikli avtomobillərin sığortası necə həyata keçirilir?

"Qaydaları Pozma"da Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev elektrikli avtomobillərin sığortasından, sığorta ödənişlərinin həyata keçirilməsindən, ödənişlərdəki uyğunsuz hallardan və müstəqil ekspertlərdən danışdı.

Oct 11, 202439 min

Bakının hansı ərazilərində metro stansiyalar tikiləcək?

"Qaydaları Pozma" verilişində bu dəfə "Bakı Metropolteni"nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov qonaq oldu.Onunla son zamanlar metro stansiyalarında yaranan sıxlıqdan, təhlükəsizliyin təminindən, maşinistlərin iş rejimindən, yeni tikiləcək metro stansiyalardan və stansiyaların tikiilmə müddətindən danışdıq.

Oct 10, 202441 min

ABB Biz-in yaranmasında müştərilərin rolu nədir? I İş saatı #15

ABB Biz tətbiqi üzrə ABB Biz, Müştəri təcrübələri üzrə baş mütəxəssis Ramil Hüseynov tətbiqin üstünlüklərindən,müştəri təcrübələri komandasının fəaliyyətindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.

Oct 10, 202418 min

İşıqforlarla bağlı hansı dəyişikliklər olunmalıdır?

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla paytaxt yollarında işıqforla bağlı edilən yeniliklərdən, işıqfora ehtiyac olan küçələrdən, bu sahədə olan problem və təkliflərdən danışdıq.

Oct 9, 202439 min

Barselona ilə Qarabağı FK-nı nə birləşdirir? l Şəhər adamı #8

"Şəhər adamı"nda qonaq olan Qarabağ FK-nın PR və marketinq departamentinin rəhbəri Yusif Cəfərov futbol komandasının PR və marketinq strategiyasından, Qarabağ FK-nın gördüyü işlərdən, "Qarabağ"ın İngiltərədə tıxaca düşməsindən və digər maraqlı məqamlardan danışdı.

Oct 9, 202432 min

Niyə renessans dövrünün rəssamları əsərlərində yunan mifologiyasından istifadə edirdilər? I Zaman maşını #12

"Zaman maşını"nda qonağımız olan sənətşünas, art bloger Təyyibə Heydərova bizə renessans dövrünün rəssamlarından, maraqlı rəsm əsərlərindən, art bloger olmasından danışdı.

Oct 8, 202436 min

Sürücülük təlimçisi seçərkən nələrə diqqət etmək lazımdır?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə təlim sürücülərindən, sürücülük kursu və müəllimi seçərkən diqqət edilməli məqamlardan, yollarda təhlükə törədən sürücülərdən danışdıq.

Oct 8, 202439 min

Tailandda "orxideya" çayının mütləq dadına baxın I Yol əhvalatı #514

"Yol Əhvalatı"nda qonağımız Elnur Eldaroğlu oldu. Həm fitoterapiyadan, həm də səyahət etdiyi ölkələr haqqında maraqlı və faydalı məlumatları bizimlə bölüşdü.

Oct 8, 202439 min

Taksi sürücülərinin kartla ödənişi qəbul etməmək hüququ varmı?

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayev taksi xidməti ilə bağlı problemlərdən, taksi sürücülərinin yaşadığı çətinliklərdən, kartla ödəniş üsulunun sürücü və müştəri arasında yaratdığı problemlərdən danışdı.

Oct 7, 202441 min

Pul qazanmaq üçün yatırım etmənin düzgün yolu nədir? l Şəhər adamı #7

"Şəhər adamı"nda qonaq olan beynəlxalq maliyyə bazarları üzrə ekspert, analitik iqtisadçı Qafar İmanverdiyev maliyyə bazarlarından, iqtisadçı nəzəriyyəsindən, traders fəaliyyətindən, maliyyə təlimlərindən və digər maraqlı məqamlardan danışdı.

Oct 7, 202432 min

Danışır Sahibkar I Səbuhi İsayev

"Danışır Sahibkar"da qonaq olan ASMC MMC-nin İdarə Heyətinin üzvü Səbuhi İsayev biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Oct 7, 202431 min

"Energo" terapevt kimdir? I Zaman maşını #11

"Zaman maşını"nda qonağımız olan "energo" terapevt Minay Məsimova bizə öz işindən, enerjinin gücündən, "energo" terapiyanın tarixindən danışdı.

Oct 7, 202435 min

Müəllif hüquqları necə qorunur? l Şəhər adamı #6

"Şəhər adamı"nda qonaq olan "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Zamiq Yunisov müəllif hüquqlarının pozulmasından, müəllif hüquqları pozulduqda müraciət qaydalarından və digər maraqlı məqamlardan danışdı.

Oct 4, 202430 min

Bakının hansı ərazilərinə avtomobillərin girişi qadağan olunmalıdır?

"Qaydaları Pozma" verilişində "İnsanyönümlü şəhər" layihəsinin təsisçisi Anar Əliyev ilə Bakıda piyadaların problemlərindən, İçərişəhər ərazisinə avtomobillərin girişinin qadağan olunmasından, Bakının insanyönümlü tərəflərindən danışdıq.

Oct 4, 202441 min

Bakıda əhalinin azaldılması tıxac problemini həll edə bilərmi?

"Qaydaları Pozma" verilişində bu dəfə qonağımız nəqliyyat eksperti Rauf Ağamirzəyev olduOnunla Bakının tıxac problemindən, bu problemin həlli yollarından, yol infrastrukturu ilə bağlı görülən son işlərdən danışdıq.

Oct 3, 202433 min

Banka zəng edəndə yarım saat gözləmək dövrü bitdi-ABB-dən YENİLİK I İş saatı #14

ABB Biz tətbiqi üzrə ABB Biz, müştəri meneceri komandasının məhsul sahibi Mehrac Sarıxanlı kiçik sahibkarların işini asanlaşdıran mobil tətbiqdən, tətbiqin üstünlüklərindən, müştəri meneceri komandasının fəaliyyətindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.

Oct 3, 202420 min

İnsan eyni iş yerində nə qədər işləməlidir? l Şəhər adamı #5

"Şəhər adamı"nda qonaq olan insan resurlarının idarəedilməsi sahəsi üzrə ekspert Aytən Axundova işə qəbul qaydalarından, yeni nəslin işləmə prinsipindən, bir insanın eyni iş yerində nə qədər işlənilməli olduğundan və digər maraqlı məqamlardan danışdı.

Oct 2, 202437 min

Bu avtobus zolaqlarına daxil olsanız, cərimələnməyəcəksiniz!

"Qaydaları Pozma" verilişində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov oldu.Onunla Bakıda hərəkətin təşkili ilə bağlı son görülən işlərin nəticələrindən, avtobus zolaqları ilə bağlı mübahisəli məqamlardan və küçələrdən, sürücülərin cərimələnmədiyi avtobus zolaqlarından danışdıq.

Oct 2, 202441 min

"Neandertal" , "alkaş" , dayı nağıl danışır... I Zaman maşını #10

"Zaman maşını"nda qonağımız olan aktyor, ssenariçi, bloger Cəmil Əhmədov bizə yumoristin kim olduğundan, canlandırdığı obrazlardan, sosial şəbəkələrdəki baxış sayından və s. bizə danışdı.

Oct 1, 202432 min

Cin çıxardan və molladan sonra psixiatr yanına gedirlər I Zaman maşını #9

"Zaman maşını"nda qonağımız olan psixiatr Azər Bağırov ilə Obsessiv Kompulsiv Pozuntudan, insanların psixiatra münasibətindən və bir çox psixi pozuntulardan bizə danışdı.

Oct 1, 202431 min

Sükan arxasında olarkən hansı geyimlərdən istifadə etmək olmaz?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə paytaxt yollarında rast gəlinən hadisələrdən, sürücüyə narahatlıq yarada biləcək geyimlərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Oct 1, 202438 min

Avtostopla səyahət etmək?! I Yol əhvalatı #513

"Yol Əhvalatı"nda qonaq olan ŞahPələng Kərimov xarici səyahətlərindən, avtostop zamanı başına gələnlərdən, Azərbaycanın bölgələrindən və digər maraqlı məqamlardan danışdı.

Oct 1, 202438 min

Yoqa adamı arıqladır? l Şəhər adamı #4

"Şəhər adamı"nda qonaq olan yoqa müəllimi Qafar Qənizadə yoqanın insan üçün xeyirlərindən, insan üçün maddi və mənəvi qazancından, yoqanın çəki atmada köməyindən və digər maraqlı məqamlardan danışdı.

Sep 30, 202438 min

1000-dən çox roman, 30-dan çox opera? I Zaman maşını #8

"Zaman maşını"nda qonağımız olan poliqlot, yazıçı, bəstəkar Emin Qulu bizə yazdığı çoxsaylı romanlardan, dil öyrənməyin üsullarından və vahid dil qrammatikasını yaratmasından danışdı.

Sep 26, 202437 min

Bakının hansı ərazilərində işıqforla bağlı problem var?

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla intellektual idarəetmənin paytaxt yollarındakı rolundan, qəzaların baş vermə səbəblərindənd, Bakının işıqforla bağlı problem olan ərazilərindən danışdıq.

Sep 26, 202444 min

Müştərilərin ödənişlərini bir tətbiqlə anında necə qəbul etmək olar? I İş saatı #13

ABB Biz tətbiqi üzrə baş məhsul sahibi Teymur Əsgərov kiçik sahibkarların işini asanlaşdıran mobil tətbiqdən, tətbiqin üstünlüklərindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.

Sep 26, 202423 min

"Abaddon" serial olacaq I Zaman maşını #7

"Zaman maşını"nda qonağımız olan yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu yazdığı əsərlərindən, xarici ədəbiyyatdan və "Bestseller" olan kitablarından danışdı.

Sep 25, 202437 min

Babam İngiltərə kraliçasına Qarabağ atı hədiyyə etdi I Zaman maşını #6

"Zaman maşını"nda qonağımız olan 4-cü nəsil at məşqçisi Sərxan Tağıyev ilə at cinslərindən, onlara baxımdan, yarış atlarından və Qarabağ atlarından danışdıq.

Sep 25, 202433 min

Sükan arxasında olan sürücülərə nələr qadağa olunmalıdır?

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə paytaxtda ən çox problem yaşanan küçə və proespektlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.

Sep 25, 202441 min

Amerikalı ailədə yaşam I Yol əhvalatı #512

"Yol Əhvalatı"nda qonaq olan Könül Kazımova Amerikada yaşadığı ailədən, iş şəraitindən, gəzməli yerlərindən və digər maraqlı məqamlardan danışdı.

Sep 25, 202428 min

Qələbə qazanmaq üçün bəzən "artistlik" etməlisən I Zaman maşını #5

"Zaman maşını"nda qonaqlarımız paralimpiya çempionları Lamiyə Vəliyeva və İmaməddin Xəlilov uğurlarından və məqsədlərindən bizə danışdılar.

Sep 24, 202440 min

İlk dəfə qeyd olunan Dövlət Suverenliyi Günü I Zaman maşını #4

"Zaman maşını"nda qonağımız Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə Dövlət Suverenliyi Günü haqqında danışdıq.

Sep 24, 202432 min

Dairədə düzgün hərəkət və dönmə qaydaları nələrdir?

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dairədə hərəkət və dönmə qaydalarından, yoxuşda hərəkətdən, ara məsafəsini saxlamayan sürücülərdən danışdıq.

Sep 24, 202439 min

Uğur gətirsin deyə qazon yedim I Yol əhvalatı #511

"Yol Əhvalatı"nda qonaq olan Fəridə Abdulla Paris-2024 Olimpiya Oyunlarından, Avro-2024 oyunlarından, səyahətlərindən və digər maraqlı məqamlardan danışdı.

Sep 24, 202434 min

Radio yoxsa televiziya? I Zaman maşını #3

"Zaman maşını"nda qonağımız olan teleaparıcı İlqar Mikayıloğlu bizə vətən müharibəsi zamanı fəaliyyətdən, radio və televiziyanın müqayisəsindən və musiqi zövqündən danışdı.

Sep 23, 202431 min

Niyə ancaq depressiv mahnılar oxuyursunuz? I Zaman maşını #2

"Zaman maşını"nda qonaqlarımız olan MadTeen və Rəssam bizə öz fəaliyyətləri haqqında danışdılar.

Sep 23, 202437 min

Bir saata biznes qurmuşam l Şəhər adamı #3

"Şəhər adamı"nda qonaq olan Kamran Əskərov baş aşpazın iş fəaliyyətindən, şəxsi hobbilərindən, bir saata qurduğu biznesdən və digər maraqlı məqamlardan danışdı.

Sep 23, 202432 min

Taksi xidmətində problem nədir? Qiymət, yoxsa keyfiyyət?

"Qaydaları Pozma" verilişində taksi bloqeri Türkel Səfərli ilə taksi sahəsindəki problemlərdən, sərnişinlətin şikayətlərindən, qiymət və keyfiyyət arasındakı uyğunsuzluqdan danışdıq.

Sep 23, 202440 min

Bu mahnıma görə başımı keçəl etmişdilər I Zaman maşını #1

"Zaman maşını"nda qonağımız olan müğənni HİSS, "Best" mahnısının yaranmasından, dinlədiyi xarici musiqilərdən və özü ilə bağlı çox maraqlı faktlardan danışdı.

Sep 20, 202431 min

Romaya dəbli getməlisən I Yol əhvalatı #510

"Yol Əhvalatı"nda qonaq olan Aysel Hüseynova Roma, Barselona, Amsterdam haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Sep 20, 202440 min

Hansı hallarda sığorta şirkəti sürücüyə nəqliyyat ayıra bilər?

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə sürücülərin sığortayla bağlı yaşadıqları çətinliklərdən, sığorta müqaviləsinə xitam verilməməsinin səbəb olacağı çətinliklərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Sep 20, 202438 min